İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   38   39   40   41   42   43   44   45   ...   168

 
84
formasında (143, s.60) qeyd edilmişdir. 1898-cı ildə burada 40 bağ olmuşdur (85, s.355). İndi ölü 
kənddir. 
Toponim qala və kənd sözlərindən əmələ gəlib «qala yaxınlığında olan kənd» mənasını ifadə 
edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qalasar - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 
Kənddə 1873 - cü ildə 108 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 184 nəfər, 1904 - cü ildə 
154 nəfər, 1914 - cü ildə 170 nəfər, 1916-cı ildə 248 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 160-161). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 
1922-ci ildə 46 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 142 nəfər yalnız azərbaycanlı yaşamışdır 
(415, s.93, 161). 1988-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən 
deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim qala sözü ilə türk toponimiyasında «əsas, baş, yuxarı, böyük» mənasında işlənən sar 
sözündən (339, s.496) əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qalax - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda 
kənd (427, s.770). Rayonda tarixən mövcud olmuş II Bayandur kəndinin yaxınlığında yerləşirmiş. 
Z.Qorqodyan Qalax kəndini II Bayandur kəndinin başqa adı  və ya qədim adı kimi qeyd edir (415, 
s.28). Toponim Azərbaycan dilində «topa, yığın» mənasında işlənən qalax sözündən əmələ gəlmişdir. 
Relyef əsasında yaranan sadə toponimdir. 
Qalaça - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 3 km şimalda yerləşir. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı 
yaşamışdır (415, s. 10-11). 
Toponim qala sözünə kiçiltmə mənasını bildirən -ça şəkilçisi artırmaqla əmələ gəlib «kiçik qala 
yanında olan kənd» mənasını verir. Kəndin cənub-şərqində XII-XIII əsrlərə aid qalanın xarabalıqları 
indi də qalır. Kənd adını məhz həmin qaladan götürmüşdür. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Berdavan (Qala 
qəsəbəsi) adlandırılmışdır. 
Qalaça - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində  kənd. 
Alagöz dağının ətəyində yerləşirdi. 1926-cı ildə ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim qala sözünə kiçiltmə mənası bildirən -ça şəkilçisinin qoşulması ilə əmələ gəlib «kiçik 
qala yaxınlığında olan kənd» mənasını verir. Relyef əsasında yaranan düzəltmə toponimdir. 
Qalaçay - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda qala. 
Qalacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay 
kəndindən 4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 110). 
Toponim qala (qələ) sözünə kiçiltmə  mənası bildirən -cıq  şəkilçisinin artırılması  əsasında 
yaranmışdır. Relyef əsasında yaranan quruluşca düzəltmə toponimdir. 
Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur. 
Qaltaxçı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 111) qeyd 
edilmişdir. 
Toponim qaltax (koltak) etnoniminə (303 a, s.11) -çı  şəkilçisinin qoşulmasından  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Hartakyuc 
qoyulmuşdur. 
Qamışqut - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Quqark rayonunda kənd. Rayon 
mərkəzindən 26 km məsafədə yerləşir. 
Toponim qamış bitki adı ilə  qədim türk dilində «kəndin, yaşayış  məntəqəsinin yaxınlığında 
qoyunların salındığı yer» mənasında işlənən kotan (qut - İ.B.) sözünün (359, II(1), s.606-607) 
birləşməsindən əmələ gəlmişdir. «Qamışdan qoyunları saxlamaq üçün düzəldilən yer» mənasını ifadə 
edir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yeğeqnut qoyulmuşdur. 


 
85
Qamışgöl - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 
1930 - cu ildə  ləğv edilmişdir. Toponim Azərbaycan dilində  işlənən qamış (bitki adı) və göl 
sözlərindən  əmələ  gəlib « qamışlı göl yaxınlığındakı  qışlaq» anlamını ifadə edir. Fitotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Qamışlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.112) qeyd edilmişdir. 
Toponim Azərbaycan dilində  işlənən qamış bitki adına -lı  şəkilçisinin artırılması ilə  əmələ 
gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nın 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zartonk qoyulmuşdur. 
Qanalı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində  kənd olmuşdur. Elpin kəndinin  şimal-şərqində yerləşən Qanalı  kəndində 
azərbaycanlılar yaşamışdır. Kənd 1924 - cü ildə  ləğv edilmişdir (427, s.782). İndi xaraba kənddir. 
Toponimin ilk komponenti qana, qano formasında «arx, kanal» mənasını bildirir. «Qədim türk 
tayfalarına» aid termin olub, hazırda ancaq Azərbaycan dilində işlənir. S.E.Malovun göstərdiyinə görə 
sözün ilkin forması «qanu» olmuş, su anbarı vö hovuz mənalarını ifadə edir (253, s.122). -lı 
sözdüzəldici şəkilçidir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Qanqallı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda dağ. Toxluca kəndinin  şimal-qərbində yerləşir. Oronim qanqal bitki adına -lı  şəkilçisinin 
qoşulması ilə əmələ gəlmişdir. Fitooronimdir. Quruluşca düzəltmə oronimdir. 
Qanlı Allahverdi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Kəndin ilk adı Qanlı Allahverdi olmuşdur (415, s.26). Sonradan Allahverdi şəxs adı 
ixtisar olunmuş, kənd Qanlı adlanmışdır. Kənd rayon mərkəzindən 3 km cənub-şərqdə, çay kənarında, 
Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qanlı Allahverdi kimi göstərilmişdir 
(348, s.113). 
Kəndin  ərazisində XI-XII əsrlərlə bağlı alban kilsəsinin, VII-VIII əsrlərə aid olan oğuz 
qəbiristanlığının qalıqları indi də durur (Ermənistan Sovet Ensiklopediyası, XI c., İrəvan, 1985, s.7,). 
Kənddə 1831-ci ildə 99 nəfər, 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 397 
nəfər, 1908-ci ildə 445 nəfər, 1914 - cü ildə 476 nəfər, 1916-cı ildə 403 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.26-27, 112-113). 
1919 - cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş  və  kənd 
yandırılmışdır (309, s.249). 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri, öz doğma 
kəndlərinə qayıda bilmişlər. 
Burada 1922-ci ildə 165 nəfər, 1926-cı ildə 218 nəfər, 1931-ci ildə 287 nəfər (415, s.26-27, 
112-113), 1987-ci ildə 800 nəfər (85, s.282) azərbaycanlı yaşamışdır. 
Kəndin əhalisi 1948-49 - cu illərdə SSRİ Nazirlər Sovetinin qərarına əsasən zorla Azərbaycana 
 -Kür-Araz ovalığına köçürülmüşdür. Lakin buranın iqliminə dözə bilməyən qanlılar çox çətinliklə öz 
kəndlərinə qayıda bilmişlər. 1988-ci ildə  kəndin sakinləri üçüncü dəfə zorla Ermənistan dövləti 
tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır. 
Toponim türk tayfalarından biri olan qanlı etnonimindən (245, s.41; 393, s.42-53) və 
Allahverdi  şəxs adından  əmələ  gəlmişdir. «Qanlı tayfasından olan Allahverdiyə  məxsus kənd» 
mənasını ifadə edir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.VIII.1946-cı il 
fərmanı ilə kəndin adı dəyişdirilib Qamışlı qoyulmuşdur. 
Qanlı  gədik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonunda aşırım. Oronim qanlı sifəti ilə Azərbaycan dilində «dağ belində batıq» (253, s.126), 
«hündür dağ arasında yol», «dağ keçidi, aşırım» (196, s.39) mənasında işlənən gədik sözündən əmələ 
gəlmişdir. 1918-ci ildə ermənilər həmin  ərazidə azərbaycanlıları  vəhşicəsinə  qırmış, qan su yerinə 
axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır. Bu hadisə Hamlet Əsədovun şerində öz 
əksini tapıb. 
Qanlı gədik, burda bir vaxt qan düşüb,  
Neçə igid vurulub atdan düşüb,  
Dildən-dilə indi bu dastan düşüb:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə