İblislə sövdələşmə



Yüklə 107,3 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix31.12.2021
ölçüsü107,3 Kb.
#81415
1   2   3   4   5   6   7   8   9   ...   23
Mark Tven - İblislə Sövdələşmə @cinciva

Telegram : @cinciva 


görkəmdə idi hündür, qədd-qamətli, yüngül 

yerişli, əynində bədəni saran triko, böyründə 

şpaqa, çiyinlərə atılmış enli qısa plaş, üzərinə 

başı aşağı əyilmiş lələk sancılan qoçaqcasına 

şaxı sındırılmış şlyapa, ağıllı üzündə incə 

mefistofelvari istehzalı təbəssüm. Ancaq nə od 

tutub yanır, nə də tunc kimi qıpqırmızı 

rəngdəydi, qətiyyən! Nəsə möhkəm közərdilmiş 

məşələ, dirəyə, ya da kölgə kimi yaşıl çalara 

malik bəyaz alov rəngli sütuna bənzəyirdi. O, 

ayın buludsuz səmada yüksəkdə durduğu 

zaman tropik dənizinin ləpələrlə örtülmüş səthi 

kimi gümüşü şölə saçırdı. İblis sol əlini 

şpaqanın qəbzəsinə qoyub, sağ əli ilə də 

şlyapasını çıxardı və yüngül hərəkətlə havada 

yarımdairə cızıb nəzakətlə məni salamladı. Biz 

əyləşdik. Ah, o, möcüzəvi şöləsi ilə necə də göz 

oxşayırdı, yeni rəng seçimi ona necə də 

yaraşırdı! O, deyəsən, işığından aydınlanan 


Yüklə 107,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə