108
Kənddə 1873 - cü ildə 188 nəfər, 1886-cı ildə 136 nəfər,1897-ci ildə 125 nəfər, 1908-ci ildə
215 nəfər, 1914 - cü ildə 421nəfər, 1916-cı ildə 249 nəfər yalnız azərbaycanlı yaşamışdır(415, s. 66-
67, 140-141). 1918-ci ilin mart ayında kəndin sakinləri ermənilər tərəfindən vəhşicəsinə qovulmuşdur.
Kənddə 1930 - cu illərə kimi heç kim yaşamamışdır. 1930 - cu ildən sonra buraya ermənilər
köçürülmüşdür (415, s.64).
Toponim qırmızı süxurlu ərazini, torpağı bildirən qızıl və xaraba sözlərinin birləşməsindən
əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qızılxaraba - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni)
rayonundakı Qızılxaraba kəndində dağ. Oronim torpağın rəngini ifadə edən qırmızı mənasında işlənən
qızıl və xaraba sözlərinin əsasında əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Qızılcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
kənd. Rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir
(348, s.132).
Kənddə 1873 - cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə
450 nəfər, 1914 - cü ildə 441 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146-147). 1918-ci ildə
azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet
hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189
nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 292 nəfər (415, s.76-77, 146-147), 1987-ci ildə 466 nəfər
(85, s.184-185) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti
tərəfindən qovulmuşlar. İndi kənddə ermənilər yaşayır.
Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası
bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə
quruluşlu toponimdir.
Qızılcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.132). Oronim qırmızı (torpağın rəngini
bildirir) mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması ilə əmələ
gəlmişdir. Düzəltmə quruluşlu oronimdir.
Qılıclı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indki Paşalı (Əzizbəyov, Vayk)
rayonu ərazisində kənd. Qılıclıdərə selavının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348,
s.133) qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 52 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 117 nəfər, 1904 - cü ildə
117 nəfər, 1914 - cü ildə 128 nəfər, 1916-cı ildə 127 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-
91, 158-159). 1918-ci ildə ermənilər kəndə təcavüz edərək sakinlərini qırğınlarla qovmuşlar. 1920-ci
ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim qılıclı türk etnonimi (286,3.63-64) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Qılıclıdərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk)
rayonunda dərə. Rayondakı Qılıclı kəndinin ərazisində yerləşir. Oronim qılıclı türk etnoniminin adını
(286, s.63-64) əks etdirir. Etnooronimdir.
Qıllıçarıq - Tiflis quberniyasının Loru Borçalı qəzasında, indiki Barana (Noemberyan)
rayonunda yaşayış məntəqəsi. Ləmbəli kəndinin yaxınlığında yerəlşirdi.
Toponim oğuz tayfalarından biri olan çarıq etnonimi (399, s.58) əsasında formalaşmışdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qıpçaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon
mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143. s.124), Qafqazın 5
verstlik xəritəsində (348, s.134) qeyd edilmışdir.
Toponim qədim türk tayfalarından olan qıpçaq etnonimi (228, s.18; 286, s.46-48; 66, s.34-37)
əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haric qoyulmuşdur.
Qırqalası - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
dağ. Oronim türk dilində «çöl, dağ qılıcı, kənar, sərhəd, hüdud» mənasında işlənən qır (kır) sözü ilə
(339, s.327) qala sözünün birləşməsindən əmələ gəlib «dağ qılıcının kənarında yerləşən qala» mənasını
bildirir. Quruluşca mürəkkəb oronimdir.
109
Qırğılı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda
kənd. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Mənbələrdə 1914 - cü ilə burada 191 nəfər
azərbaycanlının yaşadığı da göstərilmişdir. 1918-ci ilə azərbaycanlılar qırğınlarla qovulmuş, sonra
buraya ermənilər köçürülərək yeıləşdirilmişdir.
Toponim qırğılı (> qırğlı) türk etnonimi (31, s.25; 182, s.297;92, s.12) əsasında yaranmışdır.
Quruluşca sadə toponimdir.
Qırıxtəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda dağ.
Rayonunun yaxınlığında yerləşir.
Qırmızı körpü - İrəvanda körpü. Zəngi çayının üstündə 1679-cu il zəlzələsindən əvvəl
salınmışdır.
Qırxbulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indi Basarkeçər (Vardenis)
rayonunda kənd. Rayon mərkəzindən 2 km cənubda, Göyçə gölünün cənub-şərqində yerləşir. «İrəvan
əyalətinin icmal dəftəri»ndə (143, s.61) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 247 nəfər yalnız azərbaycanlı, 1897-ci
ildə ermənilərlə yanaşı 23 nəfər
azərbaycanlı yaşamışdır(415,8.26-27,112).
1831-ci ildən sonra kəndə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər
yerləşdirilmişdir (427, s.146). 1905-1906-cı illərdə azərbaycanlılar sıxışdırılmış və kənddən tamamilə
çıxarılmışlar. 1906-cı ildən sonra kənddə yalnız ermənilər yaşamışdır. Toponim Azərbaycan dilində
«çoxlu» mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranmışdır. Ərazidə çoxlu bulaq olduğu
üçün kənd Qırxbulaq adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Akunk qoyulmuşdur.
Qırxdəyirman - İrəvan qubeniyasının Aleksandropol qəzasında, indi Ələyəz (Araqadz)
rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə, Qarabulaq çayının yanında, Alagöz dağının
ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.153) qeyd edilmişdir. 15 mart 1972-ci ildə
Ələyəz (Araqadz) rayonu yarandıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb
Ələyəz (Araqadz) rayonunun tərkibinə daxil edilmişdir.
Toponim türk dilində söz birləşməsi daxilində qırx sözünün həm də kiçik mənasını ifadə
etdiyini (kırk ambar. 359,l(1), s.746) nəzərə alıb bu qənaətə gəlmək olar ki, Qırxdəyirman «Kiçik
dəyirman» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Hnaberd qoyulmuşdur.
Qırmızı daş - Tiflis quberniyasının Borçalı qəzasında, indi Kalinino rayonunda dağ.
Rayondakı Cücəkənd kəndinin ərazisində yerləşir. Oronim rəng bildirən (torpağın rəngi ilə bağlı)
qırmızı sözü ilə Azərbaycan dilində «dağ, qaya» mənasında işlənən daş sözünün birləşməsindən əmələ
gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Qırxlar dağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan
rayonunda dağ. Oronim avşarlardan olan qırıxlı türk tayfasının adı (286, s.32; 142, s.87) əsasında
formalaşmışdır. Etnooronimdir. Quruluşca mürəkkəb toponimdir.
Qısır xaraba - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov,
Vayk) rayonu ərazisində kənd. Rayon mərkəzindən 15-17 km şərqdə, rayondakı Terp kəndinin
yaxınlığında yerləşirdi. Kəndin digər adı erməni mənbələrində Qısır kimi qeyd edilir (415, s.90).
Kənddə 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 136 nəfər, 1904 - cü ildə 152 nəfər, 1914 - cü ildə
167 nəfər, 1916-cı ildə 187 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə
kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet
hökuməti qurulandan sonra sağ qalanlardan müəyyən qismi doğma yurda dönə bilmişdir. Burada
1922-ci ildə 4 nəfər, 1926-cı ildə 18 nəfər azərbaycanlı yaşamışdır (415, s.91, 159). 1928-29 - cu
illərdə azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmışdır. Kənd 1930 - cu ildə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində «otsuz, bitkisi olmayan torpaq» mənasında işlənən qısır sözü ilə
«dağılmış, viran edilmiş» mənasında işlənən xaraba sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında
yaranan mürəkkəb quruluşlu toponimdir.
Qısırdağ - Zəngəzur sıra dağları silsiləsində, Qafan rayonu ərazisində dağ. Hündürlüyü 2987
m-dir. Oronim Azərbaycan dilində «meşəsiz, otsuz, bitkisiz» mənasında işlənən qısır (yəni quru) sözü
əsasında əmələ gəlmişdir.
Qısırdağ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.135) qeyd edilmişdir. Oronim Azərbaycan
Dostları ilə paylaş: |