84
1. // və % simvolları hansı riyazi əməlləri ifadə edir?
2. Proqram fraqmenti yerinə yetirildikdən sonra x və y tam tipli
dəyişənlərinin qiymətləri nə olacaq?
x = 823
y = 4
x = x // y
y = x % y
3. Verilmiş tam ədədin 4-ə bölünüb-bölünmədiyini
müəyyən edən proqram
yazın.
4. "Fikirdən iti gedən şey yoxdur" atalar sözünü klaviaturadan qəbul edən və
aşağıdakıları çıxışa verən proqram yazın:
a) "iti"
sözünü
b) bütün "ə" hərflərinin sayını
c) atalar sözünün bütün hərflərini baş hərflərlə
5. Siyahıdan verilmiş elementi silmək üçün hansı metoddan istifadə olunur?
6. Verilmiş cümlədəki sözləri əks ardıcıllıqla çıxışa verən proqram yazın.
7. Cümlədə ən qısa sözün uzunluğunu necə tapmaq olar? Alqoritmi söyləyin.
8. Bu proqram nə edir?
s = input()
l = len(s)
n = int(input("Cümlədə sözün nömrəsini daxil edin: "))
s = s.split(' ')
print(s[n-1])
9. Altproqramlardan hansı məqsədlər üçün istifadə olunur?
ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
LAYİHƏ
İNFORMASİYA TEXNOLOGİYALARI
19. Qraf informasiya modeli
20. Qraflarla bağlı məsələlər
21.
Kompüter şəbəkələri
22. İnformasiyanın ötürülməsi
23. Veb-saytların yaradılması
24. İnformasiya
cəmiyyətinə aid
saytın hazırlanması
25. İnternetdə ünvanlama
5
LAYİHƏ
86
Q
RAF İNFORMASİYA MODELİ
Verilmiş strukturun göstərilən elementlərinin adlarını qeyd edin.
Nәticәni müzakirә edәk:
- Bu struktur informasiya modelinin hansı növünə aiddir?
- Yol nədir və bu strukturda hər hansı iki təpə arasında neçə yol var?
Siz 7-ci sinifdə informasiya modelinin
cәdvәl, 8-ci
sinifdə isə
ağac növü ilə tanış olmusunuz. İndi isə daha bir
növlə –
qraf və ya
şәbәkә informasiya modeli ilə tanış ola-
caqsınız.
Təqdim olunmuş xəritə fraqmentində Azərbaycanın bir
bölgəsinin rayon mərkəzləri arasındakı avtomobil yolu
göstərilib. Rayon mərkəzlərini böyük nöqtələr (və
ya kiçik
dairələr), onları birləşdirən yolları isə düz xətlərlə bir-
ləşdirsək, uyğun sxem alınar.
F ә a l i y y ә t
19
İnformasiya modeli nədir?
Bir obyektin bir neçə növ informasiya modeli ola bilərmi?
•
Qraf
•
Təpə
•
Til
•
Qonşuluq siyahısı
•
Qonşuluq matrisi
•
Əlaqəli qraf
•
Yönəldilmiş qraf
S ö z l ü k
İNFORMASİYA
TEXNOLOGİYALARI
5
LAYİHƏ
5
87
• V fəsil •
İnformasiya texnologiyaları
•
Öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayda obyektdən ibarət olan
struktura
qraf deyilir. Proqramlaşdırmada bəzən qraf termininin əvəzinə
şәbәkә
terminlərindən istifadə olunur. Qrafı təşkil
edən obyektlər
tәpәlәr, onları birləşdirən
xətlər isə
tillәr adlanır. Qrafın hər hansı iki
təpəsi tillə birləşdirilməyə də bilər. Çox
zaman qrafın təpələri ardıcıl nömrələnir,
yaxud hərflərlə işarələnir.
Qraflar nәzәriyyәsinin yaranmasına səbəb görkəmli riyaziyyatçı
Leonard Eylerin 1736-cı ildə Köniqsberq (indiki Kalininqrad)
şəhərində olarkən həll etdiyi bir əyləncəli məsələ olub.
Şəhərdən keçən çay onu dörd hissəyə bölürdü və bu his-
sələr yeddi körpü vasitəsilə birləşirdi. Şəhərin sadələş-
dirilmiş planında körpülər rəqəmlərlə, şəhərin hissələri isə
hərflərlə işarə olunub.
Həmin dövrdə məşhur olan məsələ isə belə idi: hər körpüdə yalnız bir dəfə olmaqla bütün
körpülərdən necə keçmək olar?
Eyler bu məsələni həll etməyin mümkün olmadığını müəyyənləşdirdi. O, şəhərin hissə-
lərini uyğun olaraq A, B,
C və D nöqtələri ilə, körpüləri isə bu nöqtələri birləşdirən xətlər
vasitəsilə göstərdi. Beləliklə, qoyulmuş məsələ belə bir məsələyə ekvivalent olur: qələmi
kağızdan ayırmadan və hər xətdən yalnız bir dəfə keçməklə bu fiquru çəkmək olarmı?
Adətən, qraflar iki üsulla təqdim edilir:
qonşuluq siyahısı və
qonşuluq matrisi.
Qonşuluq siyahısında hər bir təpə üçün ona bitişik təpələr sadalanır. Bu formada
Oğuz
Qəbələ
Ağdaş
Ucar
Ağsu Qobustan
Şamaxı
İsmayıllı
Kürdəmir
Göyçay
Adi qraf
Təpə
Til
C
A
D
B
1
3
2
4
5
6
7
1
2
3
4
5
6
7
A
D
C
B
Leonard
Eyler
(1707-1783)
LAYİHƏ