İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   64   65   66   67   68   69   70   71   ...   168

 
136
Kənddə 1897-ci ildə 181 nəfər, 1904 - cü ildə 363 nəfər, 1914 - cü ildə 327 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.62-63, 136-137). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq 
deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər 1918-1919 - cu illərdən burada 
yerləşdirilmişdir. 
Toponim qıpçaq mənşəli durt (>dort -İ.B.) etnonimi (286, s.50) əsasında yaranmışdır. 
F.Kırzıoğluya görə, 1588-cı ildə  qışı  Gəncə sancağında, yayı  Zəngəzurda keçirən bir el dördnu 
adlanırdı (62, s.240). Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 29.VI.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Antaraşat qoyulmuşdur. 
Durnalı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. Zootoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Düz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu 
ərazisində qışlaq. 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). Kollektivləşmə ilə bağlı 
30 - cu illərdə ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində «enişi, yoxuşu, çuxuru olmayan yer», «düzən, çöl, düzəngah, 
düzənlik» mənasında işlənən düz sözü (10, s.168) əsasında  əmələ  gəlmişdir. Relyef əsasında  əmələ 
gələn sadə quruluşlu toponimdir. 
Düzyurd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda yaylaq. Rayondakı Toxluca kəndinin  ərazisində yerləşirdi. Toponim «düzən, çöl, 
düzəngah» mənasında işlənən düz sözü ilə (278, s.68; 10, s.168) «yaşayış yeri, məskən, eveşik» 
mənasında işlənən yurd sözünün (10, s.568; 339, s.643) birləşməsindən  əmələ  gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 7-8 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.90) qeyd edilmişdir. 
Toponim Azərbaycan dilində «düzən, çöl, düzənlik, düzəngah» mənasında işlənən düz sözü ilə (10, 
s.168; 339, s.195) türk dilində  «şəhər, yaşayış  məntəqəsi» mənasında işlənən kənd sözünün» (359, 
ll(2), s. 1079-1080; 299, s.290; 339, s.270-271) birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur. 
Düzkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonu ərazisində kənd. XX əsrin əvvəllərində kənd ləğv edilmişdir (415, s.62-63). 
Toponim «düzən çöl, düzənlik» mənasında işlənən düz sözünə (253, s.70; 278, s.68; 10, s.168) 
«yaşayış yeri, şəhəp» mənasında işlənən kənd sözünün (359, ll(2), s. 1079-1080; 299, s.290; 339, 
s.270-271) artırılması  əsasında  əmələ  gəlmişdir. Relyef əsasında  əmələ  gələn mürəkkəb quruluşlu 
toponimdir. 
Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd.  İndi Ermənistan adlanan 
ərazidə sovet hökuməti qurulandan sonra -31 dekabr 1937-ci ildə yaradılan rayonun adı  və  mərkəzi 
olmuşdur. Rayonun ərazisi 547 kv. km-dir. 
XVIII  əsrə aid mənbədə - «İrəvan  əyalətinin icmal dəftəri»ndə Böyük Düzkənd, Kiçik 
Düzkənd adlı iki kəndin adı göstərilir (143, s.132). Erməni mənbəyində Düzkənd kəndinin digər adı 
kimi Böyük Düzkənd göstərilir (415, s.42). Görünür, sonralar Böyük Düzkənd və Kiçik Düzkənd 
kəndləri birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, s.90) qeyd edilmişdir. 1828-ci ilə kimi 
azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürülmüşdür.  İndi 
ermənilər yaşayır. 
Toponim türk dilində «düzənlik, çöl düzəngah» mənasında işlənən düz sözünə (253, s.70; 339, 
s.195) kənd coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır. Relyeflə bağlı düzələn mürəkkəb 
quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ılə adı dəyişdirilib Axuryan qoyulmuşdur. 
Düzkənd - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon 
mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə 
(143, s.132), Qafqazın 5 verstlik xəritəsində (348, s.90) qeyd edilmişdir. Amasiya rayonunda tarixən 
Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd (415, s.20). XIX əsrin 
əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi 
rəsmiləşdirilmişdir. 


 
137
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların 
yaşadığı göstərilir (415, s.20). 
Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914 - cü ildə 
722 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1916-cı ildən başlayaraq azərbaycanlılar 
ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra 
azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 359 nəfər, 1926-cı ildə 402 
nəfər, 1931-ci ildə 468 nəfər (415, s.20-21, 104-105), 1970-ci ildə 516 nəfər, 1987-ci ildə 580 nəfər 
(35, s.168) yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr, 1989 - cu ilin yanvar 
aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya 
olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «düzən, çöl, düzənlik», «eniş, yoxuşu, çuxuru olmayan yer» 
mənasında işlənən düz sözü ilə (253, s.70; 278, s.68; 10, s.168; 339, s.195) qədim türk dilində «yaşayış 
yeri,  şəhər» mənasında işlənən kənd sözünün (359, ll(2), s. 1079-1080; 299, s.290; 339, s.270-271) 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Alvar qoyulmuşdur. 
Düzlər - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində  qışlaq. 
1930 - cu ildə  ləğv edilmişdir. Toponim Azərbaycan dilində relyef bildirən «düzən, düzənlik, çöl» 
mənasında işlənən düz sözünə -lər şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan 
toponimdir. 
Erməni mənbələrində qışlaq Düzer formasında qeyd edilir (415, s.70). Düzer formasında qeyd 
edilən toponimin sonundakı «er» erməni dilində cəmlik bildirən şəkilçidir. Qədim türk dilində çəmlik -
ar, -ər, -r şəkilçiləri əsasında əmələ gəlmişdir. Erməni dilində cəmlik bildirən -er şəkilçisi qədim türk 
dilində  cəmlik bildirən -ar, -ər  şəkilçisinin fonetik variantıdır. Deməli, Düzer, Düzlər toponiminin 
kalka edilmiş formasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə