İ N F O R M A T İ K A
____________________________________________________________
82
Sonrakı illərdə (1964-1965-ci illərdə) inteqral sxemləri istehsalının daha da
vüsət alması əməliyyat günləndiricilərinin yaradıcısı Bob Vidların adı ilə bağlıdır.
Həmin ərəfədən başlayaraq inteqral sxemlərin hesablama texnikasında və digər
sahələrdə tətbiqi başlanır.
IV nəsil
1985-ci ildən indiyə qədər böyük və çox böyük inteqral sxem (BİS,
ÇBİS) texnologiyası ilə yaradılan kompüterləri əhatə edir. Bu cür inteqral
sxemlərdə bir yarımkeçirici kristalda bir neçə yüz milyona (hətta bir milyarda)
qədər texniki element (tranzistor və ya sxem) yerləşdirmək mümkündür. Bu nəsil
hesablama maşınların arasında mikro- və mini- kompüterlər xüsusi yer tutur.
Mikrokompüterlərin ən geniş yayılmış növü fərdi kompüterlərdir. Fərdi
kompüterlər IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edir.
Kompüterin qabarit ölçüləri xeyli kiçilir (10-100 dəfələrlə), iş etibarlılığı isə
çoxalır. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş əsasən maqnit nüvələrində
qurulduğu halda, IV nəsil kompüterlərdə əməli yaddaş, statik və dinamik yaddaş
inteqral sxemlərində qurulur, nəticədə əməli yaddaşin işləmə sürəti və tutumu
xeyli artmış olur.
Fərdi kompüterlərin yaradılması, geniş istehsalı və tətbiqi kompüter
texnikasında inqilabi nailiyyət hesab oluna bilər. Bunun bir neçə səbəbi var:
fərdi kompüter ölçülərinə görə xeyli kiçik (masaüstü) və qiymətcə çox
ucuzdur;
texniki göstəricilərinə və imkanlarına görə III nəsil orta və kiçik
kompüterlərdən geri qalmır;
köhnə kompüterlərlə əsasən bu sahənin mütəxəssisləri (proqramçılar,
elektron mühəndisləri, operatorlar) işləyə bildiyi halda, fərdi
kompüterlərdən kütləvi alət kimi (məsələn, televizor, maqnitofon və s.)
hamı istifadə edə bilir;
fərdi kompüter çox etibarlıdır və onunla ünsiyyət dialoq formasında
aparıldığından, çox rahatdır.
Hazırda dünyada bir neçə yüz milyonlarla fərdi kompüter elmdə,
istehsalatda, tədrisdə və məişətdə istifadə olunur. Fərdi kompüterlər və onların
proqram təminatı ildən-ilə təkmilləşir, yaxşılaşır və müxtəlif sahələrə tətbiqi daha
da genişlənir.
V nəsil.
1980-cı illərdə dünyanın aparıcı mütəxəssisləri beşinci nəsil
maşınları haqqında müzakirələr etməyə başladılar. Müzakirənin əsas ideyası sona
çatmaqda olan min illiyin axırlarında yaradılacaq hesablama maşınının bu vaxta
kimi yaradılmış hesablama maşınlarından köklü sürətdə fərqlənməsi idi. İdeya
hesablama texnikası aləminə “beşinci nəsil maşınların Yapon layihəsi” kimi daxil
oldu. Layihəyə əsasən Elektron Hesablama Maşınlarının “intellektual” səviyyəsi
artırılmalı və onların insanlarla ünsiyyəti tutarlı səviyyəyə çatdırılmalı idi (bu ö
dövrdə “Yapon harayı” adlandırılmışdı). Bununla yanaşı hesablama maşınının
arxitekturası elə hazırlanmalı idi ki, maşının daxilinə yerləşdirilmiş proqram
təminatı istifadəçiyə maşınla təbii dildə ünsiyyət yaratmaqla yanaşı maşından
İ N F O R M A T İ K A
____________________________________________________________ 83
istifadə etməklə mürəkkəb məntiqi məsələləri də həll etmək imkanını verə bilsin.
Yapon alimlərinin fikiri belə idi: hesablama maşınını fikirləşməyə məcbur
etmək. V nəsil maşının layihələndirilməsi üçün ekspert qrupu da yaradılmışdı.
Ekspert qrupunun qarşısında düran əsas məsələlər hesablama maşınında bilik
bazasının, məntiqi çıxış sisteminin, məntiqi proqramlaşdırma dilinin, mürəkkəb
obyektləri müəyyən etmə sisteminin, daha doğrusu süni intellektə aid nə varsa
hamısının hazırlanması idi. Butün səylərə baxmayaraq hələlik bu ideyalar həyat
keçməmişdir.
VI nəsil.
XXI əsrin başlağıcında hazırlanacaq maşınları altıncı nəsil
hesablama maşınları adlandırırlar. Bu tip hesablama maşınları yeni informasiya
texnologiyasına (biliklər və verilənlər bazasında saxlanılan multimedia, virtual
gerçəklik, qrafiki və səs informasiyasına malik olma, paylanmış təhlil üsulları
varlığı və s.) əsaslanaraq işləməlidir. Texnologiyaya əsasən bütün kompüterlər
vahid informasiya məkanında birləşməli, bir-biri ilə daima təmasda olmalı,
istənilən məzmunda informasiyanı operativ şəkildə əldə etməli, verilənlər
bazasına və biliklər mənbəyinə müraciət imkanına malik olmalı və nəhayət bütün
dünyaya yayılmış informasiya mərkəzləri ilə informasiya mübadiləsində olmalıdır.
Başqa sözlə hesablama texnikası özünəməxsus proqram təminatı ilə birlikdə
istifadə olunan telefonu, tele-faksı, informasiya-məlumat bürolarını, şəxsi arxivləri
və kütləvi informasiya vasitələrini əvəz etməlidir.
Beləliklə, yeni nəsil hesablama texnikasının yaradılmasında əsas vurğu vahid
qlobal informasiya məkanının yaradılması ilə yanaşı Yer kürəsində yaşayan əksər
insanların informasiya mübadiləsi məkanından istifadə etməsinin həyata
keçirilməsidir.
Qeyd etmək lazımdır ki, hesablama texnikası sahəsində aparılmış tədqiqatlar
göstərir ki, bu nəsil hesablama maşınları (kompüterləri) daha yüksək
məhsuldarlığa və iş etibarlılığına malik olmaları ilə yanaşı, keyfiyyətcə yeni
funksional tələblərə də çavab verməlidir. Bu tələblərə aşağıdakılar aiddir:
biliklər bazaları ilə işləməyi təmin etməyi və onun əsasında süni intellekt
sistemlərinin təşkilinə imkan yaratmaq;
kompüterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və
görmə vasitəsilə ünsiyyəti
təmin etmək;
proqramların sintezinin avtomatlaşdırılması vasitəsilə proqram vasitələrinin
yaradılması prosesini sadələşdirmək.
Hazırda həm ənənəvi Neyman arxitekturası ilə, həm də perspektiv
arxitektura ilə yeni nəsil kompüterlərin yaradılması sahəsində intensiv işlər
aparılır. Bu arxitekturaların əsasını bir tərəfdən hesablama əməliyyatlarının paralel
aparılması (matris və hüceyrəli proseslər, neyron şəbəkələri və s.), digər tərəfdən
isə hesablama proseslərinin verilənlərlə idarə olunması təşkil edir.
Yeni arxitektura əsasında inteqral sxemlərin istehsal texnologiyasının
təkmilləşdirilməsi və optik prinsiplərlə qurulan optoelektron element bazasının
yaradılması sahəsində də intensiv işlər aparılır. Kompüterin ölçüləri ildən-ilə kiçilir.
Artıq bir "çip"də (kristalda) qurulan fərdi kompüter də yaradılıb. Kompüterlərin