İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə24/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   20   21   22   23   24   25   26   27   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



60 

(məsələn, 20 rəqəmi XX kimi, 30 rəqəmi XXX və s. göstərilirdi). 

 

 

 



Maya hesab sistemində “sıfır”ın (boş balıqqulağı) işarəsi 

 

Mövqeli  say  sistemindən  ilk  istifadə  edənlər  babililər  olmuşdur.  Buna  əsas 

səbəb  “sıfır”ın  onlar tərəfindən  “aralıq” kimi göstərilməsi idi.  Babililər  aralığı  sıfır 

ilə  əvəz  etdikdən  sonra  ədəddə  hər  yeni gələn  mərtəbənin  öndəkindən  on  dəfə 

böyük olduğunu qeyd edirlər. 

Qeyd etmək lazımdır ki, hal-hazırda istifadə olunan mövqeli say sistemi bizə 

babililərdən miras qalmışdır.

 

 

İtaliyalı  rahib  Beda  Dostopoçtennıy  ədədlərin  barmaqların  köməyi  ilə 



milyona  qədər  təsvir  olunmasını  və  onlar  üzəründə  riyazi  əməllər  aparılmasına 

dair  elmi  əsərində  yazırdı:  “Dünyada  müəyyən  çətinliklərlə  yerinə  yetirilən  işlər 

var, amma bu işlərdən ən çətini dörd riyazi əməli yerinə yetirməkdir”. 

 

QEYD

:  Hal-hazırda  istifadə  olunan  riyazı  işarələrin  yaranma  tarixi  çox  da 

uzaq keçmişə gedib çıxmır. 

Məsələn,  “=”  işarəsindən  istifadəni  1557-ci  ildə  ingilis  Robert  Rikord 

hazırladığı “Cəbr” dərsliyində təklif etmişdir. 

Cəbr ərəb sözüdür, zorakılıq, əzici, məcburiyyət mənasında işlədilir. 

“+”  və  “-”  işarələrindən  keçmiş  zamanlarda  şərabçılar  hazırladığı  çaxırı 

satmaq üçün ölçü vahidi kimi istifadə edirlərmiş. Latınca cəmi işarə etmək üçün 

“a  et  b”  işarəsindən  istifadə  edilirmiş,  sonralar  yazı  tədricən  qısaldılaraq  “a  t  b” 

kimi,  daha  sonra  isə  “a+b”  kimi  yazılırmış.  Hesab  kitablarında  işarələrin  yerinə 

latın  hərflərindən  istifadə  edilməsi  barədə  də  məlumat  verilir.  Hesablamada 

istifadə edilən “plyus” – p kimi, “minus” isə - m kimi istifadə olunurmuş. 

Vurma  və  bölmə  əməliyyatlarını  yerinə  yetirən  “.”  və  “:”  işarələri  alman 

riyaziyyatçısı  Leybnis  tərəfindən  təklif  olunmuşdur  və  XVII  əsrdən  başlayaraq 

istifadə  olunmağa  başlanıldı.  İşarələrdən  istifadəyə  qədər  vurmanı  M 

(multiplication)  kimi,  bölməni  isə  D  (division)  kimi  hərflərindən  istifadə  etməklə 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  61 

göstərirdilər. 

“,” işarəsinin hesablama əməliyyatlarında istifadəsini şotlandiyalı riyaziyyatçı 

Con Neper təklif etmişdir. 

-  kökaltı  işarəsi  latın  hərfi  r  –dən  (radix  –  корень  –  kök)  əmələ 

gəlmişdir. Bunun danılmaz olduğuna o qədər də inanmaq olmaz. 

(  və  )  işarələri  XVIII  əsrdən  istifadə  olunmağa  başlanılmışdır.  Onlardan 

istifadəni rus akademiki Eyler 1770-ci ildə təklif etmişdir.     

 

Zaman  keçdikcə  müxtəlif  sahələrin,  həmçinin  riyaziyyat  elminin  inkişafı 



hesablama işlərinin daha da təkmilləşdirilməsinə gətirib çıxarırdı. Odur ki, alimlər 

qarşısında 

duran 

əsas 


məsələlərdən 

biri, 


hesablama 

prosesinin 

mexanikləşdirilməsi problemi idi. 

XVII  əsrin  əvvəllərindən  başlayaraq  bu  problem  müəyyən  şəkildə  həll 

olunmağa  başlayır.  Bu  dövrdə  loqarifm  xətkeşinin  meydana  gəlməsi  ilə  təkcə 

toplama  və  çıxma  əməlləri  deyil,  vurma,  bölmə,  qüvvətə  yüksəltmə,  kökalma 

əməllərini də asanlıqla yerinə yetirmək mümkün oldu. 

 

 



QEYD

:  1620-ci  ildə  Edmund  Günter  (1581-1626)  Paris  Elmlər 

Akademiyasında  hazırladığı  hesablama  xətkeşini  nümayiş  etdirir.  Xətkeşin 

köməkliyi  ilə  ədədlərin  üzərində  hesablama  əməliyyatları  ilə  yanaşı  ədəddən 

kökalma,  kvadrata  yüksəltmə,  ədədin  kub  kökünü  almaq,  triqonometrik 

funksiyaları  hesablama  və  s.  əməliyyatları  yerinə  yetirmək  mümkün  idi.  Müasir 

dövrdə  istifadə  edilən  loqarifm  xətkeşinin  prototipini  ingilis  R.Bissakeri 

düzəltmişdir  (1654-cü  il).  Sonrakı  illərdə  (1851-ci  ildə)  loqarifm  xətkeşinin 

təkmilləşdirilməsi  fransız  Manheqmə  məxsusdur.  XIX  əsrin  sonlarında  müəllif 

loqarifm xətkeşinin fabriklədə külli istehsalına nail olur. 

 

 

 



 

 

1630-cu ildə düzəldilmiş loqarifm xətkeşi 



 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



62 

 

 



 

 

Müxtəlif dövrlərdə düzəldilmiş və uzun illər boyu istifadə olunan silindr və spiral 



formalı loqarifm xətkeşləri 

 

Orta  əsrlərdə  elmi  təfəkkürün  əhatə  etdiyi  məsələlər  abakın,  loqarifm 



xətkeşinin  imkanları  çərçivəsinə  sığışmırdı.  Artıq  ən  mükəmməl  hesablamalar 

apara biləcək mexaniki maşına ehtiyac duyulurdu. 

İlk  sadə  mexaniki  hesablama  maşını  1623-cü  ildə  alman  alimi,  Tübinhen 

universitetinin  Şərq  dilləri  kafedrasının  professoru  Vilhelm  Şikkard  tərəfindən 

hazırlanır.  Maşının  köməyi  ilə  toplama  və  çıxma  əməlləri  aparmaq  mümkün  idi. 

İxtiraçı öz məktublarında hesablama maşınını “Saatlarla cəmləyən” adlandırmışdı. 

6 mərtəbəli ədədlər üzərində sadə hesablama əməliyyatı aparan hesablama 

mexanizmi  əməlliyyat  tamamlandıqdan  sonra  istifadəçini  bu  barədə  zəng 

çalmaqla xəbardar edirdi. 

Birinci  Dünya  müharibəsi  zamanı  hesablama  maşını  və  ona  aid  olan 

çertyojlar naməlum səbəbdən itir. 1935-ci ildə çertyojlar tapılar və yenidən itirilir. 

Buna səbəb İkinci Dünya Müharibəsinin başlanması və beş il davam etməsi olur. 

1956-cı ildə yenidən çertyojlar tapılır və 1960-cı ildə bir neçə entuziast tərəfindən 

hesablama  maşını  çertyoja  əsasən  qurulur  və  praktikada  yoxlanılır  (hesablama 

maşını  hal-hazırda  qədim  alman  şəhəri  Tübinhenin  politexnik  muzeyində 

saxlanılır). 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə