İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə33/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   29   30   31   32   33   34   35   36   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  91 



Takt  tezliyi  anlayışı

. İstənilən verilənlər üzərində müxtəlif əməliyyatların 

yerinə  yetirilməsində  kompüterin  bir  neçə  qurğusu  iştirak  edir.  Yerinə  yetirilən 

əməliyyatlar  arasında  müəyyən  uyğunluq  olmalı,  qurğular  isə  bir-biri  ilə  sinxron 

işləməlidirlər.  Belə  uyğunluğu  və  sinxronluğu  kompüterin  daxilində  yerləşən 

xüsusi  qurğu  –  impuls  taktları  generatoru  həyata  keçirir.  İmpuls  taktları 

generatoru  bərabər  zaman  ərzində  sinxronlaşdırıcı  impuls  siqnaları  hasil  edir. 

Sinxron  impulslar  kompüterin  daxilindəki  qurğuların  vasitəsi  ilə  yerinə  yetirilən 

əməliyyatları  koordinasiya  edir.  Hasil  edilən  impulsların  uzunluğunun  da  eyni 

olması (yüksək dərəcədə dəqiqliklə) vacib şərtlərdən biridir. 

Sinxronlaşdırıcı  impulsun  başlanğıcı  ilə  növbəti  impulsun  başlanğıcı 

arasındakı zaman müddəti 



takt

 adlanır (şəkilə nəzər sal). 

Prosessor  tərəfindən  yerinə  yetirilən  istənilən  əməliyyat  taktın  müəyyən 

hissəsində baş verir. Bunun ardınca fasilə gəlir ki, bu zamanda heç bir əməliyyat 

həyata  keçmir.  Fasilənin  olması  prosessor  üçün  prinsipial  faktordur.  Bu  faktor 

fiziki  qanunlara  söykənir  və  prosessorun  işini  idarə  edir.  Prosessorun  proqrama 

uyğun  olaraq  yerinə  yetirdiyi  əməliyyatlar  ardıcıllığı  takt  daxilində,  takt 

sərhədlərinə  uyğun  olaraq  t

0

,  t


1

,  t


2

  ...  zaman  momentlərində  ani  olaraq  həyata 

keçir.  Taktın  sərhədləri  sayılan  sinxroimpulslar  sıfırdan  fərqli  uzunluğa  malik 

olduqları üçün t

0

, t


1

, t


2

 ... zaman momentləri takt impulslarının başlanğıcı sayılır. 

    

 

 



 

İmpuls generatorunun vahid zaman müddətində hasil etdiyi taktların tezliyi 

hesablama texnikasında 

takt  tezliyi

 adlanır və vacib texniki xarakteristikalardan 

biri hesab edilir. 

Takt  tezliyi  verilənlərin  emal  olunma  sürətini  müəyyən  edən  əsas 

faktorlardan  biridir.  İlk  istehsal  olunan  kompüterlər  5-10  Mhers  tezlikdə 

işləyirdilər.  İndiki  zamanda fərdi kompüterlərdə  istifadə  olunan  prosessorlar 100 

MHers-lərdən  3-4  Hhers  takt  tezliyində  verilənləri  emal  edirlər.  Yaxın  gələcəkdə 

bu  kəmiyyətin  10  Hhersə  çatdırılacağı  gözlənilir.  Nəzəri  hesablanmışdır  ki, 

kəmiyyətin qiyməti 30-40 Hhersdən artıq ola bilməz.

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



92 

Həm  verilən,  həm  də  proqram  ünvanlaşdırılmış  yaddaşda  saxlanır. 

Kompüter əmr deşifratorunun köməyi ilə proqram mətnini veriləndən ayırir. Maşın 

əmrlərinin  bitkin  çoxluğu  maşın  dilini  yaradır.  Maşın  əmrinin  icrası  3  addımdan 

ibarətdir: 

 



əmrin seçilməsi; 

 



icrası; 

 



növbəti əmrin ünvanının hesablanması. 

Bunun  üçün  prosessorda 2  registr  – 



ünvan

  və 


əmr

  registri  vardır.  Ünvan 

registri əmr baytının nömrəsini, əmr registri isə əmrin məzmununu təyin edir.   

 

ELEKTRON HESABLAMA MAŞINLARININ TƏSNİFATI 



 

Elektron  hesablama  maşınlarının  imkanlarını  araşdırmaq  üçün  onları 

müəyyən  əlamətlərinə  görə  qruplara  ayırırlar.  Hesablama  maşınlarının  təsnifatı 

onların  məhsuldarlığı  və  qabarit  ölçüləri  ilə  sıx  bağlıdır.  Elektron  hesablama 

maşınları aşağıdakı kimi təsnif edilir: 

 



yüksək məhsuldarlığa malik EHM-lər və sistemlər (super EHM-lər); 

 



böyük EHM-lər (ümumi təyinatlı universal EHM-lər); 

 



kiçik və ya mini-EHM-lər

 



mikroEHM-lər. 

Super elektron hesablama maşınları

 hesablama maşınlarının yarandığı 

dövr ərzində ən güclü hesablama sistemləri sayılır. İndiki zamanda onlara ABŞ-da 

istehsal  edilən  güclü  hesablama  maşınlarından  sayılan  “Gray”  və  “IBM  SP2”  aid 

etmək  olar.  Məsələn,  16  prosessorlu  “Gray-3”  modeli  yüksək  sürətli  hesablama 

maşını  sayılır  və  o,  saniyədə  10  milyarddan  çox  əməliyyatı  yerinə  yetirir.  Və 

yaxud,  CS-6400  modelində  prosessorların  sayı  64-ə  çatdırılmışdır.  Bu  baxımdan 

da onlarda saniyə ərzində milyardlarla əməliyyatı həyata keçirmək mümkündür. 

2000-ci  ildə  dünyada  ən  güclü  kompüter  ASCI  White  kompüteri  sayılırdı. 

Kompüterdə IBM şirkəti tərəfindən istehsal olunan yüksək parametrli 8 192 ədəd 

prosessordan  istifadə  edilmişdi.  SuperEHM  xüsusi  temperatur  rejimində  işləyirdi 

(temperatur  rejimini  əldə  etmək  üçün  maye  azotdan  istifadə  edilirdi).  Belə 

kompüterlərin  məhsuldarlığını  digər  kompüterlərin  məhsuldarlığı  ilə  müqayisə 

etmək qeyri-mümkündür. 



Böyük  EHM-lər

 (ümumi təyinatlı universal Elektron Hesablama Maşınları) 

tarixi baxımdan ilk yaradılan hesablama maşınları sayılır. Onların element bazası 

adi  elektron  lampasından  müasir  yüksək  sürətli  inteqrasiyaya  malik  elmentlərə 

kimi  inkişaf  etmişdir.  Böyük  EHM-lərin  əsas  təyinatı  mürəkkəb  elmi-texniki 

hesablamaların  yerinə  yetirilməsi,  riyazi  modelləşməyə  aid  məsələlərin  həll 

edilməsi,  iri  həcmli  idarəetmə  sistemlərinin  avtomatlaşdırılmasında  yararlı  olan 

mərkəzi  hesablama  maşını  kimi  istifadə  edilməsi  və  s.  hesab  olunur.  Belə 

hesablama maşınlarına nümunə son zamanlara kimi ABŞ-da istehsal olunan, 370 

ailəsinə  məxsus  olan  IBM  firmasının  istehsal  etdiyi  maşınları,  həmçinin  keçmiş 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə