İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə30/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   26   27   28   29   30   31   32   33   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



84 

yeni  arxitekturasının  yaradılması  sahəsində  böyük  diqqət  neyrokompüterlər 

layihəsinə  yönəldilmişdir.  Neyrokompüter  real  neyronların  əsas  xassələrini 

modelləşdirən  neyron  şəbəkəsi  (formal  neyronlarda  strukturlar)  anlayışına 

əsaslanır.  Bio  –  və  ya  opto  –  elementlərdən  istifadə  olunmaqla  uyğun  olaraq 

bioloji və ya optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur. 

Tədqiqatçılar  hesab  edirlər  ki,  XXI  əsrdə  neyrokompüterlər  intellektual 

imkanlarına  görə  ənənəvi  kompüterləri  xeyli  ötəcək.  Mikroelektronikanın  son 

nailiyyətləri  və  biotexnologiya  əsasında  element  bazasının  yaradılması 

biokompüterlərin reallaşdırılmasını mümkün edir. 

Fərdi  kompüterlər  elmi-texniki,  iqtisadi-statistika,  informasiya-məntiq  və 

idərəetmə  məsələlərini  həll  etməyə,  istənilən  həcmdə  verilənlər  bazaları 

yaratmağa,  istənilən  sənədləri  və  mətnləri  hazırlamağa  və  redaktə  etməyə, 

kargüzarlıq işini aparmağa, qrafiki informasiyanı təhlil etməyə və s. imkan verir. 

Göstərilən funksiyaların yerinə yetirilməsi çoxlu sayda universal və xüsusi təyinatlı 

tətbiqi  proqram  paketləri  vasitəsilə  təmin  olunur.  Fərdi  kompüterlər  əsasında 

müxtəlif peşələr üzrə (mühəndis, konstruktor, texnoloq, inzibatçı, həkim, müəllim, 

jurnalist və s.) işçilər üçün avtomatlaşdırılmış iş yerləri (AİY) yaradılır. 

Mikro və fərdi kompüterlərin istehsalı və tətbiq dairəsi durmadan genişlənir. 

Hazırda  dünya  bazarında  geniş  yayılmış  mikro  və  fərdi  kompüterlərin  əsas 

istehsalçıları  IBM,  DEC,  Hewlett  Packard,  Apple,  Compac  (ABŞ),  Comparex, 

Siemens (Almaniya), ICL (Ingiltərə) və s. firmalarıdır. 

 

KOMPÜTERİN ARXİTEKTURASI. CON FON NEYMAN 

PRİNSİPLƏRİ 

 

İnsan  fəaliyyətinin  bir  çox  sahələrində  məsələlərin  həlli  zamanı  çox  böyük 

sürət  tələb  olunur.  Bir  prosessorlu  kompüterlərdə  belə  sürətli  iş  müəyyən 

çətinliklərlə əlaqədardır. Eyni zamanda kompüterlərin texniki bazasını təşkil edən 

fiziki  elementlər  öz  cəldişləmə  imkanlarının  yüksək  həddinə  çatmaqdadır.  Bu 

xüsusilə qurğular arasında əlaqə yaradan elementlərə aiddir.

 

Kompüterlərin  və  hesablama  sistemlərinin  element  bazası  və  quruluşunun 



təkmilləşdirilməsi hesabına məhsuldarlığın artırılması texniki və iqtisadi cəhətdən 

daha  çox  maniələrlə  qarşılaşır.  Bu  problemin  aradan  qaldırılması  üçün  aparılan 

tədqiqatlar  informasiyanın  paralel  təhlili  alqoritmlərinin  hazırlanmasının  və 

çoxprosessorlu sistemlərin yaradılmasının əlverişli olmasını sübüt etmişdir. 

Əvvəllər  kompüterlərin  aparat  və  proqram  vasitələri  bir-birindən  asılı 

olmadan, ayrı-ayrılıqda yaradılırdı. Üçüncü nəsil fərdi kompüterlərdən başlayaraq 

kompüterin aparat və proqram vasitələri vahid bir sistem kimi layihələndirilməyə 

başlandı.  Bu  zaman  əsas  diqqət  bu  vasitələrin  qarşılıqlı  əlaqəsinə  yönəldilirdi. 

Bununla da prinsip baxımından yeni olan 

kompüterin  arxitekturası

 anlayışı 

yarandı. 

Kompüterin  arxitekturası  dedikdə  aparat-proqram  vasitələrinin  ümumi 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  85 

prinsipləri və  müəyyən  sinif  məsələlərin  həlli üçün  onların  funksional imkanlarını 

təyin edən xarakteristikaları başa  düşülür.  Kompüterin  xarakteristikası  aparat  və 

proqram  vasitələri  kompleksinin  qurulması  ilə  bağlı  bir  çox  amilləri  nəzərə  alan 

məsələləri  əhatə  edir.  Bu  amillərdən  əsasları  kompüterin  qiyməti,  tətbiq  sahəsi, 

funksional imkanları, istismarının asanlığı hesab olunur. Arxitekturanın əsas tərkib 

hissəsi isə aparat vasitələridir. 

Kompüterin 

arxitekturası 

və 

strukturu 



anlayışlarını 

bir-birindən 

fərqləndirmək  lazımdır.  Kompüterin  strukturu  müəyyən  səviyyədə  onun  konkret 

tərkibini  (qurğular,  bloklar,  qovşaqlar  və  s.)  və  onlar  arasındakı  əlaqələri  təyin 

edir.  Arxitektura  isə  kompüterin  tərkib  hissələrinin  hansı  qaydalarla  qarşılıqlı 

əlaqələndirilməsini  təyin  edir.  Başqa  sözlə,  arxitektura  kompüterin 

layihələndirilməsinin,  qurulmasının  və  proqram  təminatının  ümumi  problemlərini 

əks etdirir. 

Keçmişdə və indiki zamanda istehsal olunan kompüterlərin arxitekturasında 

məşhur  amerika  alimi  Con  fon  Neymanın  keçən  əsrin  40-cı  illərində  təklif  etdiyi 

prinsiplər  əsas  götürülür.  Demək  olar  ki,  indiki  zamanda  istehsal  olunan 

kompüterlər  hələ  ki,  Neyman  arxitekturası  ilə  qurulur.  Neyman  arxitekturasının 

əsas prinsipləri aşağıdakılardır: 

 



kompüter  proqramla  idarə  olunan  avtomatdır,  yəni  kompüterin  işləməsi 

üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, 

digər tərəfdən isə qoyulmuş məsələni həll edir

 



kompüter  ardıcıl  ünvanlanan  vahid  yaddaşa  malik  olmalıdır.  Yaddaş 

birölçülü  və  xəttidir.  Həmin  yaddaşda  müəyyən  üsulla  kodlaşdırılan  həm 

proqram, həm də verilənlər saxlanılır; 

 



əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə 

verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər; 

 

verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində 



aparılır.  Məsələn,  maşın  sözündəki  bitlər  yığımının  hər  hansı  ədəd  və  ya 

simvollar sətri olmasını proqram müəyyənləşdirir. 

Kompüter texnikasının inkişaf mərhələlərində Con fon Neyman arxitekturası 

xeyli  təkmilləşdirilmiş  və  kompüterə  qoyulan  tələblərin  böyük  hissəsi  proqram 

vasitələrinə  istiqamətləndirilmişdir.  Kompüterin  aparat  vasitələri  ilə  proqram 

vasitələri  arasında  qarşılıqlı  əlaqələrin  yeni  səviyyədə  təşkili  göstərilən 

arxitekturaya uyğundur. 

Con  fon  Neyman  şəxsən  hazırladığı  hesablama  maşınının  layihəsini  verir. 

İndiki  zamanda  bu  layihə  üzrə  hazırlanmış  hesablama  maşınını  informatika 

sahəsində 



Con

 

fon-Neyman  hesablama  maşını

, hesablama maşınının klassik 

arxitekturasını isə 



Con

 

fon-Neyman arxitekturası

 adlandırırlar.  

Neyman  hesablama  maşınının  yaddaşı  hər  biri  40  bit  tutuma  malik  4096 

yuvadan  ibarət  idi.  Bir  yuvaya  tam  ədədin  40-bitlik  kodu  yerləşirdi.  Maşının 

əməliyyat kodu 8 bit, operandlar isə 12 bit yer tuturdular. 

Con  fon-Neyman  prinsipinə  əsaslanaraq  ilk  fəaliyyət  göstərən  hesablama 

maşını  1949-cu  ildə  İngiltərədə  Alan  Tyurinqin  iştirakı  ilə  M.Uilks  tərəfindən 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə