İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   80   81   82   83   84   85   86   87   ...   168

 
168
Y 
  
Yavərkənd - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonu ərazisində  kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə, Ağkəndin yanında 
yerləşirdi (85, s.361). 
Burada 1922-ci ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s. 162-163). 1924-25-cı illərdə kənd 
ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları  və ya 
qərargah işlərini yerinə yetirən kiçik rütbəli hərbi vəzifəli şəxs» mənasında işlənən yavər sözü ilə (11, 
s.468) kənd coğrafi nomeni əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Mürəkkəb quruluşlu 
toponimdir. 
Yaqublu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd olmuşdur. Mənbələrdə Yaqubi kimi qeyd edilir («Грузия» qəzeti, 9.XI.1918). 1918-ci 
ilin avqust ayında azərbaycanlılar qırğınlarla deportasiya edilərək kənd xarabalığa çevrilmişdir.  İndi 
xaraba kənddir. 
Toponim yaqublu tayfa adı (92, s.23) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə 
toponimdir. 
Yaqublu - İrəvan quberniyasının Aleksandropol qəzasında. indi Quqark rayonunda kənd və 
rayon mərkəzi. Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.305) qeyd 
edilmişdir. 
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 43 nəfər azərbaycanlı yaşamışdır (415, s.52-43). XX 
əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar buradan qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim yaqublu etnonimindən (92, s.23) əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm. SSR AS RH-nin 1.IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud, 
25.V.1983 - cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur. 
Yaqublu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.305) qeyd edilmişdir. Kəndin digər adı  Təzə  Kələş olmuşdur 
(415, s.4). 
Kənddə 1897-ci ildə 120 nəfər, 1908-ci ildə 200 nəfər, 1914 - cü ildə 213 nəfər, 1916-cı ildə 
208 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.45, 96-97). 1918-ci ildə  kənd erməni təcavüzünə 
məruz qalaraq yerli sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya 
edilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim yaqublu etnonimi (92, s.23) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Yağdan - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.104) qeyd 
edilmişdir. 
Toponim türk dilində «yurd, el» mənasında işlənən yaq sözünə (299, s.237) türk dilində «təpə» 
mənasını bildirən don , (i>dan-İ.B) sözünün (399, s.188) birləşməsindən əmələ gəlib, «təpədə olan el, 
yurd» mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yağdan su körpüsü - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Calaloğlu (Stepanavan) 
rayonunun Yağdan kəndində körpü. XIII əsrdə inşa edilmişdir. 
Yazyurdsu - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonunda çay. Hidronim türk dilində «çöl», «düzənlik» mənasında işlənən yazı (299, 
s.251), «yaşayış yeri», «ev, eşik», «məskən», «düşərgə» mənasında işlənən yurd (10, s.568; 339, 
s.643) və «çay» mənasında işlənən su (339, s.528) sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. 
Quruluşca mürəkkəb hidronimdir. 
Yelaxlı Mehdi kəndi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonu  ərazisində  kənd. Zeyvə  kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə burada 164 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin  əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar 
qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim üç komponentdən ibarətdir. Birinci komponenti olan yelaxlı, fikrimizcə, dialekt və 
işvələrimizdə «çuxur», «çökək yer» mənasında işlənən yalax sözünə qoşulan -lı  şəkilçisindən 


 
169
düzəlmişdir.  İkinci komponenti Mehdi şəxs adını bildirir. Toponimin üçüncü komponenti kənd sözü 
coğrafi nomendir. Toponim «çökəklik yerdə Mehdinin saldığı  kənd» mənasını bildirir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yayıcı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon 
mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.115), Qafqazın 5 verstlik xəritəsində (348, s.305) qeyd edilmişdir. 
Burada ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). XX 
əsrin əvvəllərində, yəni 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. 
Toponim oğuz tayfalarından olan yayıcı etnonimi (321,s.74; ASE, V c., s.51) əsasında əmələ 
gələn etnotoponimdir.Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzovaber qoyulmuşdur. 
Yaycı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd olmuşdur. Vedi 
(Ararat) rayonundakı Armaş kəndinin yaxınlığında yerləşirdi. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.301). 
Kənddə 1897-ci ildə 180 nəfər, 1914 - cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 
156-157). 1916-cı ildən başlayaraq kəndin əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930 - cu 
illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930 - cu ildən başlayaraq kəndə kürdlər 
yerləşdirilmişdir. 
Toponim yaycı türk etnonimi (321, s.74) əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Yaycı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. 
Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348. s.305) qeyd 
edilmişdir. 
Toponim yaycı türk tayfasının adı (321, s.74) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur. 
Yamancalı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Rayon mərkəzindən 7 km şimalda,  İnəkli kəndinin yanında yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə Yamanclı kimi (143,s.111) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 
257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914 - cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər (415, s.48-49, 128-
129), 1918-ci ilin yanvarında 763 nəfər (309, s.216) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral 
ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş (309, s.216), 
Türkiyədən köçürülən ermənilər kəndə yerləşdirilmişdir.  İndiki Ermənistanda Sovet hökuməti 
qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 
1926-cı ildə 67 nəfər, 1931-ci ildə 66 nəfər azərbaycanlı (415, s.48-49, 128-129) yaşamışdır. 
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-53 -cü illərdə Azərbaycana 
köçürülmüşdür. İndi ermənilər yaşayır. 
Toponim yamancalı türk mənşəli tayfa adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur. 
Yamaxlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd olmuşdur. Zeyvə kəndinin yaxınlığında yerləşirdi. 
Kənddə 1897-ci ildə 231 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin  əvəllərində, 
1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim yamaxlı tayfa adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Sadə quruluşca 
toponimdir. 
Yanıq dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonundakı 
Çaxmaq kəndində dağ. 
Oronim Azərbaycan dilində «susuz, quru yer» mənasında işlənən yanıq sözü (278, s.166) 
əsasında əmələ gəlmişdir. 
Yanıqpəyə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək 
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində Yanıxqaya kimi qeyd edilmişdir (348, s.306). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə