204
Toponim gencək türk tayfa adı (399, I, s.480) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Gəncəyal - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonunda dağ. Erməni mənbələrində dağın adı Gyanzakyal formasında qeyd edilir (427, s.878).
Oronim gencək türk tayfa adına (399, s.29, 480; 274, s.201) Azərbaycan dilində «hündür bir
yerin təpəsi, dikdir, yoxuşun başı» mənasında işlənən yal sözünün (10, s.479)
birləşməsindən əmələ
gəlmişdir. Etnoornimdir. Quruluşca mürəkkəb oronimdir.
Gəncəyolu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo)
rayonunda təpə. Rayonun Toxluca kəndinin şərqində yerləşir.Həmin yolla Gəncəyə gedib gəlindiyi
üçün Gəncəyolu adlandırılmışdır.
Gərd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Rayon mərkəzindən 33 km şimal-qərbdə, Gərd çayının sol sahilində yerləşir. Erməni mənbələrində
kəndin adı Garts, Gird, Kart, Karti formalarında qeyd edilmişdir (415, s.56; 427, s.882). Kənddə XVI-
XVII əsrlə bağlı türklərə aid tarixi abidələr vardır. Kənddə 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 71 nəfər,
1926-cı ildə 71 nəfər, 1931-ci ildə 115 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 170 nəfər, 1959 -
cu ildə 250 nəfər, 1970-ci ildə 195 nəfər, 1979 - cu ildə 61 nəfər (427, s.882) azərbaycanlı yaşamışdır.
1988-ci ildə kəndin bütün sakinləri Ermənistan dövləti tərəfindən
tarixi-etnik vətənlərindən
deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Toponim fars dilində «lək, gərdi», «əkilmiş tarla» mənasında işlənən kərd sözü (104, s.284)
əsasında yaranmışdır. Reylyeflə bağlı yaranan toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kard qoyulmuşdur.
Gərd çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,
indi Qafan rayonunda
çay.
Gərgər - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda
çay. Hidronim qədim türk tayfalarından biri olan qarqar etnonimi (377, s.479) ilə bağlı yaranmışdır.
Etnohidronimdir.
Gərgər - Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda
kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni
mənbələrində Rus Gərgəri
(Gərgər rus) formasında qeyd edilir (415, s.78). XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra
toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır.
Kənddə ruslarla yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 16 nəfər azərbaycanlı
yaşamışdır (415, s.78-79, 148-149). 1940-cı illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. 1988-ci
ildən sonra kənddə yaşayan ruslar da ermənilərin təzyiqi nəticəsində sıxışdırılıb çıxarılmışdır. İndi
kənddə əsasən ermənilər yaşayır.
Toponim qarqar qədim türk tayfasının (377, s.479) fonetik forması olan gərgər türk tayfa adı
(211, s.184-186) əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 14.ll.1937-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Rus şairi A. S.
Puşkinin şərəfinə Puşkino qoyulmuşdur.
Gərgər - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda
kənd. Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində
kəndin adı Gərgər,
Gyargyari hay, Herher formalarında qeyd edilir (415, s.78; 427, s.879).
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79). XX
əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi yalnız
ermənilər yaşayır.
Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk
etnonimi (377, s.479; 24, s.19) əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik
variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında
iştirak edir (211, s. 184-186). Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Gərnibasar - İrəvan xanlığında mahal. Mahalda 52 yaşayış məntəqəsi var idi. Burada 1829 -
cu ilə kimi 4176 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1829-1830 - cu illərdə əraziyə İrandan
5359 erməni köçürülərək azərbaycanlılar yaşayan kəndlərdə yerləşdirilmişdir (386, s.547-557).
Mahalın adı ərazidən axan Gərniçay çayının adından götürülmüşdür. Toponim iki komponentdən
ibarətdir. Birinci komponent urartu dilində «qala» mənasında işlənən gərini sözü ilə (332, s.68) qıpçaq
205
mənşəli basar etnonimi (286, s.61) əsasında əmələ gəlmişdir. Relyef əsasında
yaranan mürəkkəb
quruluşlu etnotoponimdir.
Gərniçay - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Artaşat (Qəmərli) rayonunda çay.
Uzunluğu 56 km-dir. Çayın adı dəyişdirilib Azadçay qoyulmuşdur.
Günəş dağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda dağ.
Rayondakı Yuxarı Kilsə kəndinin ərazisində yerləşir.
Giləkərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu
ərazisində kənd.
XX əsrin əvvəllərində 38 nəfər azərbaycanlı yaşamışdır (85, s.166). Nəsil adı əsasında
yaranmışdır. Toponimdəki -li şəkilçisi bu fikiri söyləməyə əsas verir. Patronim toponimdir. Quruluşca
sadə toponimdir.
Gilliyin düzü - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda düz.
Rayondakı Cücəkənd (Qızıl Şəfəq) kəndinin ərazisində yerləşir.
Toponim məkan mənası bildirən -lik şəkilçisinin qəbul etmiş «yer səthində və ya altında olan,
yaş halda özlü kütləyə çevrilən çöküntü süxuru» mənasında işlənən gil sözü ilə (11, s.163) relyef
bildirən düz sözünün birləşməsindən əmələ gəlmişdir Quruluşca mürəkkəb oronimdir.
Gilliyin taxtası - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək
(Krasnoselo) rayonunda dağ. Rayonun Toxluca kəndindən şimal-şərqdə yerləşir.
Girətağçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
çay. Oxçu çayının sol qolunun adıdır. Rayondakı Kirətağ kəndinin ərazisindən axır.
Kisarxalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində kənd olmuşdur. 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.56; 427, s.868). 1905-
1906-cı illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd ləğv
edilmişdir. İndi xaraba kənddir.
Toponim türk dilində «düzənlikdə qala», «möhkəmləndirilmiş şəhər» mənasında işlənən qisar
(xisar) sözü ilə (339, s.143, 593) xalac türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Mürəkkəb quruluşlu toponimdir.
Gomaran - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
kənd. Rayon mərkəzindən 5
km cənub-şərqdə, Oxçu çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik
xəritəsində qeyd edilmişdir (348, s.71). Kənddə 1897-ci ildə 169 nəfər, 1914 - cü ildə 158 nəfər
azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə
məruz qalaraq deportasiya olunmuşlar (309, s.206). İndiki Ermənistanda sovet hökuməti qurulandan
sonra, 19221924 - cü illərdə kəndin sakinləri öz evlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 52 nəfər,
1931-ci ildə 68 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 91 nəfər, 1959 - cu ildə 97 nəfər, 1970-ci
ildə 183 nəfər, 1979 - cu ildə 163 nəfər azərbaycanlı yaşamışdır (427, s.937). Kəndin sakinləri 1988-ci
ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə qovulmuşdur.
İndi burada ermənilər yaşayır. Toponim türk tayfası səlcuqların bir qolu olan komar (< kumar)
etnoniminə cəmlik mənası bildirən -an şəkilçisinin qoşulmasından əmələ gəlib «kömarların kəndi,
yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Gomaran dağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu
ərazisində dağ. Dağ Qafan şəhərindən 22
km cənubda, Oxçu çayının sağ tərəfindədir. Oronim komar
türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.
Gomur - İndiki Ermənistanda çay. Başlanğıcını Pəmbək dağlarından alır. Uzunluğu 15 km-dir.
Hidronim qədim türk dilində «dağ başında uçurumlu, yarğanlı yer» mənasında işlənən gomur sözü
(359, II (2), s.1321) əsasında yaranmışdır. Sadə quruluşlu hidronimdir.
Gomur - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın
sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi (143, s.60) qeyd edilmişdir.
Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında
qeyd edilir və ilk dəfə XIII
əsrdən xatırlanır (422, s.89). Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı (Yuxarı Axta - İ.B.)
formalarında göstərilmişdir (415, s.88). Kənddə 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 285 nəfər, 1886-
cı ildə 293 nəfər, 1897-ci ildə 353 nəfər, 1904 - cü ildə 365 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı
ildə 388 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni
təcavüzünə məruz qalmış, sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti
qurulandan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 155 nəfər,