İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   87   88   89   90   91   92   93   94   ...   168

 
182
Yuxarı Xatunarx İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Böyük Qarasu çayının yanında yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.262) qeyd edilmişdir. 
Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 
1828-29 - cu illərdə İranın Xoy vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmiş (427, s.138) və 
azərbaycanlılar kənddən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfıqulu xanın (1655-1680) 
arvadı Xatun tərəfindən salınmışdır. Ona görə  də  kənd Xatınarx adlandırılmışdır (427, s.138). 
Toponimin  əvvəllindəki «yuxarı» sözü fərqləndirici  əlamət bildirir. Antropotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaşen qoyulmuşdur. 
Yuxarı Hımud - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Toponim hun adlı qədim türk etnonimi (287, s.72, 101, 124126) 
əsasında  əmələ  gəlmişdir. Toponimin əvvəlindəki «yuxarı» sözü fərqləndirici  əlamət bildirir. Hunud 
toponimindəki «ud» topoformantdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yuxarı Çanaxçı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. 
Rayon mərkəzindən 40 km məsafədə, Ördundərədə, Ördun çayının yuxarısında,  İrəvanın 90 
verstliyində yerləşir.' 
Qafqazın 5 verstlik xəritəsində (348, s.279) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 30 nəfər azərbaycanlı yaşamışdır (415, s.156). 1828-1829 - cu illərdə İran 
və Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 18301840-cı illərdə xaricdən 
köçürülən ermənilər azərbaycanlıları sıxışdırıb kənddən qovmuş və kəndə yiyələnmişlər. 
Toponim fərqləndirici  əlamət bildirən yuxarı sözü ilə çanaxçı türk tayfasının adı (407, s.88) 
əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 20. 
IX. 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sovetaşen qoyulmuşdur. 
Yuxarı Çarbax - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Kəndin başqa adı «Çaharbağ»dır (415, s.50). Qafqazın 5 verstlik xəritəsində (348, s.280) qeyd 
edilmişdir. Kənddə 1831-ci ildə 31 nəfər, 1873 - cü ildə 201 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 
242 nəfər, 1904 - cü ildə 347 nəfər, 1914 - cü ildə 386 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 
130-131). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuş,  İran və 
Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.  İndiki Ermənistanda Sovet hökuməti 
qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı 
ildə 201 nəfər, 1931-ci ildə 264 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 1948-ci ildə 
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi burada 
yalnız ermənilər yaşayır. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində «yarğan, 
sıldırım sahil» mənasında işlənən çar (359. lll (2), s.1859) və bağ sözlərinin birləşməsindən  əmələ 
gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yuxarı  Çəmbərək - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək 
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.279) qeyd edilmişdir. Erməni mənbələrində Yuxarı Çambarək formasında qeyd 
edilir (415, s.32). 
Toponim fərqləndirici  əlamət bildirən yuxarı sözündən Azərbaycan dilində  şam ağacın adını 
bildirən çam (-çəm-İ.B) sözü ilə (238, s.154) baraq (bərək-İ.B) türk etnonimindən (228, s.16-17; 321, 
s.43,45; 238, s.20) əmələ gəlmişdir. Etnotoponimdir. 
Yuxarı  Şorca - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti,  Şorcalı Keyti olmuşdur (415, s.26). 
İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir (386, s.599). Kəndi ilkin adı məhz Baş 
keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır (Свод 
статистических  данных  о  населении  Закавказского  края,Тифлис, 1893, №628). Rayonun 
ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində  Şorcalı (Yenə orada, 
№619), XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca 
adlandırılmışdır. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.297) qeyd edilmişdir. 


 
183
Kənddə 1831-ci ildə 75 nəfər, 1873 - cü ildə 123 nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci üdə 218 
nəfər, 1908-ci ildə 248 nəfər, 1914 - cü ildə 283 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.26-27, 112-113). 1919-cu ilin aprelində azərbaycanlılar ermənilər tərəfində  qırğınlarla öz 
doğma kəndlərindən qovulmuşlar (309, s.305). 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra müəyyən sakitlik yaranmış və sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. 
1922-ci ildə 204 nəfər, 1926-cı ildə 253 nəfər, 1931-ci ildə 295 nəfər (415, s.26-27, 112-113), 1959 - 
cu ildə 1252 nəfər,1987-ci ildə 1440 nəfər (85, s.288-289) azərbaycanlı yaşamışdır.1988-ci ildə 
azərbaycanlılar bir daha Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. 
İndi burada ermənilər məskunlaşıb. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və «duzluq, 
şoranlıq» mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca 
şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə