İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   81   82   83   84   85   86   87   88   ...   168

 
170
1897-ci ildə kənddə 133 nəfər, 1919 - cu ildə 226 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.32-33, 116-117). 1919 - cu ilin mart ayının axırlarında kəndin sakinləri ermənilər tərəfindən 
qırğınlarla qovulmuşlar.  İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan 
sakinləri öz doğma torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 167 nəfər, 
1931-ci ildə 197 nəfər (415, s.32-33, 116-117), 1970-ci ildə 505 nəfər, 1979 - cu ildə 523 nəfər, 1987-
ci ildə 450 nəfər (85, s.88) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin 
sakinləri öz doğma ocaqlarından Ermənistan dövləti tərəfindən qovulmuşdur.  İndi burada ermənilər 
yaşayır. 
Toponim Azərbaycan dilində  işlənən yanıq və  pəyə sözlərinin birləşməsindən  əmələ  gəlib. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meşəkənd, Ermənistan 
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Antarameç qoyulmuşdur. 
Yanıx - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.306) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 
360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67, 140-
141). 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda 
Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 
1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır 
(415, s.67, 141). Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə 
köçürülmüşdür. 
1929-30 - cu illərdə azərbaycanlılar deportasiya olunmuş və burada yalnız ermənilər qalmışdır. 
Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü (278, 
s.166) əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. 
Yapalaxlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda qışlaq. Gölkənd kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə burada 23 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.32-33). 30 - cu illərdə ləğv edilmişdir. 
Toponim nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronomik oykonimdir. Quruluşca sadə 
toponimdir. 
Yappa - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.306). Əsrimizin 20-30 - cu illərində  ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim türk mənşəli yapma tayfa adı  əsasında (271, s.143; 238, s.187) formalaşmışdır. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Yappa - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində 
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.306) qeyd edilmişdir. 
Kənddə 1897-ci ildə 62 nəfər, 1908-ci ildə 55 nəfər, 1914 - cü ildə 124 nəfər, 1916-cı ildə 68 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ilin fevral ayında kəndin 
sakinləri soyqırımına məruz qalaraq deportasiya olunaraq kənd xarabalığa çevrilmişdir.  İndi xaraba 
kənddir. 
Toponim oğuzların atçəkənlər tayfasından olan yapa etnonimi (238, s.187) əsasında  əmələ 
gəlmişdir. Türkmən onomaloqu S.Ataniyazov şıx tayfasının bir qolunun yapma olduğunu qeyd edir 
(271, s.143). Fikrimizcə, yapa və yapma etnonimləri yappa etnoniminin bir formasıdır. 
Yarpızlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 
5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.306). 
Kənddə 1831-ci ildə 121 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 465 nəfər, 1897-ci ildə 
584 nəfər, 1908-ci ildə 719 nəfər, 1914 - cü ildə 815 nəfər, 1916-cı ildə 771 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ilin sonu, 1919 - cu ilin yanvarında azərbaycanlılar 
ermənilər tərəfindən qırğınlarla qovulmuş  və  kənd yandırılmışdır (309, s.249). Kəndə xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan 
sonra sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. Köçürülən az sayda ermənilərlə yanaşı 
burada 1922-ci ildə 336 nəfər, 1926-cı ildə 419 nəfər, 1931-ci ildə 547 nəfər azərbaycanlı yaşamışdır 


 
171
(415, s.26-27, 112-113). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-53-cı illərdə  kəndin 
azərbaycanlı  əhalisi Azərbaycana köçürülmüşdür. Lakin sonradan azərbaycanlıların bir qismi geriyə 
Yarpızlıya qayıtmışdır. 
Yarpızlılar üçüncü dəfə 1988-ci ildə tamamilə zorla Ermənistan dövləti tərəfindən 
qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır. 
Toponim yabanı bitki olan yarpız sözünə çoxluq, cəmlik anlayışı bildirən -lı  şəkilçisi 
artırmaqla düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Lçavan (Gölkənd) 
qoyulmuşdur. 
Yasovul - İrevan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində 
olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir(143,s.132). Toponim «Şah fərmanını 
yerinə yetirən  şəxs» mənasında işlənən yasavul sözündən  əmələ  gəlib «yasavula məxsus kənd» 
mənasını bildirir. Antropotoponimdir. Sadə toponimdir. 
Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovuni qoyulmuşdur. 
Yaşıl - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur 
(415, s.34). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.307). 
Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 
nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.36-37, 118-119). 1919 - cu ildə  kənd ermənilərin təcavüzünə  məruz qalaraq 
sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş (309, s.221) və Türkiyədən 
köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir (415, s.119). İndi ermənilər yaşayır. 
Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında 
yaranan sadə toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. 
Yeddilər - İrəvan qubemiyasnın  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda sahə. 
Rayondakı  Zəngilər kəndinin  ərazisində yerləşir. Həmin  ərazidə yeddi nəfərə  məxsus torpaq sahəsi 
olduğu üçün Yeddilər adlandırılmışdır.  Ərazinin ilkin adı Yeddi lək olmuş, sonradan Yeddilər 
formasında sabitləşmişdir. 
Yekanlar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Yeğanlar, Yegilər, Yeginlər, 
Yeğanlar, Yegilar formasında da göstərilir (415, s.24; 427, s.430). Qafqazın 5 verstlik xəritəsində (348, 
s.91) qeyd edilmişdir. 
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya 1828-30 - cu illərdə Qars 
vilayətinin Bqlek və Camışlı  kəndlərindən, Sarıqamış  və  Ərzurum bölgələrindən köçürülmüş (427, 
s.430) və azərbaycanlılar deportasiya olunmuşdur. 
Toponim yeqanlar tayfa adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. Erm.SSR AS RH-nin 15.VII.1969 - cu il fermanı ilə adı  dəyişdirilib Arevşad 
qoyulmuşdur. 
Yelqovan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 4 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.36), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.92) qeyd edilmişdir. 
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. 1829 - cu ildə buraya Türkiyənin 
Bayazid və Alcavagiz vilayətlərindən ermənilər köçürülmüşdür (85, s.266). 1897-ci ildə burada 15 
nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47). Azərbaycanlılar 1905-1906-cı ildə erməni-azərbaycanlı 
savaşı nəticəsində ermənilər tərəfindən deportasiya olunmuşdur. 
Toponim Azərbaycan dilində «toxumu külək vasitəsilə uzaqlara aparıb, orada tökülən bir bitki 
və onun dəni», «süpürüm» mənasında işlənən yelqovan bitki adı (10, s.528) əsasında əmələ gəlmişdir. 
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kotayk qoyulmuşdur.  
Yeldağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Barana (Noemberyan) rayonu 
ərazisində qışlaq. 1926-cı ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır (415, s.10-11). 1930 - cu illərdə 
yaşayış məntəqəsi ləğv edilmişdir. Yeldağı dağının ətəyində yerləşirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə