90
Qaraqala - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ. Qafqazın 5 verstlik
xəritəsində (348, s.116) qeyd edilmişdir. Oronim Azərbaycan dilində mənasında işlənən qara sözü ilə
qala sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Qaraqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.
Rayon mərkəzindən 9 km məsafədə, Zəngi çayından axan arxın sağ sahilində, Qarnıgöz bulağının
yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.161),
Qafqazın 5 verstlik xəritəsində (348, s.117) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 151 nəfər, 1873 - cü ildə 735 nəfər, 1886-cı ildə 735 nəfər, 1897-ci ildə
1007 nəfər, 1904 - cü ildə 832 nəfər, 1914 - cü ildə 1123 nəfər, 1916-cı ildə 1052 nəfər azərbaycanlı
yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq
deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri
öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 514 nəfər, 1926-cı ildə 753 nəfər, 1931-ci ildə 850
nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1988-ci ilin oktyabr-noyabr aylarında
azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi
burada ermənilər yaşayır.
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə (93, s.42), «qış
vaxtı heyvandarların yaşadığı yer, yaşayış yeri» mənasında işlənən qışlaq sözündən əmələ gəlmişdir.
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Dostluq, Ermənistanın
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Hayanist qoyulmuşdur.
Qaraqoyunlu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda
kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir (415, s.48). «İrəvan əyalətinin icmal dəftəri»ndə
(143, s.99) qeyd edilir.
Kənddə 1831-ci ildə 236 nəfər, 1873 - cü ildə 355 nəfər, 1886-cı ildə 474 nəfər, 1897-ci ildə
456 nəfər, 1908-ci ildə 432 nəfər, 1914 - cü ildə 475 nəfər, 1916-cı ildə 509 nəfər azərbaycanlı
yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq
deportasiya olunmuşdur. Kənddə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda
sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada
ermənilərlə yanaşı 1922-ci ildə 178 nəfər, 1926-cı ildə 228 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı
yaşamışdır (415, s.49, 129). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-53 - cü illərdə
azərbaycanlılar Azərbaycana köçürülərək tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi
burada ermənilər yaşayır.
Toponim qaraqoyunlu türk etnonimi (245, s.52; 232, s.64-66; ASE, III c., s.55) əsasında əmələ
gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qaraqoyunlu - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Gərnibasar çayının yaxınlığında, poçt yolunun üstündə yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.99), Qafqazın 5 verstlik xəritəsində (348, s.117)
qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 376 nəfər, 1886-cı ildə 464 nəfər, 1897-ci ildə 389 nəfər, 1904 - cü ildə
551 nəfər, 1914 - cü ildə 606 nəfər, 1916-cı ildə 589 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla öz doğma kəndlərindən qovulmuşlar
(309, s.216). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz
kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 60 nəfər, 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 119 nəfər
(415, s.87, 157), 1939 - cu ildə 321 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi
qərarı ilə Qaraqoyunlu kəndinin sakinləri -azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana
köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir.
Toponim qaraqoyunlu türk tayfasının adı (245, s.52; 232 s.64-66; ASE, III c., s.55) əsasında
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qaraqoyunlu dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək
(Krasnoselo) rayonunda ərazi. Qaraqoyunlu dərəsi deyilən ərazidə 1988-ci ilə kimi Azərbaycan
türklərinin yaşadığı Gölkənd, Çaykənd, Əmirxeyir, Bəriyabad, Qaraqaya, Yanıxpəyə, Cıvıxlı kəndləri
yerləşirdi. Toponim qaraqoyunlu etnoniminin əsasında yaranmışdır. Etnooronimdir. Quruluşca
mürəkkəb oronimdir.
91
Qaraqula - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd
Alagöz dağının 10 km şimal-qərbində yerləşir.
Toponim qədim türk dilində «böyük, geniş, hündür, uca» mənasında işlənən qara sözü ilə (94,
s.71) «dağın şimal, gün düşməyən yamacı» mənasında işlənən qula sözünün (339, s.164)
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib,Getan qoyulmuşdur.
Qaraqüzey - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində
kənd olmuşdur.
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə Azərbaycan
dilində «gün düşməyən yer» mənasında işlənən qüzey sözünün birləşməsindən əmələ gəlmişdir.
Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qaraqüzey - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi rayonunda dağ. Qədim türk
dilində «geniş» mənasında işlənən qara sözü ilə «şimal, gün düşməyən yer» mənasında işlənən qüzey
sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.
Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun
üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.117) qeyd edilmişdir. Burada ermənilərdən
başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93). İndi ermənilər
yaşayır.
Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə,
təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən
qulak //kulak sözündən (339, s.310-311) əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb
quruluşlu toponimdir.
Qaradağ - Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu
ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində «hündür, uca, böyük» mənasında işlənən qara sözü ilə dağ
sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qaradağlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.116) qeyd
edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-1830 - cu illərdə
İrandan köçürülmüşdür (386, s.547-549; 415, s.14). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər,
1873 - cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919 - cu ildə 360 nəfər
azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma
məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ
qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163
nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin
xüsusi qərarı ilə 1948-1953 - cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq
Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı (354, s.92) əsasında
əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen,
20.X.1967-ci 11 fərmanı ilə yenidən dəyişdirilərək Mrqavet qoyulmuşdur.
Qaradaş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan)
rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin ərazisində azərbaycanlıların
həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığın qalıqları
qalmaqdadır (Ermənistan Sovet Ensiklopediyası, X c., İrəvan, 1984, s.329). Toponim rəng bildirən
qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
Qaradaş dağı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis)
rayonundakı Sarıyaqub kəndində dağ. Oronim Azərbaycan dilində rəng mənasında işlənən qara və
«dağ», «qaya» mənasında işlənən daş sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Qara Əhmədli - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək
(Krasnoselo) rayonunda qışlaq. Rayondakı Çaykənd kəndinin yaxınlığında yerləşirdi. 1937-ci ilədək
Dostları ilə paylaş: |