İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   84   85   86   87   88   89   90   91   ...   168

 
176
67, 140-141). Azərbaycanlılar SSRİ Nazirlər Sovetini xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından 
1948-ci ildə deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır. 
Toponim alça bitki adına -lı  şəkilçisinin qoşulması  əsasında  əmələ  gəlmişdir. «Yuxarı» sözü 
fərqləndirici  əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1950-ci ildə  Aşağı 
Alçalı ilə Yuxarı Alçalı  kəndi birləşdirilib Alçalı  kəndi adlandırılmışdır. Erm.SSR AS RH-nin 
27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. 
Yuxarı Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
kənd. İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.23). 
Kəndin  əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar soyqırımına məruz 
qalmış, öz doğma torpaqlarından didərgin düşmüşlər. Kəndə ermənilər  İran və Türkiyədən 
köçürülmüşdür (386, s.591-594). Bunun nəticəsinə azərbaycanlılarn sayı azalmışdır. 1897-ci ildə 
burada 30 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). XX əsrin əvəllərində, 1905-1906-cı il erməni 
azərbaycanlı davası  nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulmuşlar.  İndi 
burada yalnız ermənilər yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və oğuz tayfalarında olan padarların bir 
qolunu təşkil edən axtaçı (axta) etnonimindən (93, s.28; 286, s.57; 211, s.235) formalaşmışdır. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur. 
Yuxarı Axtala - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indi Allahverdi (Tumanyan) 
rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Axtala-Şamlıq yolunun üstündə yerləşir. 
1886-cı ildə Loru-Pəmbək qəzasına tabe idi. 
Kənddə 1886-cı ildə 76 nəfər, 1897-ci ildə 30 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.67, 98-99). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla 
qovulmuşdur.  İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz 
kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 77 nəfər azərbaycanlı, 27 nəfər yunan, 1926-cı ildə 82 
nəfər azərbaycanlı, 1931-ci ildə 119 nəfər azərbaycanlı, 30 nəfər yunan yaşamışdır (415, s.67, 98-99). 
Yunanlar buraya XVIII əsrin 70-cı illərində mis mədənlərində  işləmək üçün köçürülmüşdür. 
1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından 
qovulmuşdur. İndi kənddə ermənilər yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə axta türk etnonimi (93,s. 28; 286, s.57) 
əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yuxarı  Bədili - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Talin rayonu ərazisində  kənd. 
1897-ci ildə 45 nəfər azərbaycanlı yaşamışdır (415, s.34-35). 1905-1906-cı ildə erməni təcavüzü 
nəticəsində kəndin sakinləri qırğınlarla qovularaq kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim oğuzların bəydili (bədili -İ.B) etnonimi (399, I, s.56; 238, s.288) əsasında  əmələ 
gəlmişdir. «Yuxarı» Azərbaycan toponimiyasında fərqləndirici əlamət kimi çıxış edir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun 
tərkibində olmuşdur Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya 
olunmuş, 1828-30 - cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər 
yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qanlı qədim türk tayfasının adına (228, s. 
13,64; 321, s.43,86; 393, s.42) -ca şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Marmaşen 
qoyulmuşdur. 
Yuxarı Qarabağlar - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda 
kənd. Vedi çayının yanında yerləşir. 
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Yuxarı Qarabağ (143, s.172), 1728-ci 
il tarixli «İrəvan  əyalətinin icmal dəftəri»ndə Böyük Qarabağlar (143, s.104), Qafqazın 5 verstlik 
xəritəsində Yuxarı Qarabağlar (348, s.l 14) formasında qeyd edilmişdir. 1937-ci ildə yaradılan 
Qarabağlar rayonunun mərkəzi olmuşdur. 


 
177
Kənddə 1873 - cü ildə 135 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə 
420 nəfər, 1914 - cü ildə 462 nəfər, 1916-cı ildə 243 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-19 - cu ildə ermənilər tərəfindən azərbaycanlılar qırğınlarla qovulmuşdur.  İndiki 
Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan sakinləri öz doğma kəndlərinə dönə 
bilmişdir. 1922-ci ildə burada 78 nəfər, 1926-cı ildə 80 nəfər, 1931-ci ildə 84 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin köklü sakinləri 
olan azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlannda deportasiya olunmuş və kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim fərqləndirici  əlamət bildirən  yuxarı  sözü ilə  Kəngərli tayfasına mənsub olan 
qarabağlar etnonimi əsasında (386, s.537; 168, s.99) əmələ gəlmişdir. 
Yuxarı Qaraburun - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda 
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir(348,s. 115). 
Kənddə 1897-ci ildə 208 nəfər, 1914 - cü ildə 78 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 
156-157). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalmış, kəndin sakinləri azərbaycanlılar 
deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 
Toponim fərqləndirici  əlamət bildirən  yuxarı  sözündən və  qədim türk dilində «böyük» 
mənasında işlənən qara sözü ilə «irəliyə  çıxan və ya suya doğru uzanan quru», «dağlıq», «çıxıntı» 
mənasında işlənən burun (253, s.99; 278, s.41; 339, s.103) sözünün birləşməsindən əmələ gəlmişdir. 
Toponimlərin tərkibində burun sözü «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf 
uzanmış hissə» mənasını bildirir (198, s.151). Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Yuxarı Qaraqala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Kalinino rayonunda 
kənd olmuşdur. 1930 - cu illərdə rayondakı Aşağı Qaraqala kəndi ilə birləşdirilib. Qaraqala kəndi kimi 
rəsmi sənədlərdə qeyd edilirdi. 1937-ci ilə kimi Calaloğlu (Stepanavan) rayonunun tərkibində 
olmuşdur. 
Burada 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1908-ci ildə 205 nəfər, 1922-ci ildə 154 
nəfər, 1926-cı ildə 146 nəfər, 1931-ci ildə 175 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). 
Toponim «yuxarı» fərqləndirici əlamət bildirən sözü ilə «rəng» mənasında işlənən qara və qala 
sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. Kəndin adı  ərazidəki qara daşdan tikilən qala adından 
götürülmüşdür. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Yuxarı Qaraqoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda 
kənd. Rayon mərkəzindən 9-10 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb  ətəyində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.117), «Сборник  сведений  о  Кавказе»  əsərində Qarakovmaz 
formasında (t.V,Tiflis,1879,№277) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 142 nəfər, 1916-cı ildə 224 
nəfər (415, s.34-35, 118-119), 1918-ci ilin yanvarında 394 nəfər (309, s.219) yalnız azərbaycanlı 
yaşamışdır. 1918-ci ilin mart ayına kimi kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya 
olunmuş (309, s.219) və  kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.  İndi ermənilər 
yaşayır. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən  yuxarı  sözü ilə, türk 
dilində «uca, hündür, yüksək,  şiş», «dağ, zirvə» mənasında işlənən qara sözündən (94, s.71, 339, 
s.256), türk dilində  kənd mənasında işlənən köy sözü ilə (339, s.282) «dağın cənub yamacı», 
«yüksəklikdə meşəsiz tərəfi» mənasında işlənən mas (maz -İ.B) sözünün (339, s.369) birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Verin Sasunaşen 
qoyulmuşdur. 
Yuxarı Qaraçimən - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonunda kənd olmuşdur. 
Kənddə 1897-ci ildə 237 nəfər, 1922-ci ildə 217 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 
134-135). 1926-cı ildən sonra ləğv edilərək Aşağı Qaraçimən kəndi ilə birləşdirilmişdir. 
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə (94, s.70) «yaşıl 
otla örtülmüş sahə» mənasında işlənən çəmən sözünün (12, s.429) dialekt variantı olan çimən sözünün 
birləşməsindən  əmələ  gəlmişdir. «Yuxarı» sözü fərqləndirici  əlamət bildirir. Fitotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə