100
Qarğabazar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin)
rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5
verstlik xəritəsində (348, s.121) qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904 - cü ildə
688 nəfər, 1914 - cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919 - cu ildə 600 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.82-83, 152-153). 1919 - cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq
sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk
etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192
nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-
153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri 1948-49 - cu illərdə tarixi-etnik
torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür.
Kənddə 1946-47-cı illərdə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər
yaşayır.
Toponim qarğa türk etnoniminə (286, s.63) «alış-veriş yeri» mənasında işlənən bazar sözünün
artırılması ilə əmələ gəlib «qarğa tayfasının alış-veriş yeri» mənasını ifadə edir «...bazar sözü
mürakkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın I komponenti, «alver,
ticarət yeri» mənasında işləndikdə isə onun II komponenti yerində işlənir(93, s.31). Etnotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.V.1965-ci il fərmanı ilə adı dəyişdirilib Haykaşen qoyulmuşdur.
Qarğavəng - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.
Qafqazın 5 verstlik xəritəsində (348, s.121) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 182 nəfər yalnız
azərbaycanlı yaşamışdır (415, s.22-23). XX əsrin əvəllərində (1905-1906) onlar erməni soyqırımına
məruz qalaraq deportasiya olunmuş, İran və Türkiyədən ermənilər köçürülərək burada
yerləşdirilmişdir.
Toponim qarğa türk etnoniminə (286, s.63; 93, s.43) qədim türk dilində «abidə, daşdan yazılan
abidə, daimi abidə, mənasında işlənən bengü > benigü > benü > mengü > menü sözlərinin
dəyişməsindən formalaşan vəng (qala) sözünün (299, s.94-95, 341-342; 211, s.208-209) qoşulması ilə
əmələ gəlmişdir. Vəng sözünün etimoloji şərhini verib, onun türk mənşəli söz olduğunu Azərbaycan
dilçilərindən, ilk dəfə prof. H.Mirzəyev göstərmişdir (211, s.208-209). Etnotoponimdir. Quruluşca
mürəkkəb toponimdir.
Qaraboya - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda
kənd. Rayon mərkəzindən 25 km məsadəfə Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik
xəritəsində (348, s.114) qeyd edilmişdir.
Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib «qaraboya tayfasına mənsub kənd» mənasını
ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Xinkoyan
qoyulmuşdur.
Qaradığa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
kənd. Kəndin başqa adları Qaraunlu, Qaranka, Qardağa formalarında da göstərilir (415, s.56). Rayon
mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qaradıqya formasında (348,
s.116) qeyd edilmişdir.
Burada IX-X əsrlərə aid alban abidələri vardır.
Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 200 nəfər, 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213
nəfər, 1904 - cü ildə 198 nəfər, 1914 - cü ildə 184 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-
135). 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız
indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 1923-24 - cü illərdə öz doğma evlərinə dönə
bilmişlər. Burada 1926-cı ildə 95 nəfər, 1931-ci ildə 125 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,
s.57, 135). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik
torpaqlarından tamamilə qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözü ilə türk dilində «təpə, zirvə»
mənasında işlənən tiqey sözünün (339, s.552) fonetik forması olan dıqya > dığa sözündən əmələ
gəlmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
101
Qarınburun - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu
ərazisində kənd. Rayondakı Gərni kəndindən 16 km cənub-şərqdə, Gərni çayının yanında yerləşirdi.
1897-ci ildə 99 nəfər, 1914 - cü ildə 102 nəfər, 1916-cı ildə 98 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci
ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya edilmiş və kənd xarabalığa
çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi ölü kənddir.
Toponim Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində «sel keçməmək üçün alaçığın,
dəyənin ətrafına çəkilmiş ensiz, dayaz arx» mənasında işlənən qarım (Azərbaycan dilinin qərb qrupu
dialekt və şivələri, B., 1967, s.205), «kiçik arx, kiçik su yolu» mənasında işlənən qarnım sözü (253,
s.122) əsasında formalaşan və yuxarıda göstərilən mənalarda işlənən qarın sözü ilə Azərbaycan dilində
«qurunun dənizin içinə girən dağlıq, qayalıq hissəsi» (9, s.330), «irəli çıxan və ya suya doğru uzanan
quru» (253, s.99) mənasında işlənən burun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında
yaranan mürəkkəb quruluşlu toponimdir.
Qarlı dərə çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan
rayonunda çay. Mürəkkəb quruluşlu hidronimdir.
Qarnıyarıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda
kənd. Razdan şəhərinin şimal-qərbində yerləşirdi. «İrəvan əyalətini icmal dəftəri»ndə (143, s.84),
Qafqazın 5 verstlik xəritəsində (348, s.122) qeyd edilmişdir. Kəndin digər adı Karvansara olmuşdur
(415, s.18; 427, s.51). Köhnə Karvansaranın divarları indi də durur.
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-29
- cu illərdə buraya İran və Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir (386, s.591-594).
Ermənilərlə yanaşı 1897-ci ildə kənddə 50 nəfər azərbaycanlı yaşamışdır (415, s. 18-19). XX əsrin
əvəllərində, 1905-1906-cı ildə baş verən erməni azərbaycanlı müharibəsi nəticəsində azərbaycanlılar
qırğınlarla tarixi torpaqlarından qovulmuşdur. Razdan şəhərinin genişləndirilməsi nəticəsində kənd
şəhərə birləşdirilərək 1960-cı ildə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində «kiçik arx, su yolu» mənasında işlənən qarnı (< qarnım) sözü ilə
(253, s.122) türk dilində «yer səthində olan çay», «yarılmış yer», «dərə» mənasında işlənən yarıq
sözünün (339, s.179) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu
toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.
Qasıməli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon
mərkəzindən 5 km şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəytəri»ndə Qasımkənd (143, s.134),
Qafqazın 5 verstlik xəritəsində Qasıməli kəndi formasında (348, s.123) qeyd edilmişdir.
Toponim Qasəməli adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə
toponimdir.
Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Getapi qoyulmuşdur.
Qatar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də
Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini
əhatə edirdi (85, s.13). Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır.
Kənddə 1831-ci ildə 12 nəfər, 1873 - cü ildə 132 nəfər, 1886-cı ildə 250 nəfər, 1904 - cü ildə
380 nəfər, 1914 - cü ildə 139 nəfər, 1916-cı ildə 5124 nəfər azərbaycanlı yaşamışdır (415, s.134-135).
1906-cı il iyulun 29-da (224, s.119-125) və 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla kənddən
deportasiya etmişlər. İndiki Ermənistandan sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd
sakinləri öz evlərinə dönə bilmişdir. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv
edilmişdir.
Toponim Azərbaycan dilində «zəncirvari qaya, təpə», mənasında işlənən qatar sözü əsasında
əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir.
Qatarqaya - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo)
rayonunda dağ. Rayonun Toxluca kəndinin şərqində yerləşir. Oronim «zəncirvari qaya, təpə, dağ»
mənasında işlənən qatar sözü ilə qaya sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu
oronimdir.
Qatar şamı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
düzənlik. Rayondakı Qatar kəndinin ərazisində yerləşir.
Dostları ilə paylaş: |