112
Toponim türk dilində «susuz dərə», «çay yeri», «axar», «çay» (2, s.297), «dərə, vadi» (299,
s.453) mənalarında işlənən qol sözü ilə «bataqlıq» mə’nasında işlənən qat sözünün (339, s.141)
birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur.
Qollu daşın yolu - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Kalinino rayonunda əkin
sahəsi. Rayondakı Cücəkənd kəndinin cənub tərəfində yerləşir. Digər adı «Qollunun yolu»dur.
Qoloybucaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kirovakan şəhərində
dağ. Şəhərdən 25 km qərbdə yerləşir. Hündürlüyü 2400 m-dir. Oronim bucaq türk tayfa adı (245, s.53)
əsasında yaranmışdır. Etnooronimdir.
Qonaqqıran - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan)
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun
tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qonaqqıran kimi (143, s.135), Qafqazın 5
verstlik xəritəsində Qonax Qran formasında (348, s.139) qeyd edilmişdir.
Toponim qədim türk dilində «dayanacaq», «istirahət yeri» mənasında işlənən qonaq sözü ilə
(299, s.455), «düşərgə», «maldarların müvəqqəti dayanacaq yeri» mənasında işlənən kuren //kran
sözünün (339, s.317) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu
toponimdir.
Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur.
Qonaqgörməz - İrəvan xanlığının Dərəçiçək mahalında kənd. XVII əsrin sonlarında ləğv
edilmişdir.
Toponim «dayanacaq, dincəlmək yeri» mənasında işlənən qonaq sözü ilə (299, s.455) və qeyri-
qəti gələcək zamanın inkarında işlənən görməz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qonax görməz - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.
Toponim qədim türk dilində «istirahət yeri, dayanacaq» mənasında işlənən qonaq sözü i!ə (299,
s.455) görünməz sözündən -ün qayıdış fel şəkilçisinin ixtisarı nəticəsində formalaşan görməz sözünün
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qoncalı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən
14 km şimal-qərbdə yerləşir. Erməni mənbələrində Xancallı kimi qeyd edilir (415, s. 20). Qafqazın 5
verstlik xəritəsində qeyd edilmişdir (348, s.140).Kəndin köklü sakinləri azərbaycanlıların
etnogenezində iştirak edən qarapapaq türk tayfaları olmuşdur.
Siyahıyaalmalarda qarapapaqlar xalq kimi göstərilmişdir (415, s.20-21)
Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914 - cü ildə
392 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1918-ci ildə azərbaycanlılar ermənilər
tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti
qurulandan sonra azərbaycanlılardan sağ qalanlar geri öz -kəndlərinə qayıtmışdır. Burada 1922-ci ildə
95 nəfər, 1931-ci ildə 134 nəfər (415, s.20-21, 104-105), 1987-ci ildə 236 nəfər (35, s.167)
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan
dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim gəncəli (>qoncalı -İ.B.) türk etnonimi (92 s.12) əsasında əmələ gəlmişdir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur.
Qorçulu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir
qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir.
Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279
nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır
(415, s.16-17, 102-103). 1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən
qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma
torpaqlarına dönə bilmişlər. 1918-20-cı illərdə kəndə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə kənddə
142 nəfər, 1926-cı ildə 148 nə fər, 1931-ci ildə 195 nəfər (415, s.17, 103), 1987-ci ildə 250 nəfərə
yaxın azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik
torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
113
Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə (ASE, III c.,
s.215) mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub,
qorçuların yaşadığı kənd» mənasını ifadə edir.
Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə
toponimdir.
Qotur - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.
Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.142) qeyd
edilmişdir (348, s.142). Kəndin digər adı Qoytur olmuşdur (415, s.4). 1828-ci ilə kimi burada yalnız
azərbaycanlılar yaşamışdır.
Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər
burada yerləşdirilmişdir (415, s.96-100). Burada ermənilərlə yanaşı 1873 - cü ildə 72 nəfər, 1886-cı
ildə 80 nəfər, 1897-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır (415, s.45, 96-97). 1904, 1914 - cü illərdə
kənddə yaşayan azərbaycanlı və ermənilər qarışıq şəkildə göstərilmişdir (415, s.96-97). 1918-ci ildə
kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından
deportasiya olunmuşdur. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü (339, s.296)
əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.
Qoturbulaq - Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda
kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir.
Toponim Azərbaycan dilində işlənən qotur və bulaq sözlərindən əmələ gəlmişdir. Kənd
müalicəvi əhəmiyyətli bulağın yaxınlığında (həmin bulağın suyundan əsasən qoturluq xəstəliyində
istifadə olunurmuş) salındığı üçün kənd «Qoturbulaq» adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca
mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxbuyr qoyulmuşdur.
Qoturbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir.
Müalicəvi əhəmiyyətli bulağın yaxınlığında salındığı üçün kənd Qoturbulaq adlandırılmışdır.
Xəstə olan, qotura tutulan həmin sudan istifadə edirmiş. Hidrotoponimdir. Quruluşca mürəkkəb
toponimdir. Sonradan kəndin adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.
Qotur bulağı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi rayonunda bulaq. Qotur
xəstəliyində istifadə edildiyi üçün «Qotur bulağı» adlanmışdır. Əsrlər boyu bu bulaq elin təbibi olub
müharibə dövrü qaşınma tutan uşaqları bu su ilə müalicə eləyirdilər (156, s.106). Mürəkkəb quruluşlu
hidronimdir.
Qotursu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda
bulaq. Hidronim «qotur xəstəliyinin müalicəsində istifadə olunan mineral su» mənasını ifadə edir.
Qoturtəpə - İndiki Ermənistanda dağ. Oronim Azərbaycan dilində «otsuz, ot bitməyən, keçəl»
mənasında işlənən qotur sözü ilə (278, s.93-94; 339, s.296) «dağ, kiçik dağ» mənasında işlənən təpə
sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.
Qoş - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon
mərkəzirdən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə (143,
s.162), Qafqazın 5 verstlik xəritəsində (348, s.144) qeyd edilmişdir. Burada 1828-ci ilə kimi yalnız
azərbaycanlılar yaşamışdır. 1858-70-cı illərdə Türkiyədən buraya Ermənilər köçürülüb
yerləşdirilmişdir.
Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 211 nəfər, 1886-cı ildə 566
nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107).
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə
bilmişdir. Burada 1922-ci ildə 10 nəfər, 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23,
106-107).
Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında
işlənən qoş sözü (359, II(i),s.636; 339, s.298-299) əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan
sadə toponimdir.
Qoş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində
kənd. Dilican şəhərində 10 km şərqdə yerləşir. İndi İcevan rayonunun tabeliyindədir. Toponim türk
Dostları ilə paylaş: |