İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   90   91   92   93   94   95   96   97   ...   168

 
188
Kələşkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində 
kənd. Zəngi çayının sağ qolunun üzərində yerləşirdi Erməni mənbəyində Kyalaşkənd formasında 
(415,s.6), Qafqazın 5 verstlik xəritəsində Kələskənd formasında (348, s.155) qeyd edilmişdir. Kənddə 
1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 288 nəfər, 1886-cı ildə 363 nəfər, 1897-ci ildə 404 nəfər, 1904 - 
cü ildə 373 nəfər, 1914 - cü ildə 437 nəfər, 1916-cı ildə 372 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.67, 98-99). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq yerli sakinləri - azərbaycanlılar 
tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Kənd 1926-cı ildə  ləğv edilmişdir.  İndi xaraba 
kənddir. 
Toponim Kələş  şəxs adına kənd sözünün qoşulması yolu ilə  əmələ  gəlmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kəmərli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda 
dağ. Rayondakı Qursalı kəndininin ərazisində yerləşir. 
Oronim kimmer (>kəmər) etnoniminə  mənsubluq bildirən -li şəkilçisinin qoşulması yolu ilə 
əmələ gəlmişdir. Etnooronimdir. 
Kənkan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Ellər (Kotayk, Abovyan) 
rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.155) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 548 nəfər, 1886-cı ildə 772 nəfər, 1897-ci ildə 740 nəfər, 1904 - cü ildə 
939 nəfər, 1914 - cü ildə 1144 nəfər, 1916cı Idə 1231 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.46-
47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş 
və bura xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanları öz yurdlarına dönə bilmişlər. 
Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 147 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1947-1948-
ci illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür.  İndi ermənilər yaşayır. Toponim fars 
dilində «quyu qazan, quyuçu» mənasında işlənən kankan sözü (104, s.273) əsasında yaranmışdır. Sadə 
toponimdir. 
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Hatis qoyulmuşdur. 
Kəpəz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda dağ. 
Rayondakı  Şurnuxu kəndinin  şimalında yerləşir. Oronim türk dilində «qaya», «su kənarında qaya» 
mənasında işlənən kəpəz sözü (253, s. 64; 278, s.101) əsasında  əmələ  gədmişdir. Relyef əsasında 
yaranan sadə quruluşlu oronimdir. 
Kəpənək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) 
rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.113) qeyd edilmişdir. Oronim qədim türk 
dilində «yapıncı» mənasında işlənən kəpənək sözündən (157, s.34) əmələ gələn kəpənəkçi etnonimi ilə 
bağlıdır. Kəpənəkçi tayfası haqqında ətraflı məlumat 1721-cı ildə tərtib edilmiş «Dəsturuləməl»də və 
1728-ci ildə tərtib olunmuş «Dəftəri müfəssəli əyaləti Tiflis»də rast gəlmək olar (193, s.159; 76, s.49). 
Etnoornimdir. 
Kərəmbiçən - İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda qışlaq. Rayonun Toxluca kəndinin ərazisində yeləşir. XIX əsr rus mənbələrində Kərəmbicə 
kimi qeyd edilmişdir (329, s.36). 
Toponim Kərəm şəxs adı ilə biçən feli sifətin birləşməsindən əmələ gəlmişdir. Həmin ərazinin 
otu Kərəm adlı  şəxs tərəfindən ilk dəfə biçildiyi üçün Kərəmbiçən adlanırdı. Antropotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Kərimli bulağı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Neomberyan) rayonunda bulaq. Kərimli tayfasının adı əsasında yaranan etnohidronimdir. 
Kərimarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir. 
Kənddə 1831-ci ildə 311 nəfər, 1873 - cü ildə 1215 nəfər, 1886^-cı ildə 1357 nəfər, 1897-ci 
ildə 1474 nəfər, 1904 - cü ildə 1700 nəfər, 1914 - cü ildə 1802 nəfər (415, s.64-65, 140-141), 1919 - cu 
ildə 1840 nəfər (309, s. 221) yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin sonunda azərbaycanlılar 
erməni təcavüzünə  məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur (309, s.221). Kəndə xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi 
tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 


 
189
ermənilərlə yanaşı 1922-ci ildə 239 nəfər, 1926-cı ildə 303 nəfər, 1931-ci ildə 268 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.64-65, 140-141). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kənddə yaşayan 
azərbaycanlılar 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. 
Toponim Kərim  şəxs adı ilə arx sözünün əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Sovetakan qoyulmuşdur. 
Kərimkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda 
kənd. Rayon mərkəzindən 6 km cənub-qərbdə yerləşir. 
Toponim Kərim  şəxs adına kənd coğrafi nomenin qoşulması  əsasında  əmələ  gəlmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə  kəndin adı  dəyişdiridib Zaxkaşen 
qoyulmuşdur. 
Kərkibaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir. 
Kənddə 1873 - cü ildə 183 nəfər, 1886-cı ildə 255 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 306 
nəfər, 1914 - cü il nəfər, 1916-cı ildə 369 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-
1919 - cu illərdə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur (309, s.249). 1920-ci 
ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanları öz 
doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 166 nəfər, 1926-cı ildə 174 nəfər, 1931-ci ildə 
224 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1988-ci ildə azərbaycanlılar yenidən 
Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar.  İndi burada yalnız ermənilər 
yaşayır. Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında (386, s.535) əmələ gəlmişdir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib  Şəfəq, Ermənistan 
prezidentinin 19.IV.1991-ci il tarixli formanı ilə yenidən dəyişdirilib Vanevan qoyulmuşdur. 
Kərpicli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir. Kənddə 1873 - 
cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü 
ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci 
ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, 
Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir (427, s.821). 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etməyə  məcbur olan 
azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 
36 nəfər azərbaycanlı yaşamışdır (415, s.126-127). 1924-1925-cı illərdə yenidən onlar öz doğma 
yurdyuvalanna qovulmuşlar. İndi ermənilər yaşayır. 
Toponim kərpicli tayfasının adı  əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur. 
Kəsəmən - İrəvan qubennrniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 10 km şimalda, dağ  ətəyində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.156) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 166 nəfər, 1873 - cü ildə 379 nəfər, 1886-cı ildə 492 nəfər, 1897-ci ildə 
671 nəfər, 1908-ci ildə 713 nəfər, 1914 - cü ildə 966 nəfər, 1916-cı ildə 894 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.26-27, 112-113). 
1919 - cu il aprelin 13-20-də azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar (309, 
s.249, 305). İndiki Ermənistanda sovet hakimiyyəti qələbə çalandan sonra sağ qalan azərbaycanlılar 
geri qayıda bilmişlər. 1922-ci ildə burada 249 nəfər, 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 569 nəfər 
(415, s.26-27, 112-113), 1939 - cu ildə 758 nəfər, 1959 - cu ildə 583 nəfər, 1970-ci ildə 891 nəfər, 
1979 - cu ildə 955 nəfər (427, s.567), 1987-ci ildə 1200 nəfər (85, s.280) azərbaycanlı yaşamışdır. 
1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. 
İndi burada ermənilər yaşayır. 
Toponim qazax türk tayfasının tirələrindən biri olan kəsəmən etnonimi (281, s.393) əsasında 
formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə