İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   39   40   41   42   43   44   45   46   ...   168

 
86
Bir igidin al qanıdır hər lalə,  
O vaxtdandır qəmli axır şəlalə. 
Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir. 
Qanlı göl - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl. 
Kəvər (Kamo) rayonundan 21 km cənub-şərqdə yerləşir. Dərinliyi 3032 m-dir. 
Gölün adı qanlı türk tayfasının adını (245, s.41) əks etdirir. Etnohidronimdir. Quruluşca 
mürəkkəb hidronimdir. Adı dəyişdirilib Aknaliç qoyulmuşdur. 
Qanlı göl - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun Qaraqoyunlu 
kəndində göl. Türk mənşəli qanlı tayfasının adı (245, s.41) əsasında əmələ gəlmişdir. Etnohidronimdir. 
Quruluşca mürəkkəb hidronimdir. 
Qanlı təpə - İrəvan şəhərində qədim qala. İrəvan şəhərinin cənub-şərqində yerləşirdi. Qalanın 
adı dəyişdirilib Arinberd qoyulmuşdur. 
Qapılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 15 km cənub-qərbdə, Arpaçayın yaxınlığında,  İrəvan -Gümrü yolunun üstündə 
yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.131), Qafqazın 5 verstlik xəritəsində (348, s. 114) 
qeyd edilmişdir. 
Ermənilər buraya 1829-30- cu illərdə Türkiyənin Alaşkert, Bulanix və Muşdan gətirilmişdir. 
Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları, divarları indi də durur. 
Toponim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağ yamacında dərə» 
mənasında işlənən  qapı  sözünə (339, s.253) -lı  şəkilçisinin artırılması ilə  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı  dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) 
qoyulmuşdur. 
Qapıcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır. 
Toponim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağ yamacında dar 
dərə» mənasında işlənən  qapı (kapu) sözünə (339, s.253) kiçiltmə  mənası bildirən -cıq  şəkilçisinin 
artırılılması ilə düzəlib. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Qapıcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
dağ. Oronim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağın yamacında olan dar 
dərə» mənasında işlənən  qapı  (kapu) sözünə (339, s.253) kiçiltmə  mənalı söz əmələ  gətirən -cıq 
şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. «Dar dərənin yuxarısında yerləşən dağ» mənasını bildirir. 
Quruluşca düzəltmə oronimdir. 
Qaraarxac - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Kalinino rayonunun Soyuqbulaq 
kəndində yaylaq. Oronim türk dilində «böyük» mənasında işlənən qara sözü ilə Azərbaycan dilində 
«qoyun, mal yatağı» mənasında işlənən  arxac  sözünün (9, s.129) birləşməsindən  əmələ  gəlmişdir. 
Sintaktik üsulla yaranan mürəkkəb toponimdir. 
Qarabaşlar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Kığı çayının sol tərəfində 
yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Qarabaş formasında (348, s. 114) qeyd edilmişdir. 
1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-1351). 1926-cı ildə siyahıyalmada kənddə yaşayan 
azərbaycanlılar farslar kimi göstərilir (415, s.57). 30 - cu illərin sonunda kənd ləğv edilmişdir. 
Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə (286, s.72) -lar şəkilçisinin 
qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Qaraboya - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonu  ərazisinde kənd. Araz çayının yanında yerləşirdi. 1930 - cu ildə Leninakan rayonunun 
tabeliyində olmuşdur. 1918-ci ildə ləğv edilmişdir. 
Toponim qaraboya nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Qarabulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. 
Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.131), Qafqazın 5 verstlik 
xəritəsində (348, s. 114) qeyd edilmişdir. 


 
87
Erməni (415, s.24), rus mənbələrində  (Сборник  сведений  о  Кавказе,  т.V,  Тифлис, 1879, 
N°1160) kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. 
Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» 
mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı  dəyişdirilib  İsahakyan (erməni yazıçısı 
Avetik İsahakyanın familiyası) adlandırılmışdır. 
Qarabulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmsəddin qəzasında, indiki Barana 
(Noemberyan) rayonu ərazisində qışlaq. Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. Burada 1926-cı ildə 
9 nəfər azərbaycanlı yaşamışdır (415, s.10-11). 1929-1930 - cu illərdə əhalisi köçürülmüş, qışlaq ləğv 
edilmişdir. 
Toponim Azərbaycan dilində «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasında işlənən 
«qara» sözünə bulaq hidroterminin birləşməsindən formalaşmışdır. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Qarabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında
 
indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.114), Qafqazın 5 verstlik xəritəsində (348, s.114) 
qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur (143, s. 114). 
Toponim Azərbaycan dilində «içməyə, istifadəyə az yararlı», «ağır, aşağı keyfiyyətli su», 
«çirkli, bulanıq su mənasında işlənən qara sözü ilə bulaq sözünün birləşməsindən  əmələ  gəlib 
«Qarabulağın yanında salınan kənd» mənasını ifadə edir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. 
Qarabulaq - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Arpagölün 
qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, 
s.131), Qafqazın 5 verstlik xəritəsində (348, s.114) qeyd edilmişdir. Kənddə 1886-cı ildə 185 nəfər, 
1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır (415, 
s. 102-103). 
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1926-28-cı illərdə geri - ata-baba torpaqlarına qayıda 
bilmişlər. 1931-ci ildə kənddə 179 nəfər (415, s. 103), 1970-ci ildə 215 nəfər, 1987-ci ildə 293 nəfər 
(35, s.162) azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən bir 
daha tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq 
hidroterminindən əmələ gəlmişdir.
 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib  Şaqik 
qoyulmuşdur. 
Qaraburun - İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, 
s. 115) qeyd edilmişdir. 
Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündən (94, s.70) və «irəli çıxan 
və ya suya doğru uzanan» (253, s.99), «dağ  çıxıntısı, dağın qolu, sıldırımlı qaya» (339, s.103) 
mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 
21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur. 
Qaravəng - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzinin yaxınlığında, Təkədonduran çayından axan qolun yanında 
yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.60), Qafqazın 5 verstlik xəritəsində (348, s. 
115) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 80 nəfər, 1873 - cü ildə 187 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 260 
nəfər, 1904 - cü ildə 414 nəfər, 1914 - cü ildə 455 nəfər, 1916-cı ildə 300 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.92-93, 160-161). Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə  məruz qalaraq 
qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan 
kənd sakinləri öz ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 66 nəfər yalnız 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə