İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   104   105   106   107   108   109   110   111   ...   168

 
216
Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 145 nəfər, 1886-cı ildə 136 nəfər, 1897-ci ildə 203 
nəfər, 1904 - cü ildə 360 nəfər, 1914 - cü ildə 394 nəfər, 1916-cı ildə 234 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri 
qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar 
tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1922-ci ildə 74 nəfər azərbaycanlı yaşamışdır (415, s. 
158-159). 1923-1924 - cü illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır. 1925-cı ildə  kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir.  
Kənddə gümüş filizi olduğu üçün Gümüşxana adlandırılmışdır. Toponim gümüş sözünə 
toponimiyada «yaşayış  məntəqəsi», «ərazi, yer» mənasında işlənən xana sözünün (339, 
s.590)qoşulması yolu ilə əmələ gəlmişdir.  
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Gümüşxana - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonunda mədən yeri. Rayonun ərazisindəki Gümüşxana kəndində yerləşirdi. 
Gümüşxana - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, 
Vayk) rayonunda selav. Rayondakı Gümüşxana kəndinin ərazisindədir. 
Günbəz - İrəvan quberniyasının Abaran qəzasında, indiki Əştərək rayonu ərazısində  kənd, 
«İrəvan əyalətinin icmal dəftəri»ndə Günbəzli formasında (143, s.109) qeyd edilmmişdir. 1828-ci ilə 
kimi burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1830 - cu illərdə 
burada Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir (427, s.977). 1850-ci illərdə ləğv edilmişdir. 
İndi xaraba kənddir.  
Toponim «yarımkürə şəklində bina damı, qübbə» mənasında işlənən günbəz sözü (11, s.214) 
əsasında əmələ gəlmişdir.Bu söz ərəbcə olub toponomiyada «yumru» mənasında işlənir:'(253, s.101). 
Relyef əsasında yaranan sadə toponimdir. 
Güney - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) 
rayonunda kənd. Rayon mərkəzindən 33 km məsafədə yerləşir.  
Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən güney sözü əsasında 
əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir.  
Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25. 
V. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır. 
Güney - Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Rayondakı Çivinli 
kəndindən  şimal-qərbdə yerləşir. Hündürlüyü 2463 m-dir. Oronim Azərbaycan dilində «cənub, gün 
düşən yer», «gün tutan yer» mənasında işlənən güney sözündən (11, s.214) əmələ  gəlmişdir. Sadə 
quruluşlu oronimdir. 
Güney - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində  kənd 
olmuşdur. Rayondakı Gölkənd (Dzovakyuğ) kəndindən 6 km şərqdə yerələşirdi. Kənddəki yaşayış 
binalarının və qəbirstanlığının xarabalığı indi də durur.  
Toponim Azərbaycan dilində «gün düşən, cənub» mənasında işlənən güney sözü əsasında 
əmələ gəlib «güneydə olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan sadə toponimdir.  
Güney - Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur.  
Güney - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində  qışlaq. 1930 - cu ildə  ləğv edilmişdir. Toponim Azərbaycant dilində «gün düşən yer» 
mənasında işlənən güney sözündən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu 
toponimdir.  
Güneyvaz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda 
kənd. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir. Toponim Azərbaycan dilində «cənub, gün düşən 
yer» mənasında işlənən güney sözü ilə türk dilində «dağ çökəyi», «düzən yerdə tirə, təpəcik, hündür 
yer», çüxur, çökək» mənasında işlənən bazı//baz sözünün (253, s.120; 339, s.64; 170, s.136) dialekt 
variantı olan vaz sözündən əmələ gəlmişdir. Toponimin ikinci komponenti olan vaz buryat və monqol 
dillərində bayz, bays, bayts fonetik formalarında «dik qaya», «sıldırım dağ», «ətəyində dar dərədə çay 
axan sıldırım qayalıq» mənalarını ifadə edir (170, s.136). Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Güneyvəng  -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonunda qala. Arpaçayın sağ sahilində, Alagöz kəndinin  şimal-şərqində, qədim 
Güneyvəng kəndinin yaxınlğında yerləşir. 


 
217
Güneyvəng  -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. Alagöz çayının yanında, Alagöz kəndi ilə Qovuşuq 
kəndi arasında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.71) qeyd edilmişdir. Kənddə 1831-ci 
ildə 58 nəfər, 1873 - cü ildə 40 nəfər, 1886-cı ildə' 75 nəfər, 1897-ci ildə 103 nəfər, 1904 - cü ildə 124 
nəfər, 1914 - cü ildə 136 nəfər, 1916-cı ildə 115 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 
160-161). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma yurdlarına 
dönə bilmişdir. Burada 1922-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır (415, s.160-161). 1924-1925-cı 
illərdə azərbaycanlılar çıxışdırılaraq qovulmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.  
Güneyvəng kəndinin adı bu kəndin üstündəki güneydə, döşdə tikilmiş alban abidəsindən 
götürülmüşdür (211, s.211). Deməli, Azərbaycan dilində «gün düşən yer, cənub» mənasında işlənən 
güney sözü ilə türk dilində «qala» mənasında işlənən vəng sözündən əmlə gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Güneyqoruq -  İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonu 
ərazisində kənd. Axta rayonundakı Dərəçiçək kəndinin yaxınlığında yerləşirdi. XIX əsrin axırlarında 7 
nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir (427, s.920). Toponim «cənub», 
«gün düşən yer» mənasında işlənən güney sözü ilə  «əkilmiş yerlər», «istifadə edilməsi qadağan 
olunmuş mülkədar yerləri» mənasında işlənən qoruq sözündən (9, s.548) əmələ gəlib. 
Güneyyurd -  İrəvan quberinyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Avşar kəndinin yaxınlığında yerləşirdi. Kənddə 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.86-87). XX əsrin  əvəllərində, 1905-1906-cı illərdə erməniazərbaycanlı davası  nəticəsində 
azərbaycanlılar qırğınlarla deportasiyaya məruz qalmış və kənd xarabalığa çevrilmişdir. Toponim «gün 
düşən yer» mənasında işlənən güney və yaşayış yeri mənasını bildirən yurd sözündən əmələ gəlmişdir. 
Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Güneypəyə  - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray 
(İcevan) rayonun Haqqıxlı kəndi ərazisində qışlaq. XX əsrin 30 - cu illərində ləğv edilmişdir. 
Toponim «gün düşən yer, cənub» mənasında işlənən güney sözü ilə  pəyə (tövlə  mənasında) 
sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 
Günəş  - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) rayonu 
ərazisində  qışlaq. Ləmbəli kəndinin yaxınlığında, rayonun Ləmbəli kəndi ilə Körpülü kəndinin 
ortasında yerləşir. 1926-cı ildə burada 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.89). 1930 - cu ildə ləğv 
edilmişdir. 
Toponim türkmənşəli günəş tayfasının adı  əsasında (271, s.57) əmələ  gəlmişdir. «Günəş 
tayfasına mənsub ərazi» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Güngörməz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda dağ. Rayondakı Qızılörən kəndinin ərazisində yerləşir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu oronimdir. 
Gürcüeli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun 
tabeliyinidə olmuşdur. Erməni mənbələrində Gürcüyel (415, s.20), Qafqazın 5 verstlik xəritəsində 
Gürcüel (348, s.72) formasında qeyd edilmişdir. 
Toponim gürcü etnonimi ilə türk dilində «tayfa, xalq» mənasında işlənən el sözündən  əmələ 
gəlmişdir və «gürcü tayfasından olan el, xalq, nəslə  mənsub kənd» mənasını bildirir. S. Ataniyazov 
türkmənlərin anaveli, salır tayfasına mənsub etnonimlərdən birinin gürcü (qurji) adlarıdığını qeyd edir 
(271, s.57). Eyni zamanda qaşqay türk tayfasından olan Səfixan tayfasına mənsub tirənin (nəslin) 
birinin adı gürcülü olmuşdur (142, s.39). Buradan belə bir qənaətə  gəlirik ki, gürcü etnonimi türk 
mənşəli tayfalardan biridir. Kəndin adı 1924 - cü ildə  dəyişdirilib Torosgyuğ (Toroskənd) 
qoyulmuşdur. 
Gürcü karvansarası - İrəvan şəhərində karvansara. 
Güdqum - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir.  
Burada 1897-ci ildə ermənilərlə yanaşı 19 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57). XX 
əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə