İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   76   77   78   79   80   81   82   83   ...   168

 
160
İkinci Qılıcyataq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonu 
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində (348, s.137) qeyd edilmişdir. Burada 1897-ci ildə 89 
nəfər azərbaycanlı yaşamışdır (415, s.36-37). 1914-1916-cı illərdə  kənddə müsəlman kürdləri 
yaşamışdır. Kənd 1918-ci ildə erməni təcavüzünə  məruz qalaraq sakinləri deportasiya olunmuş  və 
kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim fərqləndirici  əlamət bildirən ikinci sözündən və Azərbaycan dilində «dağın təpəsi, 
yoxuşun başı» mənasında işlənən qılıc sözü ilə (118, s.18; 253, s.16), «payızda, qışda qoyun-quzu, 
mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünün (10, s.510) birləşməsindən əmələ gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
İkinci Qoşabulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər rayonu 
ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında 
yerləşmişdir. Erməni mənbələrində  kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir (415, s.26). 
Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər 
azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır (415, s.26-27, 112-113). 1918-1919 - cu illərdə kəndin 
əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər  əhali qeydə 
alınmışdır (415, s.112-113). 1923 - cü ildən sonra kənd xarabalığa çevrilmiş, Kəndin əhalisi Qoşabulaq 
kəndinə köçmüşdür. İndi ölü kənddir. 
Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında 
əmələ  gəlmişdir. «İkinci» fərqləndirici  əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
İkinci  Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus 
rayonu  ərazisində  kənd. Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə  kənd 
erməni təcavüzünə  məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından 
deportasiya olunmuş  və  kənd xarabalığa çevrilmişdir (85, s.163). 1920-ci ildə  ləğv edilmişdir.  İndi 
xaraba kənddir. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk 
tayfasından olan əliyanlı etnonimi (386, s.538) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
İlanlı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd. Rayondakı Qovşuq kəndinin yaxınlığında yerləşirmiş. 
Kənddə 1897-ci ildə 13 nəfər, 1916-cı ildə 59 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 160-161). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri - azərbaycanlılar tarixi-
etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim ilanlı türk tayfa adı (92, s.15) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
İlanlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 
km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.130), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.101) qeyd edilmişdir. 
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi 
qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir (415, s.20). Amasiya rayonunda yaşayan 
qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla (ASE, lll c., B., 1979, s.64) azərbaycanlı xalqını 
ifadə etmişdir. 
Kənddə 1886-cı ildə 137 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 240 nəfər, 1914 - cü ildə 
276 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1916-1918-ci illərdə azərbaycanlılar 
erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda 
bilmişdir. Burada 1922-ci ildə 146 nəfər, 1926-cı ildə 159 nəfər, 1931-ci ildə 201 nəfər (415, s.21, 
105), 1970-ci ildə 501 nəfər, 1987-ci ildə 505 nəfər (35, s.171) azərbaycanlı yaşamışdır. 1988-ci ilin 
axırlarında və 1989 - cu ilin əvvəllərində Ermənistan dövləti kəndin sakinlərini - azərbaycanlıları 
tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər yaşayır. 
Toponim ilanlı etnonimi (92, s.15) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan 
prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. 


 
161
İlanlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda 
dağ. Rayondakı Qızılörən kəndində yerləşir. İlanlı etnonimi əsasında yaranmışdır. Etnooronimdir. 
İlançalan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Rayon mərkəzindən 8-9 km şimalda, dəniz səviyyəsindən 1611 m hündürlükdə, Abaran çayının 
sağ  tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.101) qeyd edilmişdir. Toponim 
Azərbaycan dilində  işlənən ilan ismi ilə çalan feli sifəti  əsasında formalaşmışdır. Zootoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
1920-ci ildə kəndin adı dəyişdirilib Artaşavan qoyulmuşdur. 
İlli Qarakilsə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. «Şirak 
dağlarının  şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir» (35, s.168). Erməni mənbələrində (415, 
s.104) və rəsmi sənədlərdə (266, s.263) İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılır. Kənddə XIX əsrin 30 
- cu illərinə  qədər azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar qırğınlarla 
qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. 
Toponim - li şəkilçisi qəbul etmiş «bəyə tabe olan el, ərazi» mənasında işlənən il (299, s.169; 
399, s.48) sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib «Qarakilsə kəndində yaşayan el» 
mənasını ifadə edir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir (299, s.207). 
Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. Quruluşca mürəkkəb 
toponimdir. 
1920-ci illərdə kənd İlli adlandırılmış və Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı 
ilə yenidən kəndin adı dəyişdirilib Hoğmik qoyulmuşdur. 
İllicə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon 
mərkəzindən 28 km şimal-şərqdə, Böyük Gilanlar kəndinin yaxınlığında, İllicə çayının yanında, Milli 
dərədə yerləşir. Erməni mənbələrində Yelica (415, s.156), Qafqazın 5 verstlik xəritəsində Yelincə 
formasında (348, s.92) qeyd edilmişdir. 
1930 - cu illərdə kənd Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi (415, s.86). 
Kənddə 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 327 nəfər, 1904 - cü ildə 
215 nəfər, 1914 - cü ildə 377 nəfər, 1916-cı ildə 407 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.  İndiki Ermənistanda 
sovet hakimiyyəti qalib gəldikdən sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. 
Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 96 nəfər, 1939 - cu ildə 181 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kəndin 
sakinləri 1949 - cu ildə zorla Azərbaycana köçürülmüş  və xaricdən köçürülən ermənilər burada 
yerləşdirilmişdir. 
Toponim qədim türk dilində tayfa ittifaqı  mənasında işlənən el (il) sözü əsasında  əmələ 
gəlmişdir. 
İlməzli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. 
Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu yaradılanadək Cəliloğlu 
(Stepanavan) rayonunun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər, 
1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914 - cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə 
məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ 
qalan kənd sakinləri öz yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər, 
1931-ci ildə 565 nəfər (415, s.79, 149), 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə 
ilməzlilər Ermənistan dövləti tərəfindən siyasi genosidə  məruz qalaraq tarixi-etnik torpaqlarından 
deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır. 
Toponim türk dilində tayfa mənasında işlənən il//el sözü ilə  qədim türk dilində «təpə» 
mənasında işlənən mar sözünün (359, ll(2), s.2025) fonetik forması olan maz sözündən  əmələ 
gəlmişdir. Azərbaycan dilində r~z səs əvəzlənməsi (yor~ yoz, yar~yaz, gör~göz) qanunauyğun fonetik 
hadisə olduğunu nəzərə alıb qeyd edə bilərik ki, maz, mar sözünün fonetik formasıdır. Mürəkkəb 
quruluşlu toponimdir. 
İlxı qoruğu - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu 
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində (348, s.102) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904 - cü ildə 
215 nəfər, 1914 - cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə