İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   63   64   65   66   67   68   69   70   ...   168

 
134
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-30 - cu 
illərdə Türkiyədən köçürülmüşdür. 
Toponim qədim tereklər (dirəklər) türk tayfasının adı  əsasında  əmələ  gəlmişdir. Tereklər 
(direklər) XIII-XIV əcrlərdə Anadolu yarımadasında yaşamışlar (210, s.53). Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur. 
Dövri - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Qarnıyarıq 
dağının  ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.87), Z.Qorqodyanın  əsərində (415, 
s.22) kəndin adı Dövra xaraba formasında qeyd edilir. Kənddə 1831-ci ildə 35 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.106). 1840-cı ildən sonra buraya Türkiyədən ermənilər köçürülüb 
yerləşdirilmiş, azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur. 
Toponim qədim türk dilində «dağ» mənasında işlənən tav (> dav -İ.B.) sözünə (359, III (1), 
s.983) -ri şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Dövrus - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dovruz kimi 
qeyd edilmişdir (348, s.87). Erməni mənbələrində  kəndin adı  həm də Tovruz kimi göstərilir (415, 
s.56). 
Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 74 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 303 
nəfər, 1904 - cü ildə 268 nəfər, 1914 - cü ildə 297 nəfər azərbaycanlı yaşamışdır (415 s.56-57, 134-
135). 
1918-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinləri öz evlərinə dönə bilmişdir. Burada 
1922-ci ildə 88 nəfər, 1926-cı ildə 144 nəfər, 1931-ci ildə 171 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.57, 135). 
Kəndin sakinləri 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından deportasiya olundular. 
Toponim türk mənşəli xəzər tayfasına mənsub tavris etnonimi (286, s.44) əsasında əmələ gələn 
etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Dovşanqışlaq -  İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda 
kənd. Arpaçayın yaxınlığında, rayon mərkəzindən 24 km məsafədə yerləşir. 1828-ci ildən sonra İran 
və Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. Kəndin köklü sakinləri 
azərbaycanlılar mərhələ-mərhələ qovulmuşlar. 1918-20-cı illərdə azərbaycanlılar tam surətdə kənddən 
deportasiya olunmuşlar. 1926-cı ildə burada 1 nəfər azərbaycanlı yaşamışdır. Zootoponimdir. Dovşan 
və qışlaq sözlərindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı  dəyişdirilib  Şirakavan (Şirakların 
qəsəbəsi) qoyulmuşdur. 
Doqquz - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə 
Doqquz (143, s.100), Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında (348, s.88) qeyd 
edilmişdir. 
Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və 
Salmas vilayətlərindən ermənilər köçürülmüşdür (386, s.551-554). 1828-ci ilə qədər Doqquz kəndində 
cəmi 8 yerli erməni (коренных армян) olmuşdur (386, 551-553). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 159 nəfər, 1886-cı ildə 178 
nəfər, 1897-ci ildə 161 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ilin fevral 
ayında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşlar (309, s.216). İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. 
Burada 1922-ci ildə 75 nəfər, 1926-cı ildə 78 nəfər, 1931-ci ildə 97 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53-cü illərdə 
tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır. 
Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi (238, s.301) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Kanaçut 
qoyulmuşdur. 


 
135
Doğs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. 
Rayon mərkəzindən 4 km şimalda yerləşir. Qafqazın 5 verstlik xəritəsində Tos kimi (348, s.246) qeyd 
edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən 
sonra kəndə 1828-29 - cu illərdə  İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb 
yerləşdirilmişdir (85, s.99). 
Kənddə 1831-ci ildə 48 nəfər azərbaycanlı, 63 erməni, 1873 - cü ildə 249 nəfər azərbaycanlı, 
156 erməni, 1886-cı ildə 330 azərbaycanlı, 171 erməni, 1897-ci ildə 480 nəfər azərbaycanlı, 189 
erməni yaşamışdır (415, s.80-81, 150-151). 
1918-ci ilə kimi burada azərbaycanlılar olmuşdur. 1918-ci ildə  kənd ermənilərin təcavüzünə 
məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi ermənilər 
yaşayır. 
Doyşancıq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda dağ. Rayondakı Qursalı kəndinin ərazisində yerləşir. 
Donuz damı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Qışlağın adı yerli dialektə uyğun olaraq 
Donquz damı formasında işlədilirdi. Məhz bunun nəticəsidir ki, mənbələrdə Donquz damı kimi qeyd 
edilir. 
Toponim heyvan anlayışı bildirən donuz sözü ilə «heyvanları saxlamaq üçün qapalı yer», 
«bina», «tövlə» mənasında işlənən dam sözünün (10, s.26) birləşməsindən  əmələ  gəlmişdir. 
Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Donuz damı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonundakı Toxluca kəndində qışlaq. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-
31). XX əsrin 30 - cu illərində ləğv edilmişdir. 
Toponim donuz heyvan adına «heyvan saxlanılan yer, tövlə» mənasında işlənən dam sözünün 
qoşulması  əsasında yaranmışdır. Burada donuz saxlandığı üçün «Donuzdamı» adlanmışdır. 
Zootoponimdir. II növ təyini söz birləşməsi konstruksiyasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Donuz yatağı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda qışlaq. Erməni mənbəyində Donuzyataq kimi qeyd edilir (415, s.30). 1926-cı ildə burada 2 
nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). 30 - cu illərdə ləğv edilmişdir. 
Toponim donuz sözü ilə «heyvan saxlanılan yer» mənasında işlənən yataq sözünün (8, s.240) 
birləşməsindən əmələ gəlib «donuz saxlanılan yer» mənasını bildirir. «Yataq» sözü müasir Azərbaycan 
ədəbi dilində həm kənd təsərrüfatı termini kimi (payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer), 
həm də geologiya termini kimi (faydalı qazıntı olan yer, mədən) işlənir (10, 510). Zootoponimdir. 
İkinci növ təyini söz birləşməsi əsasında əmələ gəlib. Quruluşca mürəkkəb toponimdir. 
Donuzgirən - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda 
kənd. Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib 
edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Donuzyeyən formasında (143, s.161), 1728-ci il tarixli 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə  kəndin adı Donuzpayan (143, s.36), Qafqazın 5 verstlik 
xəritəsində Donquzian formasında (348, s.88) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 355 nəfər, 1873 - cü ildə 905 nəfər, 1886-cı ildə 1012 nəfər, 1897-ci ildə 
1077 nəfər, 1908-ci ildə 1131 nəfər, 1914 - cü ildə 1464 nəfər, 1916-cı ildə 864 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə erməni təcavüzünə  məruz qalan kənd 
sakinləri deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz 
evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 399 nəfər, 1926-cı ildə 493 nəfər, 1931-ci ildə 518 nəfər 
(415, s.48-49, 128-129), 1987-ci ildə 2050 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabr-dekabr 
aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya 
olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim donuz heyvan adına «girən» (daxil olan mənasında) feli sifətinin artırılması ilə 
düzəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəngilər qoyulmuşdur. 
Dortnu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir 
(348, s.88). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə