İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   72   73   74   75   76   77   78   79   ...   168

 
152
nəfər, 1914 - cü ildə 61 nəfər (415, s.22-23, 106-107), 1918-ci ilin yanvarında 295 nəfər (309, s.219) 
azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya 
olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir (309, s.219). 
Toponim Zeynal şəxs adı  və bulaq sözündən  əmələ  gəlmişdir.  Kənd Zeynal adlı adamın 
düzəltdiyi bulağın yanında salındığı üçün «Zeynalbulaq» adlanmışdır. Antropotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Zeytə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının 
sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi 
göstərilir (415, s.88). «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.59) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 
nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd 
erməni təcavüzünə  məruz qalaraq sakinləri deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 34 
nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 228 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 
1988-ci ilin noyabr ayında Ermənistan dövləti kəndin sakinlərini deportasiya etmişdir. İndi ermənilər 
yaşayır. 
Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu 
qənaətə  gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli,  ərəb dilində «künc», «bucaq» 
mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Zedsa 
qoyulmuşdur. 
Zeytədərəsi çayı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, 
Vayk) rayonunda çay. Rayondakı Zeyvə kəndinin ərazisindən axır. 
Zəngəzur - Azərbaycanın Zəngilan, Qubadlı, Laçın, eləcə  də  qədim Azərbaycan torpaqları 
olan 1920-ci ildə indiki Ermənistanın tabeliyinə verilən Meğri, Qafan, Görus və Sisyan rayonlarını 
əhatə edən ərazi, mahal. Zəngəzur ərazi etibarilə Araz çayı boyu ilə Meğridən başlamış Əkərəyə qədər, 
şimala doğru isə Qapıcıq, Xustup dağlarına, Zəngəzur sıra dağlarından Bərguşad dağlarınadək ərazini 
əhatə edir (85, s.121). XIX əsrdə yeni inzibati ərazi bölgüsünə  əsasən, Qafan, Gorus, Meğri, Sisyan 
rayonları  Zəngəzur qəzası adı ilə Yelizavetpol (Gəncə) quberniyasma daxil olmuşdur. Zəngəzur 
zəngilər türk tayfasının adı əsasında yaranmışdır. F.Sümər yazır: «Əlcazair və Suriya hakimləri olan 
zəngilər də türk məmlük ailəsindən idilər» (238, s. 123). 
Toponimin sonundakı «zur» türk dilində «dərə», «yarğan» mənasında işlənən car (>zar>zur -
İ.B) sözünün (339, s. 178-179) fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Zəngi - İrəvan quberniyasında, indiki Ermənistanda çay. Bu çay başlanğıcını Göyçə gölündən 
alır. Axta (Razdan), Sevan rayonlarından,  İrəvan  şəhərindən, Zəngibasar (Masis) rayonunun 
ərazisindən axıb Araz çayına tökülür. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.95) qeyd edilmişdir. 
Çayın adı  qıpçaqların zəngi tayfasının adı (238, s. 123,257; 256, s.26) əsasında  əmələ 
gəlmişdir. Etnohidronimdir. Çayın adı dəyişdirilib Razdan çayı qoyulmuşdur. 
Zəngibasar - İndiki Ermənistanda inzibati rayon. Qəmərli (Artaşat) rayonundan 18 kənd, 
Vağarşabad (Eçmiədzin) rayonundan 14 kənd götürülüb 1937-ci il dekabrın 1-də  Zəngibasar rayonu 
təşkil edilmişdir. 1953 - cü ildə rayon ləğv edilərək  ərazisi Qəmərli (Artaşat) və Vağarşabad 
(Eçmiədzin) rayonları arasında bölüşdürülmüşdür. 1969 - cu il yanvarın 14-də yenidən rayon bərpa 
edilərək Masis rayonu adlandırılmışdır. Rayonun indiki ərazisi 428-640-cı illərdə Ayrarat qəzasının 
tərkibində, VII-XI əsrlərə qədər ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230 - cu 
ildə monqol-tatarlarının tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən 
XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-cı illərinə qədər İrəvan 
quberniyasının  İrəvan qəzasının tərkibinə daxil edilmişdir (Ermənistan Sovet Ensiklopediyası, VI c., 
İrəvan, 1980, s.269). 
Toponim qıpçaq tayfalarından olan zəngi (238, s. 123,257;256, s.26) və basar türk etnonimləri 
(286, s.61) əsasında  əmələgəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.Erm.SSR AS 
RH-nin 31.VI.1950-ci ildə adı dəyişdirilib Masis qoyulmuşdur. 
Zəngilər - İndiki Ermənistanın Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 4 km 
şimal-qərbdə, Zəngi çayının sahilində yerləşir. 3 yanvar 1935-ci ilə kimi kəndin adı Donuzgiən 


 
153
(Donuzgirən) olmuşdur. Burada 1988-ci ilin noyabr-dekabr ayına kimi yalnız azərbaycanlılar 
yaşamışdır. Bax: Donuzgiən //Donuzgirən. 
Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: 
«Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər» (238, s.123). Ərəb 
ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdır (256, s.26). Deməli, zəngilər qıpçaq tayfalarından 
biridir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zorak qoyulmuşdur. 
Zərzibil - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km şərqdə, Məzrə çayının yaxınlığında yerləşir. 
XVI  əsrdə  İrəvan qəzasının Göyçə mahalında Zar nahiyyəsi və Zabil nahiyyəsi, o cümlədən 
Zar kəndi və Baş Zebil kəndi olmuşdur (143, s.180-181). Sonralar bu nahiyyələr ləğv edilmiş, 
Basarkeçər rayonu da daxil olmaqla Göyçə mahalında Göyçə nahiyyəsi, Məzrəə nahiyyəsi 
yaradılmışdır. XVIII əsrdə Basarkeçər rayonunda yalnız Zar kəndi qeydə alınmışdır (143, s.55-62). 
Qafqazın 5 verstlik xəritəsində  Zərzibil kəndinin adı qeyd edilmişdir (348, s.96). Bu 
deyilənlərdən belə qənaətə gəlirik ki, Zərzibil kəndi Zar və Zebil kənd adlarının birləşməsindən əmələ 
gəlmişdir. 
Kənddə 1831-ci ildə 202 nəfər, 1873 - cü ildə 462 nəfər, 1886-cı ildə 653 nəfər, 1897-ci ildə 
754 nəfər, 1908-ci ildə 963 nəfər, 1914 - cü ildə 1005 nəfər, 1916-cı ildə 968 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. 
İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kədlərinə qayıda 
bilmişlər. 1922-ci ildə burada 581 nəfər, 1926-cı ildə 631 nəfər, 1931-ci ildə 808 nəfər (415, s.26-27, 
110-111), 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında 
Ermənistan dövləti azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir.  İndi burada 
ermənilər yaşayır. 
Toponim türk dilində «yarğan», «dərə» mənasında işlənən zar (car -İ.B) sözü (339, s.178-179) 
əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-3.I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zərkənd, Ermənistan prezidentinin 
19.IV.1991-ci il fərmanı ilə ikinci dəfə dəyişdirilib Kut qoyulmuşdur.  
Zimmi - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd 
olmuşdur. Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi. 
1728-ci il tarixli «İrəvan  əyalətinin icmal dəftəri»ndə Zimmi Vedisi formasında (143, s.51) 
qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904 - cü ildə 
259 nəfər, 1914 - cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-
155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.  İndiki Ermənistanda 
sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci 
ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-
155). 1948-49 - cu illərdə  kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik 
torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş  və  kənd ləğv edilmişdir.  İndi xaraba 
kənddir. 
Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin 
verdiyi Zimmi sözü (63, s.126; 23, s.252-254) əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini 
ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar (23, s.252). Quruluşca sadə toponimdir. 
Zirak - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Arpaçayın sol qolu olan Zirakçay çayının sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.98) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 43 nəfər, 1873 - cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 
nəfər, 1914 - cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 
158-159). 1918-ci ildə  kəndə ermənilər təcavüz edərək azərbaycanlıları deportasiya etmişlər.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra 1923-24 - cü illərdə sağ qalanlar öz yurdlarına dönə 
bilmişdir. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.88-89, 158-159). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kəndin sakinləri 1948-49 - cu illərdə 
tarixi-etnik torpaqlarından deportasiya olunaraq zorla Azərbaycana köçürülmüş  və  kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə