İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə28/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   24   25   26   27   28   29   30   31   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  77 

qurulmuş  hesablama  maşınlarının  məhsuldarlığı  daima  inkişaf  etdirilmişdir  (takt 

tezliyi  artırılmış,  maşın  sözünün  uzunluğu  artmış,  operativ  yaddaşda 

informasiyanın dəyişmə sürəti artmış və s.). 

 

 



 

“ENIAK” elektron rəqəm hesablama maşını 

 

İlk  hesablama  maşınları  elektron  lampaları,  kondensatorlar  və  relelər 



bazasında  yaradılmışdı.  Bu  maşınların  sürəti  məhdud  idi  və  onlarda  texniki 

nasazlıqlar  tez-tez  baş  verirdi.  Bunlara  misal  olaraq  keçən  əsrin  40-cı  illərində 

hazırlanmış  “ENIAK”  və  “EDSAC”  elektron  rəqəmli  hesablama  maşınlarını 

göstərmək olar. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



78 

 

 



 

 

 

Müxtəlif xarakteristikalı elektron lampaları 

 

 



 

 

 



 

Müxtəlif tutumlu kondensatorlar 

 

QEYD:

 1745-ci ildə Leyden şəhərində alman keşişi Evald Yurgen fon Kleyst 

holland  fiziki  Piter  van  Vuşenbrukdan  xəbərsiz  elektrik  kondensatorunun 

prototipinin  konstruksiyasını  hazırlayır  və  kondensatora  “Leyden  bankası”  adını 

verir.  İlk  hazırlanan  kondensatorlar  bir-birindən  müəyyən  məsafədə  yerləşən  iki 

dielektrikdən (keçiriciliyi olmayan elektron vərəqindən) ibarət idilər.   

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  79 

 

 

 



 

 

Müxtəlif xarakteristikaya malik relelər 

 

QEYD

: İlk rele amarikalı Cozef Henri tərəfindən 1831-ci ildə hazırlanmışdır. 

Relenin  iş  prinsipi  elektromaqnit  xassəsinə  əsaslanırdı.  Qeyd  etmək  lazımdır  ki, 

C.Henrinin  relesi  kommutasiyali  (dəyişən  cərəyanın  sabit  cərəyana  çevirilməsi) 

deyildi. Rele 

relay

 ingilis sözündən əmələ gəlmişdir və 



yorulmuş  atların  poçt 

məntəqələrində dəyişdirilərək estafeti bir-birinə ötürməsi 

anlamını verir. 

İlk  dəfə  rele  kəlməsi  teleqrafı  icad  edən  Samuyel  Morzenin  hazırladığı  qurğuya 

aldığı patentdə işlədirmişdir.    

 

II  nəsil

  (1960-1969) elektron hesablama maşınlarının element bazası kimi 

yarımkeçirici  elementlərdən  (tranzistorlardan)  istifadə  olunmuşdur.  Bu  nəsil 

kompüterlər saniyədə yüz minədək elementar əməliyyat apara bilirdi. 

 

    



 

 

İlk hazırlanmış tranzistor və onun üzərində qurulmuş elektron hesablama maşını 



(1955-1965-ci illər) 

 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



80 

 

 

 

 

 

Müxtəlif xarakteristikalı tranzistorlar 



 

QEYD

:  Sahə  tranzistorlarına  ilk  patent  1928-ci  ildə  avstriya-macar  fiziki 

Yuliy  Edqar  Lilienfeld  tərəfindən  Almaniyada  (22  oktyabr  1925-ci  ildə  isə 

Kanadada)  alınmışdır.  1934-cü  ildə  alman  fiziki  Oskar  Hayl  sahə  tranzistorlarına 

patent alır. Sahə tranzistorları (xüsusilə də MOP tranzistorları) sadə elektrostatik 

sahə  effektinə  əsaslanaraq  işləyir,  fiziki  baxımdan  hiss  olunacaq  dərəcədə 

bipolyar  tranzistorlardan  etibarlıdır  və  onlardan  çox-çox  əvvəl  icad  olunmuş  və 

patentə malik olmuşlar. Buna baxmayaraq, müasir kompüter sanayesinin əsasını 

təşkil  edən  ilk  MOP  tranzistor  1960-cı  ildə,  bipolyar  tranzistordan  sonra 

hazırlanmışdır. Keçən  əsrin  90-cı illərindən  başlayaraq  MOP  texnologiya bipolyar 

texnologiya üzərində üstünlük təşkil etməyə başladı.  

1947-ci  ilin  16  dekabrında    Bell  Labsın  laboratoriyasında  çalışan  Uilyam 

Şokli,  Con  Bardin  və  Uolter  Bratteyn  ilk  fəaliyyət  göstərən  bipolyar  tranzistoru 

nümayiş etdirirlər. 



1947-ci  ilin  23  dekabrı  tranzistorun  kəşf  günü  sayılır

Müəlliflər 1956-cı ildə Nobel mükafatına layiq görülürlər.  



Yaradılmış texniki elementi ilk dəfə “yarımkeçirici triod” və ya “kristal triod” 

adlandırmaq  təklif  edilir.  Müzakirədə  iştirak  edən  Con  Pirs  elementi  tranzistor 

adlandırmağı təklif edir və təklif qəbul olunur.     

 

III nəsil

 (1970-1985). Bu nəsil kompüterlərin yaradılması üçün əsas zəmin 

yeni  element  bazasının  –  mikroelektronikanın  və  inteqral  sxemlərin  yaranması 

oldu.  Onlardan  istifadə  nəticəsində  kompüterlərin  qabarit  ölçüləri  kiçildi,  iş 

etibarlılığı artdı, qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirildi. 

Bu  nəsil  kompüterlərin  əsas  səciyyəvi  cəhətlərindən  biri  hesablama 

prosesinin təşkilində aparat vasitələrindən birgə istifadə olunmasıdır. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  81 

  

 

 



İlk hazırlanmış inteqral sxem və onun üzərində qurulmuş elektron hesablama 

maşını (1965-1980-cı illər) 



 

 

 



 

 

Müxtəlif xarakteristikalı inteqral sxemləri 



 

QEYD

: 7 may 1952-ci ildə ingiltərəli radiotexnik Ceffri Dammer çoxlu sayda 

standart  elektron  komponentlərin  bir  monolit  yarımkeçerici  kristalda  toplanaraq 

inteqrasiya etməsi ideyasını irəli sürür. İki il sonra isə Harvik Conson bu sahədə 

ilk dəfə olaraq inteqral sxemə patent alır. Sonrakı illərdə demək olar kı, bu sahə 

tamamilə unudulur. 

1958-ci  ilin  axırları,  1959-cu  ilin  əvvəllərində  Cek  Kolbi  ilk  dəfə  olaraq 

inteqrasiya  prinsipinə  patent  alır,  ilk  inteqral  sxemin  prototipini  yaradır  və 

qurğunun külli istehsalına nail olur. 

1961-1962-ci illərdə Sylvania firmasının aparıcı təkmilləşdiricisi Tom Lonq ilk 

dəfə  olaraq  yerinə  yetirdiyi  funksiyalardan  asılı  olaraq  müxtəlif  quruluşa 

(konfiqurasiyaya)  malik  tranzistorları  bir  sxemdə  cəmləşdirir.  1962-ci  ilin 

sonlarında Sylvania firması Lonq tərəfindən TTL məntiqinə (hesablama texnikası 

aləmində  ilk  məntiqə  əsaslanaraq  işləyin)  əsaslanaraq  işləyən  inteqral  sxemləri 

istehsal etməklə yanaşı onların satışını da təşkil edir. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə