98
nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914 - cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır
(415, s.20-21, 104-105). 1918-ci ildə azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşlar. İndiki
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri -öz kəndlərinə qayıda bilmişlər.
1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər (415, s.20-21, 104-105),
1939 - cu ildə 774 nəfər, 1959 - cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-cı ildə 1490 nəfər
(427, s.45), 1987-ci ildə 1600 nəfər (35, s.164) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr
ayının axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya
olunmuşdur. İndi ermənilr yaşayır.
Toponim qaraçanta nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə
toponimdir.
Ermənistan SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov,
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem
qoyulmuşdur.
Qaraçorlu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu
ərazisində kənd. Yuva kəndinin yaxınlığında yerləşirdi. 1918-ci ildə kəndin köklü sakinləri -
azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya
olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Toponim qaraçorlu türk etnonimi (386, s.631) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Qaracalar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində (348, s.116) qeyd edilmişdir. Kəndin başqa adı
Məmmədabad olmuşdur (415, s.82).
Kənddə 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 33 nəfər, 1897-ci ildə 49 nəfər, 1904 - cü ildə 72
nəfər, 1914 - cü ildə 121 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə
kənd erməni təcavüzünə məruz qalaraq, sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya
olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş
azərbaycanlılardan sağ qalanlar ata-baba topaqlarına dönə bilmişdir. Burada 1931-ci ildə 18 nəfər
yalnız azərbaycanlı yaşamışdır (415, s. 152-153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə
azərbaycanlılar 1948-ci ildə tarixi-etnik torpaqlarından deportasiya olunaraq zorla Azərbaycana
köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim türk tayfasından olan qaracalar etnonimi (143, s.30) əsasında formalaşmışdır.
F.Sümər dülqədirli türk tayfasından olan qaracallı adlı tayfanın adını çəkir (238, s.184). İ.Şopen
qaracallı tayfasını kəngərli türk tayfasının bir qolu hesab edir (386, s.537). Fikrimizcə, qaracalar və
qaracallı eyni tayfadır. Etnotoponimdir. Quruluşca sadə toponimdir
Qaracalar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Alagöz
dağının cənubunda yerləşir. Erməni mənbələrində kəndin adı Qalaçilar kimi də göstərilir (415, s.22).
Qafqazın 5 verstlik xəritəsində (348, s.116) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 104 nəfər, 1873 - cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə
381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.22-23, 106-107). 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq
deportasiya olunmuşdur. Ermənilər buraya 1918-1920-ci illərdə Türkiyədən köçürülmüşdür. Kənd
1940-cı illərdə ləğv edilmişdir.
Toponim qaraçalar türk tayfasının adı (143, s.30) əsasında yaranmışdır. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Qaracalar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
Kəndin başqa adı «Məmmədabad»dır. Vedi çayının yanında, Dəvəli kəndinin yaxınlığında
yerləşmişdir. Qafqazın 5 verstlik xeritəsində qeyd edilmişdir (348,s.116).
Kənddə 1897-ci ildə 33 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87). XX əsrin əvvəllərində,
1905-1906-cı illərdə azərbaycanlılar tarixi yurdlarından deportasiya olunmuş kənd ləğv edilmişdir.
İndi xaraba kənddir.
Toponim qaracalar türk tayfasının adı (143, s.30) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Qaracoran - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Rayon
mərkəzindən 10 km şimalda, Gərni çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfində yerləşir.
99
1972-ci il martın 15-nə kimi, yəni Nairi rayonu yaradılana kimi Əştərək rayonunun tabeliyində
olmuşdur. Erməni mənbələrində kəndin adı Qaraceyranlı, Qaracaviran, Qaracaveran, Qaraceyran
formalarında da qeyd edilmişdir (427, s.381). «İrəvan əyalətinin icmal dəftəri»ndə Qaraca ərən
formasında (143, s.77), Qafqazın 5 verstlik xəritəsində Qaracaran kimi (348, s. 116) qeyd edilmişdir.
Kənddə 1878-cı ilə kimi yalnız azərbaycanlı yaşamışdır. Ermənilər buraya 1878-cı ildə, 1914-
1922-ci illərdə Türkiyənin Bayazid, Qars, İqdır vilayətlərindən köçürülmüşdür (427, s.381).
Kənddə 1831-ci ildə 162 nəfər, 1873 - cü ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,
s.22-23, 106-107). Kəndə 1878-cı ildə ermənilər köçürüldükdən sonra 1886-cı ildə 275 nəfər
azərbaycanlı, 424 erməni, 1897-ci ildə 307 nəfər azərbaycanlı, 563 erməni yaşamışdır (415, s.22-23,
106-107).
Mənbələrdə 1908, 1914, 1916-cı illərdə azərbaycanlılar və ermənilər qarışıq şəkildə
göstərilmişdir. Ümumiyyətlə, burada azərbaycanlılar 1918-ci ilə kimi yaşamışdır (415, s.23, 106-107).
Halbuki 1986-cı ildə İrəvanda erməni dilində çap olunmuş «Ermənistan və ətraf vilayətlərin
toponimlər lüğəti» əsərində kənddə yalnız ermənilərin yaşadığı göstərilir (427, s.381). Azərbaycanlılar
1918-ci ilin fevral ayında ermənilərin təcavüzünə məruz qalaraq, deportasiya olunmuşdur (309, s.219).
İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar 1922-25-cı illərdə öz
doğma ocaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 14 nəfər azərbaycanlı
yaşamışdır (415, s.23, 107). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar
1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
Toponim xəzərlərin qaraçor (>qaracor) türk etnoniminə (286, s.46) cəmlik bildirən -an
şəkilçisinin artırılması ilə əmələ gəlib «qaraçor» (>qaracor) tayfasının yaşadığı yer» mənasını ifadə
edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ertn. SSR AS RH-nin 4.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Aragyuğ (Arakənd)
qoyulmuşdur.
Qaraşamb - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Rayon
mərkəzindən 5 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək (1972-ci il 15 marta kimi) Əştərək
rayonunun tərkibində olmuşdur.
Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 207 nəfər, 1886-cı ildə 192 nəfər, 1897-ci ildə 306
nəfər, 1908-ci ildə 363 nəfər, 1914 - cü ildə 417 nəfər, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.22-23, 108-109). 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq
deportasiya olunmuşdur. 1918-ci illərdə Türkiyədən buraya ermənilər köçürülüb yerləşdirilmişdir. İndi
ermənilər yaşayır.
Toponim qədim türk dilində «böyük» mənasında işlənən qara sözü ilə türk dilində «çay
kənarlarlarında, iki çayın qovuşacağında qamış, yulğun, cəyən, biyan və s. göyərdiyi, həmçinin çöl
heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer» mənasında işlənən şam sözünün (129, s.63)
birləşməsindən əmələ gəlmişdir. «Şam» sözü erməni dilində «şamb» formasında «qamışlıq»
mənasında işlənir (30, s.413).
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qaraşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda
kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir.
Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri,
kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük
kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Qarğadaşı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda
dağ. Rayondakı Nüvədi kəndinin ərazisində yerləşir. Dağ kəndi üzük qaşı kimi dövrəyə almışdır. Bu
ərazidən Həmzə Vəli 1985-cı ildə Orxon-Yenisey yazılarına oxşar 7 daş kitabə tapmış və onunla bağlı
«Nüvədi kitabələri» adlı əsər yazmışdır.
Oronim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar etnonimi ilə (377, s.477; 24, s.19)
Azərbaycan dilində «dağ, qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir.
Aparılan tədqiqatlardan aydın olur ki, qarqarlar Albaniyada yaşamış qədim türk tayfalarından
biridir (287, s.77-82). H.Mirzəyev Hər-hər, Xar-xar, Xal-xal, Kər-kər, Kəngər toponimlərinin də
qarqar etnonimi ilə bağlı olduğunu göstərir (211, s.184). Etnooronimdir. Quruluşca mürəkkəb
oronimdir.
Dostları ilə paylaş: |