80
Q
Qabaq Güney - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak)
rayonunda yayla. Rayondakı Saral kəndində yerləşir.
Toponim Azərbaycan dilində «ön tərəf, irəli tərəf» mənasında işlənən qabaq sözü ilə (9, s.381;
339, s.239) «dağın gün düşən tərəfi» mənasında işlənən «güney» sözünün birləşməsindən əmələ
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qabaqtəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda dağ.
Mürəkkəb oronimdir.
Qabaqtəpə - İrəvan quberniyasının Aleksadropol qəzasında, indi Talin rayonunda kənd.
Qafqazın 5 verstlik xəritəsində (348, s.106) qeyd edilmişdir.
Toponim «ön hissə, ön tərəf» mənasında qabaq sözü ilə(9, s.381; 339, s.239; 278, s.76).
Azərbaycan dilində «kiçik, alçaq dağ» mənasında işlənən «təpə» sözünün birləşməsindən əmələ gəlib
«qabaq təpə yanında olan kənd» anlamını verir.Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qabaxlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd.
Misxana (Marmarik) çayının yanında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, s.106) qeyd
edilmişdir.
Kənddə 1873 - cü ildə 94 nəfər, 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 154 nəfər, 1908-ci ildə 181
nəfər, 1914 - cü ildə 431 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.16-17,
102-103). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki
Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanları öz doğma kəndlərinə
qayıda bilmişlər. 1922-ci ildə kənddə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 128 nəfər
azərbaycanlı yaşamışdır (415, s.16-17, 102-103). 1948-ci ildə SSRİ Nazirlər Sovetinin 1947-ci il
tarixli xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi
xaraba kənddir.
Toponim qabaq türk etnoniminə (406, s.200) mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu
ilə düzəlib « qabaq tayfasının yaşadığı kənd» anlamını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə
toponimdir.
Qabaxlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonu ərazisində kənd. Rayon mərkəzindən 7-8 km cənub-qərbdə, Dərələyəz dağlarının ətəyində,
Arpaçayın qolu olan Qabaxlı selavının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.106)
qeyd edilmişdir. Erməni mənbəyində Qapaxlı, Qapaxlıq formalarında əksini tapmışdır (415,s.90).
Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 201 nəfər, 1886-cı ildə 270 nəfər, 1897-ci ildə 273
nəfər, 1904 - cü ildə 235 nəfər, 1914 - cü ildə 258 nəfər, 1916-cı ildə 364 nəfər yalnız azəıbaycanlı
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri
qırğınlarla deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ
qalanlar öz yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 90 nəfər, 1931-ci
ildə 108 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). SSRİ Nazirlər Sovetinin 1947
və 1948-ci il tarixli xüsusi qərarları ilə kənd sakinləri -azərbaycanlılar 1948-49 - cu illərdə zorla
Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim qabaq türk tayfa adına (406, s.200) mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə
əmələ gəlmişdir. «Qabaq tayfasına mənsub yaşayış yeri» mənasını verir. Etnotoponimdir. Quruluşca
düzəltmə toponimdir.
Qabaxlı körpüsü - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd
(Yeğeqnadzor) rayonunda körpü.
Qabaxlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda çay. Qafqazın 5 verstlik xəritəsində (348, s.106) qeyd edilmişdir. Qabaq türk etnonimi
əsasında yaränınışdır. Etnohidronimdir.
Qabaxlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk)
rayonunda selav.
Qabaxlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd. Rayon mərkəzindən 16 km şimal-şərqdə, Qabaxlı selavının yanında, Arpaçayın sol
sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.106) qeyd edilmişdir.
81
Kənddə 1831-ci ildə 45 nəfər, 1873 - cü ildə 268 nəfər, 1886-cı ildə 429 nəfər, 1897-ci ildə 566
nəfər, 1904 - cü ildə 614 nəfər, 1914 - cü ildə 675 nəfər, 1916-cı ildə 763 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, ş.92-93, 160-161). 1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri
deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra geri -öz
kəndlərinə dönə bilmişdilər. Burada 1922-ci ildə 59 nəfər, 1926-cı ildə 217 nəfər, 1931-ci ildə 330
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 92-93, 160-161). 1988-ci ilin noyabrın axırlarında kəndin
sakinləri Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
İndi ermənilər yaşayır.
Toponim qabaq türk tayfasının adına (407, s.94-95), mənsubluq bildirən -lı şəkilçisinin
artırılması ilə düzəlib «qabaq tayfasına mənsub yer, kənd» mənasını bildirir. F.Kırzıoğlu göstərir ki,
yayı Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri qabaq adlanırdı (62, s.171).
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Qazanbil - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda
mağara. Rayondakı Nüvədi kəndində, Qozluçay adlı yerin başı üstündəki dağın yuxarı qurtaracağında
yerləşir və 14-15 m dərinlikdə yerləşən daş mağaradır (127, s.8).
H.Vəli mağaranın «daş sinəsində qazan» kimi mənalandırır (127, s.8). Bu izah təsviri xarakter
daşıyır. Əslində toponim bulqar türk tayfasının tərkibində olan qazan etnonimi ilə (273, s.235) bil
sözündən əmələ gəlmişdir. «Bil» sözü qədim türk dilində «nişan, əlamət» mənasında olan belqü
sözündəndir. Lakin burada «daş» mənasını ifadə edir. Nişan, əlamət kimi daş nəzərdə tutulur.
Maraqlıdır ki, XIII-XIV əsrlərə aid bulqar yazılarında bəlüqü sözü «qəbir daşı, qəbirüstü daş»
mənasında işlənmişdir (109,s.27).
Qazan dağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
dağ. Oronim türk tayfasından olan qazan etnonimi (273, s.235) əsasında əmələ gəlmişdir.
Etnooronimdir. Quruluşca mürəkkəb toponimdir.
Qazangöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
göl. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.107). Hidronim bulqarların qazan (etnonimi ilə (273, s.235) göl sözünün birləşməsindən əmələ gəlmişdir. Etnohidronimdir. Quruluşca
mürəkkəb toponimdir.
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan)
rayonunda kənd. Erməni mənbələrində (415, s.20,104), Azərbaycan tədqiqatlarında (35, s.162) Qayı
Qulu Qazançı kimi də qeyd edilir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin
icmal dəftəri»ndə (143, s.130), Qafqazın 5 verstlik xəritəsində (348, s. 107) qeyd edilmişdir.
Toponim türk mənşəli bulqar tayfasından biri olan qazan etnoniminə (273, s.235) -çı
mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gələn qazançı etnonimindən düzəlmişdir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon
mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.130), Qafqazın 5
verstlik xəritəsində (348, s.107) qeyd edilmişdir.
Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına (273, s.235; 286,
s.35) -çı şəkilçisinin artırılması ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd)
qoyulmuşdur.
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ. Qafqazın
5 verstlik xəritəsində (348, s.107) qeyd edilmişdir.
Qazan türk tayfasının adı (273, s.235) əsasında yaranmış etnooronimdir.
Qazangöl dağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan
rayonunda dağ. Hündürlüyü 3818 metrdir. Quruluşca mürəkkəb oronimdir.
Qazangölü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
göl. Kığı çayının mənbəyində, Acıbac kəndindən 20 km şimalda yerləşir. Üç göldən ibarətdir. Sahəsi
0,18 km
2
, dərinliyi 10 metrdir.
Toponim qazan türk etnonimi (273, s.235; 286, s.35) əsasında yaranmışdır. Etnohidronimdir.
Quruluşca mürəkkəb hidronimdir.
Qazangöl keçidi - İndiki Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Naxçıvan MR-in
sərhəddində keçid. Hündürlüyü 3112 m-dir. Keçidin adı Qazangöl hidronimdən götürülmüşdür.
Dostları ilə paylaş: |