İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   65   66   67   68   69   70   71   72   ...   168

 
138
E 
  
Evcilər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.300) qeyd edilmişdir. 
Toponim dülqədirli türk tayfasından olan avcı (evci -İ.B) etnoniminə (238, s.185) cəmlik 
bildirən -lər şəkilçisinin artırılması ilə əmələ gəlib «evcilər tayfasına mənsub kənd» mənasını bildirir. 
Bu qənaətə gəlirik ki, evci, avçı etnonimin fonetik variantıdır. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arazap qoyulmuşdur. 
Elbəyinin yeri - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) 
rayonunda sahə. Oronim Elbəyi şəxs adı əsasında yaranmışdır. Antropooronimdir. 
Ellər - İrəvan quberniyasının  İrəvan qəzasında kənd. 9 sentyabr 1930 - cu ildə yaradılan 
Kotaykın, indiki Abovyan rayonunun tarixi adı  və rayon mərkəzi.  İrəvan  şəhərinin  şimal-şərqində 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində Eylayar (348,s.320), erməni mənbələrində Eylar (415, s.44), 
Elar (419, s.107) formalarında qeyd edilmişdir. 
Toponim türk dilində «xalq, tayfa», «tayfa billəşməsi, tayfa ittifaqı» mənasında işlənən el 
sözünə (299, s.168; 278,s. 163; 339, s.638) -lər şəkilçisinin qoşulması  əsasında əmələ gəlmişdir. Bu 
söz eyni mənada türk dilində il formasında da işlənir (299, s.207; 365, s.339-343). Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 12.X.1961-ci il fərmanı ilə adı dəyişdirilib Abovyan qoyulmuşdur. 
Elləroğlu - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon 
mərkəzindən 26 km şimal-qərbdə, Türkiyə, Ermənistan və Gürcüstan dövlətlərinin sərhədlərinin 
kəsişdiyi yerdə yerləşir. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində Elyar oyuğu (348, s.301), erməni 
mənbələrində Ellər oğlu, Ellər, Ellər oyuğu, Yelləryuğ, Elləryuğ (415, s.20) formalarında qeyd 
edilmişdir. Qaynaqlarda göstərilənə əsasən qeyd edə bilərik ki, kəndin qədim və düzgün adı Ellər oğlu 
olmuşdur (415, s.20). 
Kəndin adı sənədlərdə Ellər kimi rəsmiləşdirilmişdir. 
Kənddə azərbaycanlılar etnoqrafik qruplarından biri olan qarapapaqlar (ASE, III c., B., 1979, 
s.64) yaşamışdır. Qarapapaqlar elə azərbaycanlılar deməkdir. Erməni mənbələrində  kənddə yaşayan 
qarapapaq tayfası xüsusi bir xalq kimi qeyd edilir (415,s.20). 
Kənddə 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 361 nəfər, 1908-ci ildə 363 nəfər, 1914 - cü ildə 
437 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1916-18-ci illərdə azərbaycanlılar 
ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet 
hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına dönə 
bilmişdir. Burada 1922-ci ildə 222 nəfər, 1926-cı ildə 284 nəfər, 1931-ci ildə 294 nəfər (415, s.20-21, 
104-105), 1970-ci ildə 292 nəfər, 1987-ci ildə 328 nəfər (35, s.169) yalnız azərbaycanlı yaşamışdır. 
1988-ci ilin noyabr-dekabr, 1989 - cu ilin yanvar aylarında kəndin sakinləri -azərbaycanlılar 
Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi ermənilər 
yaşayır. 
Toponim -lar cəm şəkilçisi qəbul etmiş qədim türk dilində «tayfa ittifaqı, tayfa təşkilatı», «xalq, 
tayfa» mənasında işlənən el (il) sözü ilə (299, s. 168-169.207; 365, s.339-343; 339, s.638) qohumluq 
bildirən və III şəxsin təkində işlənən oğlu sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Ellidərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu 
ərazisində gözətçi məntəqəsi. Toponim mənsubluq bildirən -li şəkilçisi qəbul etmiş türk dilində «tayfa, 
xalq» mənasında işlənən el sözü ilə (299, s.168; 339, s.638) Azərbaycan dilində «iki dağ arasında, 
düzənlikdə dərin çuxur» mənasında işlənən dərə sözünün (10, s.74) birləşməsindən əmələ gəlmişdir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Eranos - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün yaxınlığında yerləşir. Erməni 
mənbələrində kəndin adı həm də Yaranos formasında qeyd edilmişdir (415, s.66). 
Toponim aran (eran) etnoniminə (168, s.90; 287, s.122) -os şəkilçisinin artırılması  əsasında 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 


 
139
Ernəzor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda 
kənd. Rayon mərkəzindən 16-18 km şimal-şərqdə, Nüvədi kəndinin yaxınlığında yerləşirdi. Kəndin 
başqa adı «Eynazor»dur (415, s.66). 
Kənddə 1873 - cü ildə 153 nəfər, 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 163 nəfər, 1904 - cü ildə 
238 nəfər, 1914 - cü ildə 562 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.66-67, 142-143). 1918-ci 
ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri ata-baba torpaqlarından deportasiya olunmuşdur. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. 
Burada 1922-ci ildə 207 nəfər, 1926-cı ildə 219 nəfər, 1931-ci ildə 219 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415,8.66-67, 142-143). 1980-cı illərdə sakinləri kənddən çıxarılmış  və  kənd ləğv 
edilmişdir. İndi ölü kənddir. 
Toponim türk dilində «arx» mənasında işlənən arna (ernə > İ.B) sözü ilə (365, s.188; 339, s.55) 
türk dilində «yarğan, sıldırım», «sıldırım dərə» mənasında işlənən çar sözünün (339, t s. 178-179) 
fonetik forması olan erməni dilində  dərə  mənasında mənasında işlənən zor sözünün birləşməsindən 
əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Ecanan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında mahal. Bu mahala Ecanan 
çayı boyunca yerləşən kəndlər daxil idi. Mahalda XVII-XVIII əsrlərə aid bir sıra tarixi abidələr vardır. 
Ecanan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
dərə. 
Ecanan çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
çay. Baydaq kəndinin yaxınlığında Oxçu çayı ilə birləşir. Başlanğıcını 2700 m yüksəklikdə olan 
Bərgüşad sıra dağlarından götürür. Uzunluğu 27 km-dir (85,s.l43). 
Eşşəkquduran - İrəvan xanlığında Dərəçiçək mahalında, İrəvan quberniyasının Yeni Bayazid 
qəzasında kənd. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.118) qeyd edilmişdir. XVIII əsrin 
sonlarında ləğv edilmişdir. 
Toponim heyvan anlayışı bildirən eşşək və feli sifətin indiki zaman formasında işlənən quduran 
sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə