60
Basutçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
çay. Basatçay formasında da işlənir. «Kitabi-Dədə Qorqud» dastanlarındakı Basat adı ilə bağlı yaranan
hidronimdir. Antropohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.
Batar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd olmuşdur. Kənd dağlıq yerdə, Min çayının sağ sahilində yerləşmişdir.
Toponim qayı türklərinə mənsub olan padar (>batar) tayfasının (245, s.48) adı əsasında əmələ
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Bataxlı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
1930 - cu ildə ləğv edilmişdir. Toponim Azərbaycan dilində «lığ, lehmə, palçıq» mənasında işlənən
bataq sözünə (9, s.203; 339, s.75) -lı sözdüzəldici şəkilçisinin artırılması ilə düzəlib «bataqlıq,
palçıqlıq yerdə olan qışlaq» mənasını ifadə edir. Relyef əsasında əmələ gələn düzəltmə toponimdir.
Baharlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
kənd. Rayon mərkəzindən 24 km şimal-şərqdə, Kığı çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik
xəritəsində qeyd edilmişdir (348, s.27).
Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 59 nəfər, 1886-cı ildə 61 nəfər, 1897-ci ildə 74
nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 133 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 134-
135). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuşdur. İndiki
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kəndin keçmiş sakinləri öz evlərinə dönə
bilmişdir. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 122 nəfər (45, s.55, 135),
1939 - cu ildə 176 nəfər, 1959 - cu ildə 249 nəfər, 1970-ci ildə 380 nəfər, 1979 - cu ildə 358 nəfər
(427, s.566) azərbaycanlı yaşamışdır.
Kənd 50-ci illərin sonunda Kığı kəndi ilə birləşdirilir, daha sonra kəndin yerində Gecalan mis -
molibden kombinatı üçün su anbarı tikilərək kənd ləğv edilir.
Toponim baharlı türk tayfasının adı (329, s.24) əsasında formalaşmışdır. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Baharlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində kənd olmuşdur. Basut çayının sağ sahilində yerləşmişdir. 1886-cı ildə 432 nəfər, 1907-ci
ildə 455 nəfər azərbaycanlı yaşamışdır (427, s.567). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən
qırğınlarla qovularaq kənd ləğv edilmişdir. Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz.
Hər biri ayrı-ayrı kənddir (427, s.567). Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi (329, s.24)
əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Baharlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
kənd. Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir.
Kənddə 1831-ci ildə 9 nəfər, 1873 - cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124
nəfər, 1908-ci ildə 171 nəfər, 1914 - cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147).
1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba
kənddir.
Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi (245, s.48, 329, s.24)
əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə
gəlmiş (354, s.92) və əsasən Zəngəzurda yaşamışlar (329, s.24). Etnotoponimdir. Quruluşca sadə
toponimdir.
Bahar bəyin bağları - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki
Çəmbərək (Krasnoselo) rayonunda kənd. XIX əsrin əvvəllərində kənd ləğv edilmişdir.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Bacoğlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda
kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun
tabeliyində olmuşdur.
Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543 nəfər, 1904 - cü ildə 600 nəfər, 1914 - cü ildə 698
nəfər azərbaycanlı yaşamışdır (415, s.40, 123). Z.Qorqodyanın əsərində azərbaycanlılar qarapapaq adı
ilə verilir. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunur.
Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti
qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada ermənilərdən başqa,
61
1922-ci ildə 23 nəfər, 1926-cı ildə 28 nəfər azərbaycanlı yaşamışdır (415, s.40-41, 122-123). 1928-29 -
cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə
toponimdir.
Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan
qoyulmuşdur.
Baş Abaran - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. İndi Abaran rayonunda şəhər
tipli qəsəbə və rayon mərkəzi. İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı
ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.174), Qafqazın 5 verstlik xəritəsində
(348, s.33) qeyd edilmişdir. X əsrdən mənbələrdə adı çəkilir. Ermənilər buraya, əsasən, 1914-1918-ci
illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülmüşdür (427,
s.306). Burada indi yalnız ermənilər yaşayır.
Toponim Azərbaycan dilində «əsas» mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an
şəkilçisi qəbul etmiş apar türk etnonimi (299, s.47) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur.
Baş Abdalar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu
daxilində kənd olmuşdur.
Erməni mənbələrində kəndin adı Təzəgyuğ kimi də göstərilir (415, s.44). Burada 1897-ci ildə
143 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-45). XX əsrin əvəllərində, 1905-1906-cı illərdə
azərbaycanlılar deportasiya olunmuş, kənd yaşayış məntəqəsi kimi ləğv edilmişdir. İndi xaraba
kənddir.
Toponim -lar cəm şəkilçisi qəbul etmiş qədim türk mənşəli abdal etnonimi (286, s.59) əsasında
əmələ gəlmişdir. «Baş» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Başkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.
Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik
xəritəsində (348, s.34) qeyd edilmişdir. Ermənilər buraya 1828-29-cu, 1914-1919 - cu illərdə
Türkiyənin Alaşkerd, Muş və Bulanis vilayətlərindən köçürülmüşdür (427, s.827).
Kənddə 1873 - cü ildə 191 nəfər azərbaycanlı, 272 erməni, 1886-cı ildə 243 nəfər azərbaycanlı,
385 erməni, 1897-ci ildə 357 nəfər azərbaycanlı, 440 erməni, 1914 - cü ildə 410 nəfər azərbaycanlı,
704 nəfər erməni yaşamışdır (415, s.68-69, 144-145). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən
vəhşicəsinə qırğınlarla qovulmuşdur.
1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar
öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 96 nəfər azərbaycanlı, 763 erməni, 1926-cı ildə
112 nəfər azərbaycanlı, 928 erməni, 1931-ci ildə 194 nəfər azərbaycanlı, 1156 erməni yaşamışdır (415,
s.69, 145). Lakin erməni mənbələrində burada azərbaycanlılarn yaşadığı göstərilmir və guya kənddə
yalnız ermənilər yaşamışdır (427, s.827). Azərbaycanlılar 1930 - cu illərin sonunda Ermənistanın
Qarabağlar rayonuna, Qarabağlar rayonu ləğv edildikdən sonra SSRİ Nazirlər Sovetini xüsusi qərarı
ilə tarixi-etnik torpaqlarından çıxarılaraq 1948-50-ci illərdə Azərbaycana köçürülmüşdür. İndi burada
yalnız ermənilər məskunlaşmışdır.
Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan
Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır.
Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə (339,
s.77) kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu
toponimdir.
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni
qoyulmuşdur.
Başkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində
yerələşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir.
Kənddə 1897-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93).
1928-29 - cu illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. İndi ermənilər yaşayır.
Toponim Azərbaycan dilində «böyük, əsas» mənasında işlənən baş sözü ilə kənd coğrafi
nomeni əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Dostları ilə paylaş: |