İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   62   63   64   65   66   67   68   69   ...   168

 
132
Dərəköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir Ermənilər kəndə 1840-cı illərdən sonra 
köçürülmüşdür (415, s.104). 
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə 
türk diləndə  kənd mənasında işlənən köy sözünün birləşməsindən  əmələ  gəlmişdir. Orotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm.SS AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakyuğ (Dərəkənd) 
qoyulmuşdur. 
Dərətumb - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonu ərazisində  kənd (427, s.171). Kəndin  ərazisində X əsrdən  əvvələ aid tarixi 
abidələr vardır (422, s.72). 
Toponim Azərbaycan dilində «iki dağ  və ya təpə arasında eləcə  də düzənlikdə  dərin çuxur», 
«çay yatağı, çayın axdığı yer» mənasında işlənən dərə sözü ilə (278, s.62-63; 10, s.74; 339, s.171) türk 
dilində «təpə, dağ, zirvə» mənasında işlənən tumb sözünün (339, s. 186-187) birləşməsindən  əmələ 
gəlmişdir.  Tumb  sözü  həm də domba, tomba, tump formasında işlənir (278, s.67; 339, s.186). 
Azərbaycan dilinin Zəngilan şivəsində domba sözü coğrafi termin kimi «dağ üzərində günbəzvan xırda 
təpəcik» mənasında işlənir (253, s.124). Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Dərəçiçək - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
şəhər tipli qəsəbə. Rayon mərkəzindən 5 km şimal-qərbdə yerləşir. 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.53), Qafqazın 5 verstlik xəritəsində (348, s.75) 
qeyd edilmişdir. 
Burada 1897-ci ildə rus və ermənilərlə yanaşı 10 nəfər də azərbaycanlı yaşamışdır (415, s.16-
17). XX əsrin  əvvələrində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş  və yalnız 
ermənilər və ruslar yaşamağa başlamışdır. İndi burada ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə 
Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün (12, s.438) 
birləşməsindən  əmələ  gəlmişdir. Yaşayış  məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi 
üçün Dərəçiçək adlandırılmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1847-ci 
ildə  dəyişdirilib Konstantinovka adlandırılmışdır. 1920-ci illərdə yaşayış  məntəqəsinin adı kalka 
edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur. 
Dərməzur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində  qışlaq. Kığı çayının yuxarı axarının sol sahilində, Dərməzur çayının sahilində yerləşirdi. 
1926-cı ildə 44 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57). 1930 - cu illərdə ləğv edilmişdir. 
Dəstəgird - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir. 
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.183) qeyd edilmişdir. Kəndin 
adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdır (419, s.79). 
Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır (415, s.146-
147). 1918-ci ildə ermənilər azərbaycanlıları  qırğınlarla qovmuşdur.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər, 
1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 
1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 
1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil 
edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır. 
Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən 
(286, s.73) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Dığır - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Alagöz 
dağının  ətəyində yerləşirdi. 1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə (143, 
s.163), Qafqazın 5 verstlik xəritəsində  Dıqir, Dqir formasında (348, s.90) qeyd edilmişdir. Kəndin 
qədim adı Teger olmuşdur (415, s.22). 
Kənddə 1831-ci ildə 35 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.106). 1840-50-ci illərdə 
azərbaycanlılar qovulmuş  və Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir. 1950-ci ildə 
kənd ləğv edilmişdir. 


 
133
Toponim türk dilində «geniş, böyük gillikli düzənlik yer», «otsuz boş sahə», «otsuz», «keçəl» 
mənasında işlənən takır (359, III (1), s.783; 339, s.540-541) sözü əsasında  əmələ  gəlmişdir. Dığır 
teker>takır sözünün dəyişilmiş formasıdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. 
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. 
Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 
nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.34-35, 116-117). Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri -
azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur (309, s.221). Kəndə 
Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir (85, s.113). İndi 
ermənilər yaşayır. 
Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin (402, s.41, 51) adı  əsasında yaranmışdır. 
Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Dibəkli - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunun Hallavar 
kəndində dağ. Oronim «duz, yarma və s. döymək üçün içi oyuq daş» mənasında işlənən dibək sözünə 
(8, s.185) -li şəkilçisinin birləşməsindən  əmələ  gəlmişdir. Görünür, yaylağa köçən  əhali yaylaqda 
daşlardakı  təbii oyuqlarda duz, yarma və ya çəltik döyürlərmiş. Orada təbii dibəklər varmış. Məhz 
buna görə də dağ Dibəkli dağ adlandırılmışdır. Quruluşca düzəltmə toponimdir. 
Dilican - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında kənd.  İndiki Ermənistanın 
tabeliyində  şəhər. 1826-cı ildə Qazax qəzasının 82 kəndindən biri olan Dilicanda 60 təsərrüfat 
olmuşdur (Ermənistan Sovet Ensiklopediyası, III c., İrəvan, 1977, s.386). Dilican rayonu 1930 - cu ildə 
ləğv edilərək  şəhərə çevrilmişdir. 1958-cı ildə respublika tabeliyində  şəhərdir. Yaşayış  məntəqəsinin 
adı Dilican kimi sabitləşib rəsmiləşmişdir. Bununla yanaşı qaynaqlarda adı Delican (314, s.64), Yeni 
Delican, Köhnə Delican (Кавказский календарь,Тифлис, 1908, c.30), 
Delecan (257, s.26), Delican dərəsi (AKAK, t.V, Tiflis, 1873 s.891), Delican (279, s.389; 283, 
s.49; 264, s.347-348) formalarında da qeyd edilmişdir. 
XVII  əsrin fransız səyyahı Jan Şardən indiki Ermənistan  ərazisinə  səyahət edərkən Dilican 
şəhərində də olmuşdur. Bu şəhərlə bağlı yazır: «Dilican şəhəri, onu altı lyölük əhatə edən bütün ərazi 
(şimaldan, cənubdan Dilicanı  əhatə edən və  şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid 
olub Qazax ölkəsi adlanır. O da Gürcüstan kimi Səfəvilərdən asılıdır, ona tabedir» (152, s.20). 
Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.30-31, 114-115). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə  məruz 
qalmışlar və deportasiya olunmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan 
sonra sağ qalan azərbaycanlılar evlərinə dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 
1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31,115). Sonrakı siyahıyaalmalarda 
azərbaycanlılar ayrıca göstərilməmişdir. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1988-ci 
ilin noyabr ayında onlar tamamilə deportasiya olunmuşdur. Burada indi yalnız ermənilər yaşayır. 
Dilican toponiminin «Delican»,»Delecan» formalarına  əsaslanıb bu qənaətə  gəlirik ki, toponim tele 
qədim türk tayfasının (180, s.21) adı əsasında əmələ gəlmişdir. Toponimin sonundakı «can» «kan, qan, 
kaan, xan» sözünün fonetik forması olub «yaranmış, yüksək, hörmətli,  şöhrətli,  şöhrət sahibi» 
mənasındadır (147, s.4). M.Seyidov «can» sözünün «qan» sözünün fonetik dəyişmiş forması hesab 
edərək «ata, hakim» anlamında olduğunu qeyd edir (235, s.18-19). Deməli, Dilican (Delican, Delecan) 
«tele» tayfasından olan hakimin, atanın (hörmətli,  şöhrətli mənasında) yaşayış  məskəni» mənasını 
ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Dirək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda 
kənd. Qaranqu çayının yuxarı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.86) qeyd 
edilmişdir. Erməni mənbələrində Derek kimi göstərilmişdir(427, s.379). 
Toponim «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən Dirək antoroponimi (157, s.112) ilə 
bağlıdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
kənd. Rayon mərkəzindən 10 km şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində 
olmuşdur. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Dirəkli (143, s.135), Qafqazın 5 verstlik xəritəsində 
Dirəklər kimi (348, s.86) qeyd edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə