İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə22/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



52 

qaneedici olur. Bu səbəbdən yeni məhsulun qiyməti zəif artır. 

2.Şirkətlərin  dekapitallaşması  baş  verir,  iri  şirkətlər  bir-biri  ilə  sıx  əlaqəli 

şəkildə  fəaliyyət  göstərən  kifayət  qədər  sərbəst,  lakin  baş  şirkətin  ticarət 

markasını daşıyan xırda konqlomeratlar  çoxluğu şəklində  fəaliyyət  göstərir. 

Proqram  məhsulları  offşor  proqramlaşdırma  deyilən  metodla  virtual 

şirkətlərdə  hazırlanır,  yəni,  müxtəlif  ölkə  mütəxəssisləri  heç  bir  yerə 

getmədən,  öz  iş  yerlərində,  öz  evlərində  proqram  yazıb,  virtual  şirkətə 

göndərməklə,  müvafiq  əmək  haqqı  alırlar.  Rus  və  Hind  mütəxəssisləri 

əsasən bu işlə məşğuldurlar. 

3.İstehlakçı  ilə  birbaşa  əlaqələrin  inkişafı,  onların  fərdi  sifarişlərə  uyğun 

gördükləri  işlərin  artması  ilə  bağlıdır.  İndi  İnternet  vasitəsilə  istənilən 

məhsulu,  istənilən  dizaynı  qiymət  dəyişikliyi  olmadan  sifariş  etmək 

mümkündür.  Ənənəvi  iqtisadiyyatda  istehsalçı  ilə  istehlakçı  bazar 



gözəgörünməz  əl  ilə

”  bir-birinə  bağlansa  da,  yeni  iqtisadiyyatda  nə 

sərbəst istehsalçı, nə də sərbəst istehlakçı var. Hamı bir-biri ilə həm məntiqi

həm də fiziki şəkildə birbaşa bağlıdir. 

Beləliklə, yeni iqtisadiyyat bilik iqtisadiyyatıdır. Biliyi olmayana yeni dünyada 

yer olmayacaqdır. 

 

QEYD

:

 



Konqlomerat

 firmaların birləşməsidir. Konqlomeratlar inkişaf edən 

bazarlara,  həmçinin  çox  sahəli  şirkətlərə  məxsusdur.  Konqlomeratlar  müxtəlif 

sahələrdə istehsala, satışa malik olmayan bir neçə onlarla xırda və orta firmaların 

böyük  şirkət  tərəfindən  mənimsənilməsi  yolu  ilə  yaranır.  Konqlomeratlar  ictimai 

şirkətdir, onların aksiyaları fond birjalarında yerinə yetirilən sövdələşmədə iştirak 

edir. 

Offşor

  vergidən  tamamilə  azad  olunmuş  və  nəzarət  zəif  olan  ölkələrə 

(zonalara) deyilir. Belə ölkələrdə qanunvericilik həm şirkətin təsisçilərini, həm də 

maliyyə  mənbələrini  gizlətməyə  imkan  verir.  Vergidən  yayınmaq  istəyən  pullu 

şəxslər öz kapitalını belə zonalarda saxlayırlar. 

Offşor  ərazilərin  müəyyənləşdirilməsi  ilə  Beynəlxalq  Valyuta Fondu  məşğul 

olur. Hazırda fondun siyahısında 26 dövlət var. Kipr, Panama, Makao və başqaları 

offşor ölkələr sayılır. Dünya birliyi offşor ərazilərə nəzarəti gücləndirməkdədir. 

 

  

 



 

 

 



 

 

 



 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  53 



 

F Ə S İ L  IV. İNFORMASİYA EMALININ TEXNİKİ 

VASİTƏLƏRİ 

 

 



İnsan  özünü  və  ətraf  mühiti  dərk  etməyə  başladığı  andan  hesablamalar 

aparmağa  ehtiyac  duymuşdur.  Lap  qədim  zamanlardan  bəri  insanlar  ətrafında 

olan  müxtəlif  əşyaların  miqdarını  bilmək  üçün  bir-birindən  fərqlənən  sayma 

üsulları  axtarıb  tapmağa  çalışırdılar.  İnsanlar  üçün  ən  səmərəli  üsul  əl  və  ayaq 

barmaqları  ilə  saymaq  üsulu  olmuşdur.  Çünki  ibtidai  insanlara  digər  say 

üsullarında  olduğu  kimi  xırda  daşları  və  ya  ağac  parçalarını  gəzdirmək  tələb 

olunmurdu.  İbtidai  insan  yaşadığı  tayfada  istifadə  etdiyi  heyvanların  sayını  əl 

barmaqlarını açıq saxlamaqla digərinə bildirirdi. Bəs sayılanların sayı ondan artıq 

olduqda  ibtidai  insan  nə  edirdi?  Bu  halda  yəqin  ki,  ibtidai  insan  tayfa  yoldaşını 

köməyə  çağırıb  saymanı  davam  etdirmək  üçün  onun  da  əl  barmaqlarından 

istifadə  edirmiş.  Barmaqlarla  saymağın  əsas  nöqsanı  hesablama  zamanı  alınmış 

nəticəni  uzun  müddət  “yadda  saxlamaq”  imkanının  mümkün  olmaması  idi. 

Barmaqların məhz bu “nöqsanı” hesablama nəticələrini “yadda saxlaya” bilən alət 

yaradılmasını ibtidai insanlar üçün zəruri etdi. Beləliklə onların qarşısında müxtəlif 

say alətləri düzəltmək problemi durdu. 

Çubuğun üzərində xətlər çəkilir və xətlərin sayı ilə hesabatlar aparılırdı. Bir 

çox  şərq  xalqları  hesablamaları  aparmaq  üçün  düyünlənmiş  iplərdən  istifadə 

edirdilər. Ədədlərin cəmlənməsi müfafiq sayda düyünlərin vurulması ilə, çıxılması 

isə əksinə, düyünlərin açılması ilə həyata keçirilirdi. Lakin nə üzərində xətlər olan 

çubuqlar,  nə  də  ki,  düyünlənmiş  iplər  aparılan  sadə  hesablamalarda  insanın 

tələbatını ödəyə bilmirdi. 

 

    



 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



54 

 

 



Düyünlərdən və çubuqlardan istifadə etməklə hesablamanın aparılması 

 

 

 



 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  55 

 

 

Barmaqların köməkliyi ilə hesablamanın aparılması 



 

QEYD

:  Dünyanın  bir  çox  xalqları,  o  cümlədən  çinlilər,  farslar,  hindlilər, 

perulular  və  digərləri  ədədləri  göstərmək  üçün  iplərlə  yanaşı  dəridən  hazılanmış 

nazik formaya malik kəmərlərə də düyünlər vurmaqdan istifadə etmişlər.  

 

Qeyd  etmək  lazımdır  ki,  qəbilələr  və  tayfalar  arasında  ticarətin  inkişafi  ilə 



əlaqədər  iplərə  və  kəmərlərə  vurulan  düyünlər  hesablamalar  aparmaq  üçün 

insanların  tələbini  ödəmirdi.  Bu  baxımdan  da  hesablamanın  yazıların  köməkliyi 

aparılması məsələsi gündəmə gəlirdi. Hesablamaların bu şəkildə aparılmasına iki 

əsas  məsələ  maneçilik  edirdi:  birincisi  –  hesablamaların  nəticəsini  qeyd  etmək 

üçün  perqamentin  hazırlanması  mümkün  deyildi  (perqament  bizim  eranın  V 

əsrində  yaradılmışdır),  ikincisi  –  hesabatları  aparmaq  üçün  ö  dövrdə  istifadə 

olunan  say  sistemləri  mükəmməl  deyildi  və  müəyyən  hesablamaları  aparmaq 

həddindən  artıq  mürəkkəb  idi.  Odur  ki,  insanlar  qarşısında  bu  səpkidə  işləri 

həyata  keçirmək  üçün  xüsusi  hesablama  aləti  –  qədimdən  məşhur  olan 

hesablama aləti abak -  hazırlamaq problemi dururdu. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə