120
Qurumsulu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana
(Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax
rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir.
Toponim türk dilində «yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası»
mənasında işlənən qurum sözü ilə (339, s.320) -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən
əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində «qaya parçası» mənasında işlənən qorum (qorum)
formasında işlənmişdir (299, s.46). Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı,
dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Quru fontan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda
kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir.
Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Sonralar -1828-ci ildən sonra burada ruslar
yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-19).
XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb
toponimdir.
Quruçay - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Barana (Noemberyan)
rayonunda kənd. Rayon mərkəzindən 24 km şimalda, Tona (Debed) çayının sağ sahilində, Ləmbəli
kəndinin yaxınlığında yerləşir.
Toponim Azərbaycan dilində «susuz, suya çəkilmiş» mənasında işlənən quru sözü ilə çay
sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Sonralar kəndin adı dəyişdirilərək Ptğavan qoyulmuşdur.
Quşdoğan çay - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican şəhəri
ərazisində çay.
Quşçu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Quşçu məzrəsi (143, s.174),
Qafqazın 5 verstlik xəritəsində Quşi (348, s.152) formasında qeyd edilmişdir.
1931-ci ildən sonra mənbələrdə kəndin adına rast gəlinmir. 1940-cı illərdə kənd ləğv
edilmişdir. İndi xaraba kənddir.
Toponim Hunların quş tayfa adına (267, s.397; 245, s.38-39; 148, s.18) -çu şəkilçisinin
qoşulması yolu ilə yaranmışdır. Y.Hüseynzadə quşçu tayfasını mənşəcə qıpçaqlardan olduğunu qeyd
edir (292, s.91-95). A.Qurbanovun fikrincə, Kuşçu etnonimi Azərbaycana hazır vəziyyətdə
gətirilmişdir, başqa sözlə «çu» şəkilçisi «kuş» (quş) komponentinə Azərbaycandan kənarda əlavə
edilmişdir (182, s.313).
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Quşçu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd. Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası
kimi (143, s.60), Qafqazın 5 verstlik xəritəsində Quşi formasında (348, s.152) qeyd edilmişdir. Kənddə
1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91).
Azərbaycanlılar kütləvi surətdə 1905-1906-cı illərdə deportasiya olunmuşdur.
Toponim qədim quşçu türk etnonimi (245, s.39) əsasında yaranmışdır. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keçud qoyulmuşdur.
Quşçu körpüsü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Paşalı
(Əzizbəyov, Vayk) rayonunda körpü. Rayonun Quşçu kəndindədir. 1286-cı ildə salınmışdır.
Quşçu dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis)
rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. «İrəvan
əyalətinin icmal dəftəri»ndə Quşçu (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi (348, s.152)
formasında qeyd edilmişdir. Erməni mənbələrində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı
Pəmbək göstərilir (415, s.28, 419, s.87). Kəndin bir adı da Pəmbəkli olmuşdur (415, s.28). Kəndin
tarixi qədimdir. Buradakı albanlara məxsus dini məbədin (kilsənin) və oğuzların qəbiristanlıqlarının
xarabalığı müasir dövrümüzə kimi gəlib çatmışdır.
Kənddə 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 237 nəfər, 1897-ci ildə 283 nəfər, 1908-ci ildə
352 nəfər, 1914 - cü ildə 392 nəfər, 1916-cı ildə 331 nəfər, 1919 - cu ildə 398 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ilin yazında kənd ermənilərin təcavüzünə məruz qalaraq
121
sakinləri -azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti
qurulandan sonra kəndi tərk etməyə məcbur olmuş azərbaycanlılar tarix torpaqlarına qayıda bilmişdir.
Burada 1922-ci ildə 390 nəfər, 1926-cı ildə 349 nəfər, 1931-ci ildə 512 nəfər (415, s.27, 113), 1987-ci
ildə 2000 nəfər (85, s.292-293) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında, dekabr
ayının əvəllərində kəndin əhalisi Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya
edilmiş və kəndə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Toponim quşçu türk etnonimi ilə (245, s.38-39; 292, s.91-95; 182, s.313) «iki dağ və ya təpə
arasında, eləcə də düzənlikdə uzun dərin çuxur» mənasında işlənən dərə sözünün (10, s.74)
birləşməsindən əmələ gəlmişdir. «Dərədə quşçu tayfasının yaşadığı kənd» mənasını ifadə edir.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Quşçulu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Oxçu çayının sağ sahilində, Xustup dağının cənub-şərq
ətəyində yerləşir.
Kəddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 144
nəfər, 1904 - cü ildə 400 nəfər, 1914 - cü ildə 93 nəfər azərbaycanlı yaşamışdır (415, s.58-59,136-137).
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki
Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada
1922-ci ildə 109 nəfər, 1926-cı ildə 126 nəfər, 1931-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır (415,
s.58-59, 136-137). 1950-ci ildə kənd ləğv edilmişdir.
Toponim qədim türk tayfası olan quşçu etnonimi (245, s.39) əsasında əmələ gəlmişdir. -lu
mənsubluq bildirən şəkilçidir. «Quşçu tayfasına mənsub kənd» deməkdir. Etnotoponimdir. Quruluşca
düzəltmə toponimdir.
Quşçaqaya - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək
(Krasnoselo) rayonunda qışlaq. 50-ci illərdə ləğv edilmişdir.
Toponimin birinci tərəfi quşca, quşçu etnoniminin dəyişdirilmiş formasıdır. Onda bu qənaətə
gəlirik ki, toponim quşçu türk etnonimi ilə (245, s.38-39; 182, s.313) Azərbaycan dilində «dağ»
mənasında işlənən qaya sözünün əsasında əmələ gəlmişdir. Quşçu etnonimi əsasında Hunların quş
tayfasının adı dayanır (267, s.397; 245, s.38-39).
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dostları ilə paylaş: |