İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   47   48   49   50   51   52   53   54   ...   168

 
102
Qatırabad - İrəvan quberniyasının Sərdarabad mahalında, sonra İrəvan quberniyasının 
Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində  kənd. Araz çayının sol 
sahilində yerləşirdi. Kənd XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ləğv edilmişdir (415, s.62-63). 
Toponim türk dilində «sıldırım yarğanlı yer» mənasında işlənən kadır, qatır sözü ilə (337, 
s.115) abad sözünün birləşməsindən  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Qafan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanda yaşayış 
məntəqəsi, inzibati rayon və rayon mərkəzi. İndiki Ermənistanın şimal-şərqində yerləşir. 1930 - cu ilin 
sentyabrın 9-da rayon kimi təşkil edilmişdir. 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı 
keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ 
sahilində yerləşmiş Qapan (Qafan İ.B.) kəndinin adı ilə bağlıdır (85, s.140). 
Erməni mənbələrində Qapan formasında qeyd edilir (415, s.134; 419,s.60). 
Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən (286, s.41-42) əmələ gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Qafan qalası - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində qala. Kığı və Oxçu çaylarının birləşdiyi yerdə salman Zeyvə Kəndindən 200 m hündürlükdə 
yerləşir. 1103 - cü ildə tikilmişdir (85, s.141). 
Qalanın adı qapan türk mənşəli etnonimi ilə bağlı yaranmışdır və «qapan tayfasının qalası» 
mənasını bildirir. 
Qafarlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. 
Gərni çayından axan arxın yanında yerləşirdi. 
Kəndd 1831-ci ildə 652 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 
nəfər, 1908-ci ildə 540 nəfər, 1914 - cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq 
deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən (386, s.631) 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Qaxsu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. 
Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Kəndə ermənilər  İrandan köçürülmüşdür (386, s.591-
594). 
Toponim türk dilində «bərk, möhkəm» mənasında işlənən qax (əsli xax > qaq) sözü ilə (87, 
s.103) su sözünün birləşməsindən əmələ gələn hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qaçaq qayası - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonunda dağ. Qaçaqlar yaşadığı, məskən saldığı üçün dağ Qaçaq qayası 
adlandırılmışdır. 
Qaçağan - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) 
rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Daşbulaq çayının yaxınlığında, Dəvədaşı 
dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.l 25). 
Toponim qaçağan türk tayfasının adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Arevadzaq 
qoyulmuşdur. 
Qazan düşən - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Çəmbərək (Krasnoselo) 
rayonunun Çaykənd kəndi ilə Dilican şəhəri arasında ərazidə qışlaq. Erməni mənbəyində Qaçan uçan 
kimi göstərilir (415, s.32). 1926-cı ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 30 - cu 
illərdə ləğv edilmişdir. 
Qacaran - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 32 km məsafədə, Oxçu çayının sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində Kacaran formasında (348, s.107), erməni mənbələrində Qacarans (415, s. 136) kimi qeyd 
edilmişdir. 
Ermənilərdən başqa 1931-ci ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır. 
Toponim qayı türk tayfasından olan qacar etnoniminə (245, s.48) cəmlik bildirən -an 
(Azərbaycan dilində  cəmlik bildirən -lar şəkilçisinin sinonimidir) şəkilçisinin artırılması  əsasında 
əmələ gəlmişdir. 


 
103
Qızılbaş tayfalarından biri də qacar adlanırdı (175, s.36). Etnotoponimdir. Quruluşca düzəltmə 
toponimdir. 
Qaşqa - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s. 125) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.156). Sonra xaricdən - İran və 
Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir və bununla kənd tam surətdə ermənilərin 
yaşayış məntəqəsinə çevrilmişdir. 
Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi (142, s.72-95; 235, s.20-21; 17, 
s.187-188) əsasında əmələ gəlmişdir. «Qaşqa» qaşqay etnoniminin fonetik formasıdır. 
Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Vardaşat 
qoyulmuşdur. 
Qədir damı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican şəhəri 
yaxınlığında qışlaq. 1926-cı ildə burada 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). XX əsrin 30 - 
cu illərində ləğv edilmişdir. 
Toponim Qədir  şəxs adı  və «ev,dəyə, qazma» mənasında işlənən tam>dam (299, s.529; 339, 
s.170-171) sözünün birləşməsindən  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Qədili - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 22 km cənub-şərqdə, Qədili kanalının yanında, Varsaq dağının ətəyində, Çapan çayının 
kənarında yerləşmişdir. 
1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə  Qədli kimi (143, s.173), 
Qafqazın 5 verstlik xəritəsində Qadılu fonetik formasında (348, s.107) qeyd edilmişdir. Kəndin adı 
XVIII  əsr mənbəyində  Ağkilsə (143, s. 106) erməni mənbələrində  Qədirli (415, s. 154) kimi də 
göstərilir. 
Kəndin tarixi adı Qədili olsa da, Sovet hakimiyyəti illərində Qədirli kimi rəsmiləşdirilmişdir. 
Kənddə 1831-ci ildə 45 nəfər, 1873 - cü ildə 389 nəfər, 1886-cı ildə 497 nəfər, 1897-ci ildə 588 
nəfər, 1904 - cü ildə 827 nəfər, 1914 - cü ildə 839 nəfər, 1916-cı ildə 697 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 154-155). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən 
qırğınlarla qovulmuşdur. 1926-cı ildən burada ermənilər yaşamağa başlamışdır. 
Toponim türk mənşəli qədili nəsil adı əsasında yaranmışdır. Qədili tayfası qaşqayların bir tirəsi 
olmuşdur (90, s.281). Patronomik toponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Lancanist 
qoyulmuşdur. 
Qəzənfər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 10 km cənubda, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.112), Qafqazın 5 verstlik xəritəsində (348, s.107) 
qeyd edilmişdir. Ermənilər kəndə 1828-29 - cu illərdə Türkiyənin Alaşkert, Muş, Sasun vilayətlərindən 
köçürülmüşdür (427, s.378). 
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Araqats qoyulmuşdur. 
Qələndər qalası - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus 
rayonunda qala. Rayondakı Ağbulaq kəndinin yaxınlığında yerləşir. Qala XVII əsrdə tikilmişdir. 
Qəmərli - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda yaşayış 
məntəqəsi. Yaşayış məntəqəsinin digər adı «Tatar Qəmərlisi» olmuşdur (415, s.48). 1930 - cu ilə qədər 
kənd, sonra qəsəbə, 1961-ci ildən respublika tabeliyində şəhərdir. 
1930 - cu ilin sentyabnn 9-da yaradılan Qəmərli rayonunun adı  və rayon mərkəzi olmuşdur. 
İrəvandan 2830 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.111) qeyd edilmişdir. 
Burada 1831-ci ildə 167 nəfər, 1873 - cü ildə 563 nəfər, 1886-cı ildə 668 nəfər, 1897-ci ildə 
757 nəfər, 1914 - cü ildə 957 nəfər, 1916-cı ildə 903 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-
129). 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya 
olunmuşdur (309, s.219). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan 
azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 248 nəfər, 
1931-ci ildə 267 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə