210
mənasında işlənən göy sözü ilə «dik, çətin çıxılan yer» mənasında işlənən yoxuş sözünün (10, s.561)
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə daı dəyişdirilib Saralanc qoyulmuşdur.
Göykilsə - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan)
rayonunda
kənd. Rayon mərkəzindən 8 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.80),
Qafqazın 5 verstlik xəritəsində (348, s.59) qeyd edilmişdir.
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlı əhalisi yaşamışdır. Ermənilər buraya 1828-1829 -
cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1873 - cü ildə 293 nəfər, 1886-cı
ildə 333 nəfər, 1897-ci ildə 424 nəfər, 1914 - cü ildə 890 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45,
124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir.
Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 170 nəfər azırbaycanlı yaşamışdır
(415
,
s.44-45, 124-125). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu
illərdə zorla tarixi-etnik torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüşdür. İndi ermənilər
yaşayır.
Toponim rəng bildirən göy sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca
mürəkkəb toponidmdir.
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Kaputan (kaput göy deməkdir)
qoyulmuşdur.
Göykümbət - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda
kənd. Rayon mərkəzindən 16 km şimalda, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə yerləşir. 1590-
cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Göygünbəz (143, s.159), Qafqazın 5 verstlik
xəritəsində Göykümbət formasında (348, s.59) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 21 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə 230
nəfər, 1908-ci ildə 252 nəfər, 1914 - cü ildə 280 nəfər, 1916-cı ildə 241 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə kəndin sakinləri erməni
təcavüzünə məruz qalaraq
deportasiya olunmuş və xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdilər. İndiki Ermənistanda
sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada
ermənilərlə yanaşı 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 174 nəfər azərbaycanlı
yaşamışdır (415, s. 80-81, 150-151). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-
1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 50-ci illərdə deportasiya edilən ailələrin az bir
qismi yenidən ata yurdlarına dönsələr də, 1970-ci ildə tamamilə deportasiya
olunaraq Azərbaycana
köçürülmüşlər. İndi ermənilər yaşayır.
Toponim Azərbaycan dilində rəng mənasında işlənən göy sözü ilə fars dilində «yarımkürə
şəklində bina damı, qübbə» mənasında işlənən kümbəd sözündən (11, s.127) əmələ gəlmişdir.
Kümbəd kümbəz, eləcə də günbəz sözünün fonetik formasıdır (11, s.127). Azərbaycan dilində d~z səs
əvəzlənınəsi qanunauyğun haldır. Təsviri toponimdir. Qurluşca mürəkkəbdir.
Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Geğanist qoyulmuşdur.
Göygöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl.
Suyu təmiz, şəffaf olduğuna və suyun rəngi göy rənginə çatdığına görə Göygöl adlandırılmışdır. Adı
dəyişdirilib Kapuyt liç (Göygöl) qoyulmuşdur.
Göytala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican şəhəri
yaxınlığında qışlaq. 1926-cı ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30 - cu illərində
ləğv edilmişdir.
Toponim Azərbaycan dilində «yaşıllıq» mənasında işlənən göy sözü ilə «meşədə ağacsız,
çılpaq yer, açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı
yaranan mürəkkəb quruluşlu toponimdir.
Göytəpə - İrəvan quberinyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis)
rayonunda dağ. Rayondakı Qoşabulaq kəndindən 2 km şərqdə yeləşir.
Oronim Azərbaycan dilində «yaşıllıq», «göy ot» mənasında işlənən göy sözü ilə «kiçik dağ»
mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Göytəpə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonunda təpə.
211
Göysu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis)
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindən
(348, s.59) qeyd edilmişdir.
Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914 - cü ildə 360 nəfər, 1916-cı ildə
284 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1918-1919 - cu illərdə ermənilər tərəfindən
azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki
Ermənistanda sovet
hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922-1924 - cü illərdə ata-baba torpaqlarına qayıda
bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfər (415, s.26-27, 110-111), 1939 - cu ildə 314
nəfər, 1959 - cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979 - cu ildə 531 nəfər (427, s.896)
azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi-
etnik vətənlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Toponim rəng bildirən göy sözü ilə qədim türk dilində «çay» mənasında işlənən su sözünün
birləşməsindən əmələ gəlmişdir. Hidrotopoinındir. Quruluşca mürəkkəb toponimdir.
Göy çal - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan)
rayonunda dağ. Oronim Azərbaycan dilində «yaşıllıq, göy ot» mənasında işlənən göy sözü ilə türk
dilində «təpə», «daşlıq yer» mənasında işlənən çal sözündən (339, s.606) əmələ gəlmişdir. Relyeflə
bağlı yaranan mürəkkəb quruluşlu oronimdir.
Göyçə mahalı - XVIII əsrdə yaradılan İrəvan xanlığının 15 mahalından biri. Göyçə mahalı
Göyçə gölü hövzəsində yerləşən rayonları - Kəvər (Kamo), Qaranlıq (Martuni), Basarkeçər (Vardenis)
rayonlarını, Çəmbərək (Krasnoselo)
rayonundan isə Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil kəndlərini
əhatə edirdi. Mahalın adı erməni və rus mənbələrində Göyçay formasında da qeyd edilir (415, s.XVII;
386, s.515). 1829-1832-cı illərdə Göyçə mahalının 14354 nəfər əhalisi, 100-dən artıq yaşayış
məntəqəsi olmuşdur. Əhalinin 98% azərbaycanlılardan ibarət idi.
Bu kəndlərdən Buğdatəpə, Allahverdibəy, Üçtəpə,
Böyük altun təpə, Kiçik altun təpə, Dəmirçi,
Ağsaqtauz, Xan Çigiz oğlu, Böyük ağa, Göyçay, Ağrıca, Dəli Arutun kəndləri xarabalığa çevrilmişdir
(415, s.XVI-XVll). İndiki Ermənistan ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra xanlıq
quruluşu
ləğv edilmişdir. XIX əsrin 40-cı illərində yeni inzibati ərazi bölgüləri yaradılmışdır. Göyçə mahalının
ərazisi İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Mahalın adı Göyçə gölünün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Göyçay - İrəvan əyalətinin Göyçə mahalında, indiki Kəvər (Kamo) rayonu ərazisində kənd.
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Göyçə mahalında xarabalığa çevrilmiş kəndlərin siyahısında
Göyçay kəndinin də adı çəkilir (415, s.XVII; 386, s.515). Toponim rəng bildirən göy sözü ilə çay
sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Göyçə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda çay.
Göyçə gölünə tökülür. Hidronim rəng mənasında (suyun təmizliyinə, mavi rəngdə olduğuna işarədir)
işlənən göy sözü ilə çay sözünün qısaldılmış formasma (şəkilçiləşmiş forması) çevrilmiş «çə» sözünün
birləşməsindən əmələ gəlmişdir.
Göyçəgölü - İrəvan xanlığının Göyçə mahalında, İrəvan quberniyasının
Yeni Bayazid
qəzasında göl. Erməni mənbələrində gölün adı Göyçə dərya, Göyçə dəngiz, Göyçay, Göyçə dəniz kimi
də qeyd edilir (427, s.894, 899).
Göyçə gölünün adı «Kitabi-Dədə Qorqud» dastanlarında çəkilir: «Ondan Şərukun ucundan
Göyçə dənizinə təki el çarpdı» (157, s.134). Ümumiyyətlə, müxtəlif illərdə çap olunan «Kitabi-Dədə
Qorqud» dastanlarında Göycə gölünün adı Göycə dəniz (157, s.134), Gökcə dəniz (158, s.110), Gökcə
dəniz (Gökçe Deniz, Dede Korkut kitabı, I, Ankara, 1989, s.225) formalarında qeyd edilmişdir. Göyçə
gölü indiki Ermənistanın Kəvər (Kamo), Sevan, Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Çəmbərək
(Krasnoselo) rayonlarının ərazisində yerləşir. Sahəsi 1200 km
2
, orta dərinliyi 28,5 m, maksimal
dərinliyi 83 mdir. Göyçə gölü dağarası çökəklikdə, təqribən 1900 m hündürlükdədir. Qafqazın ən
iri və
uca dağ gölüdür (28, s.30). Şimal-qərbdən Pəmbək, cənubdan Basarkeçər, qərbdən Keğam silsilələri
ilə əhatə olunur. Gölə 28 çay tökülür. Göldən isə Zəngi (Razdan) çayı axır (ASE, VIII c., B., 1984,
s.320).
Hidronim Göyçay sözünün Göyçə formasına düşməsi əsasında əmələ gəlmişdir.
Göyçə Göyçay
deməkdir. Gölünün suyunun rəngi göy (təmiz, duru mənasında) olduğu üçün Göyçay (>Göycə
>Göyçə) adlandırılmışdır. XIX əsrdə indiki Ermənistan ərazisi çar Rusiyası tərəfindən işğal edildikdən