İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   53   54   55   56   57   58   59   60   ...   168

 
114
dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri» mənasında işlənən qoş sözündən (359, II (1), 
s.636; 339, s.298-299) əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 
Qoşabulaq - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonu ərazisində 
kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.143). 
1916-cı ilə  qədər burada əhali yaşamışdır. 1918-ci ildə  kənd dağılıb xarabalığa çevrilmişdir. 
İndi ölü kənddir. 
Toponim Azərbaycan dilində işlənən iki sözün birləşməsindən əmələ gəlmişdir: qoşa və bulaq. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qoşabulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-şərqdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.143) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 117 nəfər, 1873 - cü ildə 316 nəfər, 1886-cı ildə 419 nəfər, 1897-ci ildə 
456 nəfər, 1908-ci ildə 596 nəfər, 1914 - cü ildə 672 nəfər, 1916-cı ildə 553 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ildə aprelin 13-20-də azərbaycanlılar qırğınlarla öz 
doğma kəndlərindən qovulmuşlar (309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan 
sonra onlar yaşayış yerlərinə qayıda bilmişlər. 1922-ci ildə 337 nəfər, 1926-cı ildə 291 nəfər, 1931-ci 
ildə 383 nəfər (415,s. 26-27, 112-113), 1987-ci ildə 1800 nəfər (85, s.283) azərbaycanlı yaşamışdır. 
1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq sözünün 
birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şadcrek (Çoxsulu) 
qoyulmuşdur.  
Qoşabulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22-24 km şimal-qərbdə, Bazarçay kəndinin 
yaxınlığında, Bazarçay çayının sağ  tərəfində yerləşirdi. XX əsrin  əvvəllərində  ləğv edilmişdir.  İndi 
xaraba kənddir. 
Toponim «çoxlu, cüt, iki» mənasında işlənən qoşa sözü ilə bulaq sözünün birləşməsindən 
əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qoşabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində 
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.143) qeyd edilmişdir. Kənddə 1873 - cü ildə 
101 nəfər, 1886-cı ildə 152 nəfər, 1897-ci ildə 173 nəfər, 1908-ci ildə 211 nəfər, 1914 - cü ildə 214 
nəfər, 1916-cı ildə 211 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). 1919 - cu ildə 
kəndin əhalisi azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla 
deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir (309, s.221). Indi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «cüt, yanaşı, iki» mənasında işlənən «qoşa» sözü ilə bulaq 
sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qoşabulaq - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunun Hallavar 
kəndində yaylaq. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qoşavəng - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.143). Rayon mərkəzindən 41 km məsafədə 
yerləşir. 
Toponim Azərbaycan dilində «cüt, yanaşı» mənasını bildirən qoşa və «qala, istehkam, yaşayış 
yeri, «kilsə» mənasını bildirən  vəng  sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Haykadzor qoyulmuşdur. 
Qoşavəng - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda qala. 
Qoşa kaha - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonundakı Ağudi kəndində oronim. 
«Cüt» mənası bidirən qoşa sözü ilə mağara mənasında işlənən kaha (11, s.26) sözündən əmələ 
gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu oronimdir. 
Qoşkuradağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunun ərazisində dağ. Rayonun cənub-şərqindədir. 


 
115
Qoşagöl - İndiki Ermənistanın  İcevan rayonunda göl. Rayonun cənubundadır. Hidronim 
Azərbaycan dilində «cüt», «iki» mənasında işlənən qoşa sözü əsasında yaranmışdır. 
Qoşnalı bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus 
rayonunda bulaq. Şəxs adı əsasında əmələ gəlmişdir. Antropohidronimdir. 
Qoşundaş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonu 
ərazisində yer, ağaclıq (372, s.125). Toponim monqol dilində «köç», «müvəqqəti yurd yeri» 
mənasında işlənən qoşun (əsli: xoşun//xuşun) sözü ilə (25, s.170) qədim türk dilində «çöl», «sahə», 
«yer» mənasında işlənən daş (dış, daşt) sözü əsasında formalaşmışdır (269, s.152). Mürəkkəb 
quruluşlu oronimdir. 
Qrampa - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 3 km şimal-şərqdə, Kasax çayının sağ sahilində yerləşir. 1590-cı ildə tərtib 
edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kəranpa kəndi kimi (143, s.162) qeyd edilmişdir. 
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 
kənddə 1828-30 - cu illərdə Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir (386, s.583-586). 
Burada 1831-ci ildə 90 nəfər azərbaycanlı, 25 erməni, 1873 - cü ildə 120 nəfər azərbaycanlı, 273 
erməni, 1886-cı ildə 112 nəfər azərbaycanlı, 337 erməni, 1897-ci ildə 129 nəfər azərbaycanlı, 401 
erməni yaşamışdır (415, s.80-81, 150-152). Ümumiyyətlə, burada 1918-ci ilə kimi azərbaycanlılar 
yaşamışdır. 
1918-ci ilin fevralında kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-
etnik torpaqlarından deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan 
sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 
1922-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır (145, s.80-81). Sonralar (1923-24 - cü illərdə) onlar 
yenidən ata yurdlarından qovulmuşlar. İndi ermənilər yaşayır. 
Toponim oğuzların uluyörük tayfasından olan kərampa etnonimi (238, s.186) əsasında əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm, SSR AS RH-nin 25.l.1978-ci ilə adı dəyişdirilib Ziazan qoyulmuşdur. 
Quqark - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ermənistanda inzibati ərazi 
bölgü. 1930 - cu il 9 sentyabrda rayon kimi yaradılıb. 
1930 - cu il sentyabrın 9-na kimi Qarakilsə, 1935-ci ildən 1964 - cü ilə kimi Kirovakan, 1964 - 
cü ildə Quqark rayonu adlandırılıb. 
Toponim türk mənşəli quqar (göyər -İ.B.) etnonimi (169, s.99-107) əsasında əmələ gəlmişdir. 
Toponim tərkibindəki -k şəkilçisi cəmlik  əlaməti bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə 
toponimdir. 
Quzan - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində  qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. 
Toponimin birinci hissəsi oğuz türk tayfasının adını əks etdirən quz etnoniminə (ərəb dilində 
oğuz etnonimi ğuz//quz formasında işlənir. 89, s.138; 238 s.48) cəmlik bildirən -an şəkilçisinin 
qoşulması yolu ilə formalaşmışdır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Quzey - İrəvan qubeniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunun 
Toxluca kəndində  qışlaq. Toponim «gün düşməyən, həmişə kölgəli yer» mənasında işlənən qüzey 
sözündən (9, s.564) əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. 
Quzeykab - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
dağ. Oronim Azərbaycan dilində «şimal, gün düşməyən yer» mənasında işlənən quzey və türk dilində 
«aşırım» mənasında işlənən kab sözünün (339,s.239) birləşməsindən əmələ gəlmişdir və «şimalda, gün 
düşməyən yerdə olan aşırım» mənasında bildirir. Toponimin ikinci komponenti olan kab sözü 
Azərbaycan dilində gav formasında «dağ keçidi» mənasında (253, s.125), gab formasında «qayalıqdan 
keçən yol», «uçurum, daşlıq» mənalarında (253, s.126) işlənir. Quruluşca mürəkkəb oronimdir. 
Quzugüdən - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin 
ilkin, qədim adı Quzukutan olmuşdur (427, s.228). 
1728-ci ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə  Kəndin adı Quzugüdənli 
formasında qeyd edilir və göstərilir ki, «Kəndin əhalisi mürsəlli camaatındandır» (143, s.70). Erməni 
mənbələrində  kəndin adı  Ğuzigedən,  Ğuzigedan, Kuzikutan formalarında (427, s.228), Qafqazın 5 
verstlik xəritəsində Kuzikuden formasında (348, s.146) qeyd edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə