96
Toponim qarapapaq türk tayfa adının güllü və bulaq sözlərinə qoşulması əsasında əmələ
gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qarapapaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Kəndin başqa adı Seyidkənd olmuşdur (415, s.50).
Kənddə 1831-ci ildə 130 nəfər, 1873 - cü ildə 345 nəfər, 1886-cı ildə 346 nəfər, 1897-ci ildə
483 nəfər, 1904 - cü ildə 410 nəfər, 1914 - cü ildə 705 nəfə, 1916-cı ildə 382 nəfər azərbaycanlı
yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına
məruz qalaraq
deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd
sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 99 nəfər, 1926-cı ildə 131 nəfər, 1931-ci
ildə 118 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı
ilə 1948-ci ildə azərbaycanlılar Azərbaycana köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim qazaxlar tayfasından olan qarapapaqlar etnonimindən (386, s.535-536) əmələ
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qarasaqqal - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni)
rayonunda kənd. Alçalı kəndinin yaxınlığında yerləşmişdir (415, s.66).
Toponim qarasaqqal etnonimi (92, s.20) əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə
toponimdir.
Qarasu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Dilican şəhəri
yaxınlığında yerləşmiş və şəhərin tabeliyində olmuşdur. 1926-cı ildə burada 13 nəfər yaşamışdır (415,
s.30-31). 1930 - cu illərdə ləğv edilmişdir.
Toponim «ağır, aşağı keyfiyyətli, içməyə yararlı olmayan» mənasında
işlənən qara sözündən
(93, s.42) və su hidronimdən ibarətdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qara su - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan)
rayonunda bulaq. Hidronim keyfiyyət mənasında işlənən qara sözü ilə «çay, kiçik çay», «bulaq, kiçik
göl» mənasında işlənən su sözündən (339, s.528) əmələ gəlmişdir. Mürəkkəb quruluşlu hidronimdir.
Qarasu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan)
rayonu ərazisində yaşayış, məntəqəsi -qışlaq. Yel dağının ətəyində, Ləmbəli kəndinin yaxınlığında
yerləşmişdir (1930 - cu ildə Allahverdi (Tumanyan) rayonunun tərkibində olmuşdu). Burada 1926-cı
ildə 14 nəfər azərbaycanlı yaşamışdır (415, s.10-11). 1930 - cu illərdə ləğv edilmişdir.
Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan, ağır su, aşağı keyfiyyətli su» mənasında
işlənən qara sözü ilə qədim türk dilində çay mənasında işlənən su sözünün birləşməsindən əmələ
gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qaratəpə - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd
olmuşdur. Ağhəmzəli kəndinin yaxınlığında yerləşirdi.
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.99), Qafqazın 5 verstlik xəritəsində (348, s.119)
qeyd edilmişdir. Kənddə 1831-ci ildə 45 nəfər, 1873 - cü ildə 49 nəfər, 1886-cı ildə 32 nəfər, 1897-ci
ildə 32 nəfər, 1908-ci ildə 59 nəfər, 1914 - cü ildə 89 nəfər, 1916-cı ildə 30 nəfər, 1919 - cu ildə 38
nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1919 - cu ilin sonlarında və 1920-ci ilin
əvvəllərində azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən deportasiya olunaraq kənd xarabalığa
çevrilmişdir. İndi xaraba kənddir.
Toponim türk dilində «böyük, geniş, hündür, şiş, uca» mənasında işlənən qara sözü ilə (278,
s.80-81; 94, s.71) Azərbaycan dilində «kiçik dağ» mənasında işlənən təpə
sözünün birləşməsindən
əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Qaratorpaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında,
indi Dilican şəhəri ilə
Çəmbərək (Krasnoselo) rayonunun Gölkənd kəndi arasında kənd. Qafqazın 5 verstlik xəritəsində (348,
s.119) qeyd edilmişdir.
1926-cı ildə burada 23 nəfər azərbaycanlı yaşamışdır (415,
:
s.32-33). 1930 - cu illərdə kənd
ləğv edilmişdir. İndi ölü kənddir.
Toponim «münbit, keyfiyyətli, yararlı» mənasında işlənən
qara
sözü ilə torpaq sözünün
birləşməsindən əmələ gəlmişdir.
Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.
Qaratorpaq - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd
olmuşdur. Rayondakı Kolanlı kəndinin yaxınlığında, Cığın dərəsində, Qaratorpaq çayının sahilində
yerləşirdi. Qafqazın 5 verstlik
xəritəsində qeyd edilmiş,dir (348,s.119).
97
Kənddə 1873 - cü ildə 138 nəfər, 1886-cı ildə 15 nəfər, 1931-ci ildə 64 nəfər yalnız
azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1948-49 - cu illərdə SSRİ Nazirlər Soveinin xüsusi
qərarı ilə azərbaycanlılar zorla köçürülərək kənd ləğv edilmişdir.
Toponim rəng mənasında işlənən qara sözü ilə torpaq sözünün birləşməsindən əmələ gəlmişdir.
Quruluşca mürəkkəb toponimdir.
Kəndin torpağı qara rəngində olduğu üçün (qara burada «münbit, keyfiyyətli» mənasını ifadə
edir) Qaratorpaq adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qaraunc - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda
kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Burada ermənilərlə yanaşı 1886-cı ildə 4 nəfər,
1897-ci ildə 5 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.28-29, 114-115). İndi yalnız
ermənilər yaşayır.
Qaraxaç - Dərələyəz mahalında, Göyçə və Kəlbəcər yaxınlığında yurd. Bu yurdda son
dövrlərdə həmişə Qarabağda yaşayan təhlə tayfası yaylayırdı.
Toponim «böyük, yekə, əzəmətli» mənasında işlənən qara sözü ilə xaç sözünün birləşməsindən
əmələ gəlmişdir.
Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir.
Qaraxaç - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon
mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol
axarında yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.98), Qafqazın 5 verstlik xəritəsində (348, s. 119)
qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır (386, s.555-556; 415, s.156).
1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda
burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.
1873 - cü ildə burada 324 nəfər azərbaycanlı, 276 erməni,1886-cı ildə 498 nəfər azərbaycanlı,
288 erməni, 1897-ci 589 nəfər azərbaycanlı, 416 erməni yaşamışdır (415, s.86-87, 156-157). 1918-ci
ildə azərbaycanlılar zorla və qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki
Ermənistanda sovet
hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişlər.Qaraxaçda ermənilərlə
yanaşı 1922-ci ildə 22 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır
(415,s.86-87, 156-157). 1948-49 - cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar
tarixi-etnik vətənlərindən çıxarılaraq zorla Azərbaycana köçürülmüşdür. Kənddə indi yalnız ermənilər
yaşayır.
Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə (278, s.80-81) xaç
sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur.
Qarahəmzəli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda
kənd. Kəndin digər adı Tamamlı olmuşdur.
Rayon mərkəzindən 4-5 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.115)
qeyd edilmişdir.
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci
ildən sonra
İrandan köçürülmüşdür (386, s.551-553). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873 - cü
ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47,
126-127). 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq
deportasiya olunmuşdur (309, s.216). Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ
qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157
nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127).
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-53 - cü illərdə azərbaycanlılar tarixi-etnik
torpaqlarından deportasiya edilərək zorla Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
Toponim qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik toponimdir. Sadə
toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək.Burastan
qoyulmuşdur.
Qaraçanta - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon
mərkəzindən 4
km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m
hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.121). 1886-cı ildə 348