İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   75   76   77   78   79   80   81   82   ...   168

 
158
Toponim qədim türk tayfalarından olan siraq etnonimi (377, s.480, 235, s.51-59) əsasında 
əmələ  gəlmişdir. Zirak, Sirak etnoniminin variantıdır və Azərbaycan dilində s~z səsəvəzlənməsi 
qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Zirakçay - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda çay. Rayondakı Zirak kəndinin ərazisindən axır. Hidronim sirak //şirak etnoniminin adını 
(377, s.480; 235, s.51-59) əks etdirir. Etnohidronimdir. 
Zoğallı bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana 
(Noemberyan) rayonunda bulaq. Zoğal bitki adı əsasında yaranan fitohidronimdir. 
Zod - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda 
kənd. Rayon mərkəzindən 16 km şimal-şərqdə, Zod çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal 
dəftəri»ndə (143, s.62), Qafqazın 5 verstlik xəritəsində (348, s.98) qeyd edilmişdir. 
Erməni mənbəyində kəndin adı həm də Zot, Sot formasında qeyd edilir (415, s.26). 
Kəndin  ərazisində IX-XII əsrlərə aid. azərbaycanlılarla bağlı tarixi abidələr (alban kilsəsinin, 
oğuz qəbiristanlığının xarabalıqları) vardır. 
Kənddə 1831-ci ildə 245 nəfər, 1873 - cü ildə 905 nəfər, 1886-cı ildə 1088 nəfər, 1897-ci ildə 
1584 nəfər, 1908-ci ildə 1717 nəfər, 1914 - cü ildə 1988 nəfər, 1916-cı ildə 1717 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.26-27, 110-111). 1919 - cu ilin aprelində azərbaycanlılar qırğınlarla ermənilər 
tərəfindən qovulmuşlar (309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ 
qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə 1046 nəfər, 1926-cı ildə 1325 nəfər, 
1931-ci ildə 1599 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.27, 111). 1988-ci ilin noyabrında 
azərbaycanlılar yenidən öz doğma kəndlərindən Ermənistan dövləti tərəfindən qovulmuşlar.  İndi 
ermənilər məskunlaşıb. 
Toponim türk mənşəli sotk //sodk etnonimi (168, s.106-107) əsasında formalaşmışdır. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Toponim Sotk>Södk>Zod inkişaf prosesi keçirmişdir. Azərbaycan dilində s~z və t~d 
səsəvəzlənməsi qanunauyğun haldır. Etnonimin tərkibindəki «k» səsi qədim türk dilində  cəmlik, 
çoxluq mənalarını bildirmişdir. Lakin sonralar etnonimdəki fonetik dəyişmələr nəticəsində «k» samiti 
düşmüşdür. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Zod kəndinin adı  dəyişdirilib Sotk 
adlandırılmışdır. 
Zor körpüsü - Barana (Noemberyan) rayonundakı Voskepar kəndində körpü. VIII əsrdə 
tikilib. 
Zorba - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 23 km məsafədə yerləşir. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib 
Sorik qoyulmuşdur. 
Zöhrablı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur (415, s.48). «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.75) qeyd edilmişdir. Burada tarixən azərbaycanlılar yaşamışdır. 
1828-30 - cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmiş və azərbaycanlılar deportasiya 
olunmuşdur. 
Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında (142, s.39) əmələ gəlmişdir. 
Patronomik toponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Mrqanuş 
qoyulmuşdur. 


 
159
İ 
  
İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 14 
km  şimal-qərbdə, Türkiyə  sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348,s.100) qeyd 
edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur (415, s.20). Kəndin sakinləri yalnız azərbaycanlılar 
olmuşdur. Erməni mənbələrində  kənddə qarapapaqların yaşadığı göstərilir (415,s.20). Qarapapaqlar 
azərbaycanlılarn etnoqrafik qruplarından biridir. 
Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914 - cü ildə 568 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.20-21, 104-105). 1916-cı ildə azərbaycanlılar qovulmuşdur.  İndiki Ermənistanda 
sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıtmışdır. 1922-ci ildə  kənddə 
221 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 275 nəfər (415, s.20-21, 104-105), 1970-ci ildə 382 
nəfər, 1987-ci ildə 580 nəfər (35, s.171) azərbaycanlı yaşamışdır. 
1989 - cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən 
qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Dayrik 
qoyulmuşdur. 
İydəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.100) qeyd edilmişdir. 1930 - cu illərdə Qurduqulu rayonun tabeliyində 
olmuşdur (415, s.62). 
Kənddə 1831-ci ildə 113 nəfər, 1873 - cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə 
706 nəfər, 1904 - cü ildə 880 nəfər, 1914 - cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər (415, s. 62-63, 
138-139), 1918-ci ilin əvvəlində 880 nəfər (309, s.219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin 
fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından 
deportasiya olunmuşdur (309, s.219). 
Kəndə Türkiyənin Alaşkert, Bayazid, Samsun vilayətlərindən köçürülən ermənilər 
yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş 
azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 
1922-ci ildə 87 nəfər, 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-
63, 138-139). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu 
illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində  işlənən «iydə» bitki adına kəmiyyət bildirən -li şəkilçisinin 
artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm.SSR AS RH-nin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur. 
İkinci Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində  kənd olmuşdur. Burada 1907-ci ildə 150 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə 
xarabalığa çevrilib. Toponim qaşqay türk tayfasından olan arıqlı etnonimi (142, s.40) əsasında əmələ 
gəlmişdir. Toponimin əvvəlində  işlənən «ikinci» sözü fərqləndirici  əlamət bildirir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
İkinci Bəhlul - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. 
Rayondakı Mastara kəndindən 8-9 km cənub-qərbdə, Sabunçu kəndinin cənub-qərbində yerləşirdi. 
Kənddə 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.34-35). 1940-cı ildə ləğv edilmişdir (427, 
s.561). 
Toponim Bəhlul  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Oykonimin əvvəlindəki «ikinci» sözü 
Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
İkinci Qayaxaraba - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) 
rayonunda kənd olmuşdur. Kəndin başqa adı «Kafir qalası»dır (415, s.44). Kənddə 1897-ci ildə 68 
nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45). XX  əsrin  əvvəllərində, 1905-1906-cı illərdə 
azərbaycanlılar deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «qayalı sıldırım yer» mənasında işlənən qaya sözü ilə «viranəlik, 
dağıdılmış yer» mənasında işlənən xaraba sözünün birləşməsindən  əmələ  gəlmişdir. «İkinci» sözü 
fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə