84
formasında (143, s.60) qeyd edilmişdir. 1898-cı ildə burada 40 bağ olmuşdur (85, s.355). İndi ölü
kənddir.
Toponim qala və kənd sözlərindən əmələ gəlib «qala yaxınlığında olan kənd» mənasını ifadə
edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qalasar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd. Rayon mərkəzindən 27
km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir.
Kənddə 1873 - cü ildə 108 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 184 nəfər, 1904 - cü ildə
154 nəfər, 1914 - cü ildə 170 nəfər, 1916-cı ildə 248 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada
1922-ci ildə 46 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 142 nəfər yalnız azərbaycanlı yaşamışdır
(415, s.93, 161). 1988-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən
deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Toponim qala sözü ilə türk toponimiyasında «əsas, baş, yuxarı, böyük» mənasında
işlənən sar
sözündən (339, s.496) əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Qalax - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda
kənd (427, s.770). Rayonda tarixən mövcud olmuş II Bayandur kəndinin yaxınlığında yerləşirmiş.
Z.Qorqodyan Qalax kəndini II Bayandur kəndinin başqa adı və ya qədim adı kimi qeyd edir (415,
s.28). Toponim Azərbaycan dilində «topa, yığın» mənasında işlənən
qalax sözündən əmələ gəlmişdir.
Relyef əsasında yaranan sadə toponimdir.
Qalaça - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan)
rayonunda kənd. Rayon mərkəzindən 3 km şimalda yerləşir. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı
yaşamışdır (415, s. 10-11).
Toponim qala sözünə kiçiltmə mənasını bildirən -ça şəkilçisi artırmaqla əmələ gəlib «kiçik qala
yanında olan kənd» mənasını verir. Kəndin cənub-şərqində XII-XIII əsrlərə aid qalanın xarabalıqları
indi də qalır. Kənd adını məhz həmin qaladan götürmüşdür. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berdavan (Qala
qəsəbəsi) adlandırılmışdır.
Qalaça - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Alagöz dağının ətəyində yerləşirdi. 1926-cı ildə ləğv edilmişdir. İndi ölü kənddir.
Toponim
qala sözünə kiçiltmə mənası bildirən -ça şəkilçisinin qoşulması ilə əmələ gəlib «kiçik
qala yaxınlığında olan kənd» mənasını verir. Relyef əsasında yaranan düzəltmə toponimdir.
Qalaçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda qala.
Qalacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd. Rayon mərkəzindən 21
km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay
kəndindən 4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 110).
Toponim qala (qələ) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması əsasında
yaranmışdır. Relyef əsasında yaranan quruluşca düzəltmə toponimdir.
Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur.
Qaltaxçı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda
kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 111) qeyd
edilmişdir.
Toponim qaltax (koltak) etnoniminə (303 a, s.11) -çı şəkilçisinin qoşulmasından əmələ
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hartakyuc
qoyulmuşdur.
Qamışqut - Tiflis quberniyasının Borçalı qəzasında, indi Quqark rayonunda kənd. Rayon
mərkəzindən 26 km məsafədə yerləşir.
Toponim qamış bitki adı ilə qədim türk dilində «kəndin, yaşayış məntəqəsinin yaxınlığında
qoyunların salındığı yer» mənasında işlənən kotan (qut - İ.B.) sözünün (359, II(1), s.606-607)
birləşməsindən əmələ gəlmişdir. «Qamışdan qoyunları saxlamaq üçün düzəldilən yer» mənasını ifadə
edir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yeğeqnut qoyulmuşdur.
85
Qamışgöl - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
1930 - cu ildə ləğv edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış (bitki adı)
və göl
sözlərindən əmələ gəlib « qamışlı göl yaxınlığındakı qışlaq» anlamını ifadə edir. Fitotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Qamışlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan)
rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi.
Qafqazın 5 verstlik xəritəsində (348, s.112) qeyd edilmişdir.
Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ
gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nın 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zartonk qoyulmuşdur.
Qanalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisində kənd olmuşdur. Elpin kəndinin şimal-şərqində yerləşən Qanalı kəndində
azərbaycanlılar yaşamışdır. Kənd 1924 - cü ildə ləğv edilmişdir (427, s.782). İndi xaraba kənddir.
Toponimin ilk komponenti qana, qano formasında «arx, kanal» mənasını bildirir. «Qədim türk
tayfalarına» aid termin olub, hazırda ancaq Azərbaycan dilində işlənir. S.E.Malovun
göstərdiyinə görə
sözün ilkin forması «qanu» olmuş, su anbarı vö hovuz mənalarını ifadə edir (253, s.122). -lı
sözdüzəldici şəkilçidir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Qanqallı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo)
rayonunda dağ. Toxluca kəndinin şimal-qərbində yerləşir. Oronim qanqal bitki adına -lı şəkilçisinin
qoşulması ilə əmələ gəlmişdir. Fitooronimdir. Quruluşca düzəltmə oronimdir.
Qanlı Allahverdi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis)
rayonunda kənd. Kəndin ilk adı Qanlı Allahverdi olmuşdur (415, s.26). Sonradan Allahverdi şəxs adı
ixtisar olunmuş, kənd Qanlı adlanmışdır. Kənd rayon mərkəzindən 3 km cənub-şərqdə, çay kənarında,
Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qanlı Allahverdi kimi göstərilmişdir
(348, s.113).
Kəndin ərazisində XI-XII əsrlərlə bağlı alban kilsəsinin, VII-VIII əsrlərə aid
olan oğuz
qəbiristanlığının qalıqları indi də durur (Ermənistan Sovet Ensiklopediyası, XI c., İrəvan, 1985, s.7,).
Kənddə 1831-ci ildə 99 nəfər, 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 397
nəfər, 1908-ci ildə 445 nəfər, 1914 - cü ildə 476 nəfər, 1916-cı ildə 403 nəfər azərbaycanlı yaşamışdır
(415, s.26-27, 112-113).
1919 - cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və kənd
yandırılmışdır (309, s.249).
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri, öz doğma
kəndlərinə qayıda bilmişlər.
Burada 1922-ci ildə 165 nəfər, 1926-cı ildə 218 nəfər, 1931-ci ildə 287 nəfər (415, s.26-27,
112-113), 1987-ci ildə 800 nəfər (85, s.282) azərbaycanlı yaşamışdır.
Kəndin əhalisi 1948-49 - cu illərdə SSRİ Nazirlər Sovetinin qərarına əsasən zorla Azərbaycana
-Kür-Araz ovalığına köçürülmüşdür. Lakin buranın iqliminə dözə bilməyən qanlılar
çox çətinliklə öz
kəndlərinə qayıda bilmişlər. 1988-ci ildə kəndin sakinləri üçüncü dəfə zorla Ermənistan dövləti
tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Toponim türk tayfalarından biri olan qanlı etnonimindən (245, s.41; 393, s.42-53) və
Allahverdi şəxs adından əmələ gəlmişdir. «Qanlı tayfasından olan Allahverdiyə məxsus kənd»
mənasını ifadə edir.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.VIII.1946-cı il
fərmanı ilə kəndin adı dəyişdirilib Qamışlı qoyulmuşdur.
Qanlı gədik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan
rayonunda aşırım. Oronim qanlı sifəti ilə Azərbaycan dilində «dağ belində batıq» (253, s.126),
«hündür dağ arasında yol», «dağ keçidi, aşırım» (196, s.39) mənasında işlənən
gədik sözündən əmələ
gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış,
qan su yerinə
axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır. Bu hadisə Hamlet Əsədovun şerində öz
əksini tapıb.
Qanlı gədik, burda bir vaxt qan düşüb,
Neçə igid vurulub atdan düşüb,
Dildən-dilə indi bu dastan düşüb: