144
Əliqoçaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda qala.
Əliquluşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda
kənd. Rayon mərkəzindən 7 km şərqdə, Gorus - Cəlaloğlu (Stepanavan) avtomobil yolunun sağ
tərəfində yerləşir. Kəndin başqa adı Əliqulukənd, Aşağı Əliqulu, Əliqulu uşağı olmuşdur (427,
s.40,86).
Kənd Əliqulu adlı şəxs tərəfindən salandığı üçün Əliquluşen// Əliqulukənd adlanmışdır.
Toponimin birinci komponenti Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, Əliqulu
şəxs adından, ikinci komponenti türk dilində «tikinti, kənd, oba, yurd» mənasında işlənən şen
sözündən ibarətdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm.SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Azadaşen qoyulmuşdur.
Əlidan - İrevan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda
kənd. Rayon mərkəzindən 19 km cənub-şərqdə yerləşir. 1870-ci illərə qədər burada yalnız
azərbaycanlılar yaşamışdır. 1878-cı ildə Türkiyənin Muş və Basen vilayətlərindən köçürülən ermənilər
burada yerləşdirilmişdir (427, s.848).
Toponim Əli şəxs adı ilə türk dilində «çöl, səhra, açıqlıq» mənasında işlənən «dan» sözünün
(287, s.470) əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin
adı dəyişdirilib Getik qoyulmuşdur.
Əlikənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonu
ərazisində kənd. XIX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Əli şəxs adı ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Əlikiçik - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon
mərkəzindən 10 km məsafədə, Abaran çayının sağ tərəfində yerləşir. «İrəvan əyalətinin icmal
dəftəri»ndə Əli kiçik (143, s.111), Qafqazın 5 verstlik xəritəsində Əli qoçaq (Али кочак) formasında
(348, s.12) qeyd edilmişdir. Kəndin digər adı Əli kuçak olmuşdur (415, s.4). Kəndin adı erməni
mənbələrində Əli kuşak formasında da qeyd edilir (427, s.85).
Toponim Əli kiçik şəxs adı əsasıııda əmələ gəlmişdir. F.Sümər qeyd edir ki, Zəngilər
dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük (kiçik-İ.B) idi (238, s.145). Belə qənaətə
gəlirik ki, kəndin adı həmin şəxsin adını özündə əks etdirir. Antropotoponimdir. Quruluşca sadə
toponimdir.
Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kuçak qoyulmuşdur.
Əlikotan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonu
ərazisində qala. Yuxarı Qaranlıq 20 km cənubda yeləşir. Qalanın adı iki komponentdən ibarətdir. Əli
və kotan. Əli şəxs adıdır. Kotan, qıpçaqlardan olan tayfalardan birinin adıdır (286, s.48,50) «Kotan
tayfasından olan Əlinin tikdiyi qala» mənasını bildirir.
Əlili - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.150),
Qafqazın 5 verstlik xəritəsində (348, s.12) qeyd edilmişdir.
Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən (386, s.538) əmələ gəlmişdir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
Əliməmməd qışlağı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda
kənd. Avşar kəndindən cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində
(348, s.12) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 102 nəfər, 1873 - cü ildə 607 nəfər, 1886-cı ildə 691 nəfər, 1897-ci ildə
965 nəfər, 1904 - cü ildə 990 nəfər, 1914 - cü ildə 1089 nəfər, 1916-cı ildə 850 nəfər azərbaycanlı
yaşamışdır (415, s.84-85, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən
qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma
torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə 293 nəfər, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 373 nəfər
azərbaycanlı yaşamışdır (415,s.85, 155).
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildən sonra kəndin köklü sakinləri -
azərbaycanlalar tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və kənd
xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
145
Toponim Əliməmməd şəxs adı ilə türk dilində «qış vaxtı yaşayış məntəqəsi», «daimi yaşayış
məntəqəsi», «kənd» (339, s.276), Azərbaycan dilində «qoyun və başqa ev heyvanlarının gətirilib
saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri» (9, s.531) mənasında işlənən qışlaq sözünün
birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əlimərdan - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
1940-cı ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qəmərli (Artaşat) rayonunundan
25 km şimal-şərqdə, Gərni çayının mənbəyində yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində (348,
s.12) qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 52 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 153 nəfər, 1904 - cü ildə 63
nəfər, 1914 - cü ildə 221 nəfər, 1916-cı ildə 206 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). Kəndin sakinləri 1918-19 - cu illərdə ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda
bilmişdir. 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 65 nəfər (415, s.85, 155), 1939 - cu
ildə 115 nəfər (427,s.87) yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə
1948-49 - cu illərdə kəndin sakinləri zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana
köçürülmüş və kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir.
Toponim Əlimardan şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə
toponimdir.
Əlirzalar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd
olmuşdur. Kəndin başqa adı «Zəngili»dir(415, s.68).
Kənddə 1873 - cü ildə 57 nəfər, 1886-cı ildə 95 nəfər, 1897-ci ildə 126 nəfər, 1904 - cü ildə
103 nəfər, 1914 - cü ildə 161 nəfər, 1916-cı ildə 131 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-ci ilin yazında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. İndiki
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə
bilmişdir. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 47 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı
yaşamışdır (415, s.86-87, 156-157). 1948-49 - cu illərdə kəndin əhalisi SSRİ Nazirlər Sovetinin xüsusi
qərarı ilə zorla Azərbaycana köçürülərək kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Toponim əlirzalar nəsil adı əsasında yaranmışdır. Patronomik toponimdir. Quruluşca sadə
toponimdir.
Əlisli-İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda
kənd.1931-ci ildə 155 nəfər azərbaycanlı yaşamışdır(427, s.91).SSRİ Nazirlər Sovetinin xüsusi qərarı
ilə azərbaycanlılar 1948-49 –cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana
köçürülmüş və kənd ləğv edilmişdir.İndi xaraba kənddir (427, s.21).
Toponim əlisli nəsil adı əsasında əmələ gəlmişdir.Patronim toponimdir.Quruluşca sadə
toponimdir.
Əlixan- İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Qızılqoç (Qukasyan) rayonunda
kənd.Rayon mərkəzindən 34 km məsafədə yerləşir.1937 –ci ilə kimi Ağbaba rayonunun tərkibində
olmuşdur.
Toponim Əlixan şəxs adı əsasında əmələ gəlmişdir.Antropotoponimdir.Quruluşca sadə
toponimdir.
Erm.SSR AS RH-nin 3.l.1935 –ci il tarixli fərmanı ilə adı dəyişdirilib Getik (Çaykənd)
qoyulmuşdur.
Əliçopur-İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indiki Qaranlıq (Martuni) rayonu
ərazisində kənd.Kənddə 1829-32 –ci illərdə 28 nəfər azərbaycanlı yaşamışdır (427, s.89).
Toponim Əli şəxs adı ilə çopurlu tayfa adı(92, s.19) əsasında əmələ gəlmişdir.Çopurlu
etnonimindəki –lu şəkilçisi toponimdə düşmüşdür.<<Çopurlu tayfasından olan Əliyə məxsus
kənd,çopurlu tayfasından olan Əlinin saldığı kənd>> mənasını ifadə edir.Etnotoponimdir.Quruluşca
mürəkkəb toponimdir.
Əlişar- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda
kənd.Rayon mərkəzindən 18-20 km cənub-qərbdə,Sofulu kəndinin yaxınlığında yerləşirdi.Qafqazın 5
verstlik xəritəsində qeyd edilmişdir (348,s.13).
Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə
214 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77,146-147).1918 –ci ildə azərbaycanlılar soyqırımına
məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ
Dostları ilə paylaş: |