I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

 
 
80 
 
 
 
 
 
1.  Altproqramlardan istifadənin hansı üstünlükləri var? 
2.  Altproqramların hansı növləri var? 
3.  Funksiya prosedurdan nə ilə fərqlənir? 
4.  Python dilində hansı funksiya kompüterin çıxış qurğularına uyğundur?
 
5.  Təqvim  proqramından  istifadə  etməklə  hicri  tarixi  ilə  hansı  ildə  doğulduğunuzu 
müəyyən edin. 
6.  Üçbucağın tərəflərinin verilmiş qiymətlərinə görə onun perimetrini hesablayan funksiya 
yazın. 
 
 
 
Təqvimlə  bağlı  yuxarıdakı  proqramı  elə  dəyişdirmək  olar  ki,  yeni  təqvim  qiymətləri 
funksiyaların daxilində deyil, onları çağıran proqramda çıxışa verilsin. 
 
def
 
miladi_hicri
(S): 
   M = 
int
(S) 
   H = M - 622 + (M - 622) // 32 
   return (H) 
 
def
 
hicri_miladi
(S): 
    H = 
int
(S) 
    M = H - (H // 33) + 622 
    return (M) 
 
S = 
input
(
'Miladi ili: '

H = miladi_hicri(S)
 
print
(
'Hicri ili: '
, H) 
 
S = 
input
(
'Hicri ili: '

 M = hicri_miladi(S) 
  print
(
'Miladi ili: '
, M) 
 
Proqramın işləməsini araşdırın. 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 

81 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma

 
P
ROQRAMLAŞDIRMA DİLLƏRİNİN TƏSNİFATI 
 
 
 
 
 
BASIC və Pascal proqramlaşdırma dillərində proqram fraqmentləri verilib. Fraqmentləri 
gözdən keçirin və onların nə etdiyini aydınlaşdırmağa çalışın. 
 
 
 
 
 
 
 
Nәticәni müzakirә edәk: 
 Hansı operatorlar sizə tanışdır? 
 Bu fraqmentləri Python dilində necə yazardınız? 
 
Proqramlaşdırmanı yeni öyrənən hər kəs tez-gec belə bir sualın cavabını bilmək 
istəyir:  ən  yaxşı  proqramlaşdırma  dili  hansıdır?  Minlərlə  proqramlaşdırma  dilinin 
mövcud olmasına baxmayaraq bütün proqramçıların xoşuna gələn vahid dil yoxdur. 
Başqa sözlə, hər bir proqramlaşdırma dilinin öz tərəfdarları və əleyhdarları var.  
Mühəndislərin, bankirlərin, hərbçilərin qarşısında müxtəlif məsələlər durur. Bu 
məsələlərin  həlli  üçün  müxtəlif  proqramlaşdırma  dillərinə  üstünlük  verilir. 
FORTRAN dili riyazi məsələlərin həllində, COBOL (“kobol”) dili bank işlərində, 
PROLOG, yaxud LISP dili süni intellekt sahəsində daha geniş tətbiq olunub. İnternet 
üçün proqram yazan proqramçılar, adətən, JAVA dilinə üstünlük verirlər. 
Bu sadaladığımız proqramlaşdırma dillərinin hamısı xüsusi dillәrdir. Bu dillərin 
hər birində elə deyimlər (operatorlar) var ki, onlar vasitəsilə xüsusi məsələləri daha 
asanlıqla həll etmək olur. Adətən, həmin dilləri iş yerində öyrənirlər, belə ki, onları 
“qabaqcadan” öyrənməyin mənası yoxdur. 
Xüsusi  proqramlaşdırma  dillərindən  savayı  ümumi 
tәyinatlı dillәr də mövcuddur. Onların köməyilə, demək 
olar ki, istənilən məsələni həll etmək mümkündür.  
 
 
F ә a l i y y ә t
 
1
18 

Hansı proqramlaşdırma dili hansı cəhətinə görə daha çox xoşunuza gəldi:
ALPLogo, yoxsa Python? 

Özünüzdən bir neçə yaş kiçik kimsəyə proqramlaşdırmanı öyrənməyi bu
dillərdən hansından başlamağı məsləhət görərdiniz? 
 
 
 
a := 5; 
b := 10; 
if a > b then write(a)    
         else write(b); 
Pascal 
 
S = 0 
FOR I = 1 TO 100 
    S = S + I 
NEXT I 
BASIC 
• 
Xüsusi dillər 
• 
Ümumi təyinatlı dillər 
S ö z l ü k  
LAYİHƏ


 
 
82 
 
 
Belə dilləri “qabaqcadan” öyrənmək olar – onlar hər zaman gərək olacaq. Bunların 
içərisində Basic, Pascal, C++, Python kimi dillər daha çox populyardır. 
 
Hazırda  dünyada  4000-dən  artıq  müxtəlif  proqramlaşdırma  dili  mövcuddur  ki, 
onların da böyük əksəriyyətindən, demək olar ki, istifadə olunmur. Bundan başqa, 
hazırda  proqramların  çox  əhəmiyyətli  hissəsi  ümumi  təyinatlı  proqramlaşdırma 
dillərində deyil, xüsusi proqramlaşdırma alətlərində (məsələn, Visual Basic), yaxud 
proqram təminatının xüsusi növündə (məsələn, Maple) yerinə yetirilir. 
Populyar proqramlaşdırma dillәrinin xronoqrafı 
Adı 
İli 
Müәllifi 
Yarandığı mәkan 
FORTRAN 
1954 
Con Bekus 
ABŞ 
LISP 
1958 
Con Makkarti 
ABŞ 
Algol 60 
1960 
Piter Naur və b. 
Müxtəlif ölkələr 
COBOL 
1960 
Müəlliflər qrupu  
Müxtəlif ölkələr 
Simula 
1962 
Kristen Nüqaard və b. 
Avropa 
BASIC 
1963 
Con Kemeni və b. 
ABŞ 
PL/I 
1964 
Corc Radin 
Müxtəlif ölkələr 
Algol 68 
1968 
Aad van Veynqaarden
 
və b. 
Müxtəlif ölkələr 
Pascal 
1970 
Niklaus Virt 
Avropa 
FORTH 
1970 
Çarlz Mur 
ABŞ 
С 
1972 
Dennis Ritçi 
ABŞ 
Smalltalk 
1972 
Alan Key 
ABŞ 
Рrolog 
1973 
Alan Kolmero və b. 
Avropa 
Ada 
1980 
Cin İşbia və b. 
ABŞ 
C++ 
1984 
Börn Straustrup 
ABŞ 
Python 
1991 
Qvido van Rossum 
ABŞ 
Java 
1995 
Ceyms Hoslinq 
ABŞ 
 
Təyinatına görə proqramlaşdırma dillərini təxmini belə qruplaşdırmaq olar:  
1.  Böyük, mürəkkəb proqramlar üçün ümumi təyinatlı dillər: PL/I, C, C++, Pascal, 
Python, Modula-2, Ada, Java, C#. 
2.  Kiçik  proqramlar  üçün  ümumi  təyinatlı  dillər:  BASIC,  Visual  Basic,  Pascal, 
Python. 
3.  Riyazi hesablamalar, elm və mühəndislik: FORTRAN, APL, Maple və yuxarıda 
adları sadalanmış ümumi təyinatlı dillər. 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə