206
1926-cı ildə 200 nəfər, 1931-ci ildə 316 nəfər (415, s.88-89, 158-159), 1939 - cu ildə 386 nəfər, 1959 -
cu ildə 381 nəfər, 1970-ci ildə 590 nəfər, 1979 - cu ildə 745 nəfər (427, s.942) yalnız azərbaycanlı
yaşamışdır. Erməni mənbələrində isə yuxarıda göstərilən statistik məlumatlar
ermənilərə aid edilir və
guya ermənilər buraya 1828-ci ildə İranın Xoy vilayətindən köçürülmüşdür (427, s.942). Bu, tamamilə
yalandır və erməni saxtakarlığıdır. Gomur Kəndində ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız
azərbaycanlılar yaşamışdır. XIX-XX əsrin əvvəllərində (18311931) burada azərbaycanlıların
yaşadığını erməni alimi Z. Qorqodyanın əsərində aydın şəkildə göstərilir (415, s.88-89, 158-159).
İ.Şopenin də əsərində kəndin köklü sakinlərinin məhəmmədi (azərbaycanlılar - İ.B.) olduğu qeyd
edilmişdir (386, s.619-620). Azərbaycanlılar 1988-ci ilin noyabrın sonunda Ermənistan dövlətinin
deportasiyasına məruz qalmışdır. İndi ermənilər yaşayır.
Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür
sözündən (359, II(2),s.1321) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan
prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə
adı dəyişdirilib Komk qoyulmuşdur.
Gomur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd. Şəki kəndindən şərqdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür
formasında qeyd edilmişdir (143, s.150). XX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim «dağ başında dar, yarğanlı, uçurumlu yer» mənasında işlənən kömür sözündən (359,
ll(2), s.1321) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Gomurlu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisində kənd olmuşdur. Rayondakı Yelpin kəndinin yaxınlığında, Arpaçayın sol qolu olan
Axtaçayın yaxınlığında yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi (143, s.60),
Qafqazın 5 verstlik xəritəsində Gomurlu formasında (348, s.128) qeyd edilmişdir.
Erməni mənbəyində Kyomurlu formasında göstərilir (415,s.92, 162).
Kənddə 1873 - cü ildə 95 nəfər, 1886-cı ildə 147 nəfər,1897-ci ildə 192 nəfər, 1904 - cü ildə
205 nəfər, 1914 - cü ildə 225
nəfər, 1916-cı ildə 259 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 162-163). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur və
xarabalığa
çevrilmişdir. İndi xaraba kənddir.
Toponim türk dilində «dağ başında dar, yarğanlı, uçurumlu yer mənasında
işlənən kömür
sözünə (359, ll(2), s. 1321) –lu şəkilçisinin artırılması ilə düzəldilmişdir.«Dağ başında dar, yarğanlı,
uçurumlu yerdə salınan kənd» mənasını bildirir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Goravan - İrəvan quberniyasının İrəvan qəzasında, indiki
Vedi (Ararat) rayonunda kənd. Vedi
çayının sahilində, Vedi
kəndinin cənubunda yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kürəvan
(143, s.51), Qafqazın 5 verstlik xəritəsində Goravan kimi (348, s.61) qeyd edilmişdir. Kənddə 1831-ci
ildə 59 nəfər, 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 325 nəfər, 1897-ci ildə 530 nəfər, 1904-cı ildə 634
nəfər, 1914 - cü ildə 697 nəfər, 1916-cı ildə 614 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, Türkiyənin
Muş, Şadax, Van bölgələrindən (1918-ci ildən sonra) köçürülən ermənilər Goravanda
yerləşdirilmişdir. Burada 1922-ci ildə 393 nəfər azərbaycanlı, 164 erməni, 1926-cı ildə 403 nəfər
azərbaycanlı, 132 erməni, 1931-ci ildə 466 nəfər azərbaycanlı, 135 erməni (415, s.84-85, 154-155),
1939 - cu ildə 706 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1948-1949 - cu illərdə SSRİ Nazirlər
Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana (Dağlıq
Qarabağa, sonra isə Xanlara, 99,
s.396-397) köçürülmüşdür. İndi kənddə yalnız ermənilər məskunlaşıb.
Toponim qədim türk dilində «mal-qara üçün pəyə», «həyət» mənasında işlənən kora sözünə
(359, II (1), s.551), urartu dilində «ölkə yer» mənasında işlənən «ebani», «abani» sözünün (332, s.68;
258, s.75) fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda
qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə
Kürəvan kimi (143, s.61) qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil
edir. Bu söz də qədim türk dilində kura formasında «mal-qara pəyəsi» mənasını ifadə edir (359, II (1),
s.920). Deməli, kora və kura eyni məna bildirən müxtəlif fonetik formaya malik sözlərdir. Gorovan
toponimi «mal-qara saxlanılan yer» mənasını bildirir. Zootoponimdir.
Quruluşca mürəkkəb
toponimdir. Kəndin adı Erm. SSR AS RH-nin 4.IV.1944 - cü il tarixli fərmanı ilə dəyişdirilib
Yenikənd qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 3. VII. 1968-cı il fərmanı ilə kəndin adı yenidən
dəyişdirilib Goravan adlandırılmışdır.
207
Goravan çayı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda çay.
Rayondakı Goravan kəndinin ərazisindən axır.
Goran - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda
kənd. Rayon mərkəzindən 11 km məsafədə Çiçxan çayının yanında, Çubuxlu dağının ətəyində yerləşir.
1937-ci ilə kimi Quqark (Qarakilsə) rayonunun
tərkibində olmuşdur. Kəndin digər adı Gögəran,
Göyərçin , fonrmalarında da göstərilir (415, s.50).
Toponim şahsevən türk tayfasından olan goran etnonimi(254, s.41) əsasında əmələ gəlmişdir.
N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstəri (1, s.77). Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Gorus - indi Ermənistan adlanan respublikada rayon. 1930 - cu il sentyabrın 9-da
yaradılmışdır. Qədim Azərbaycan torpağı kimi Gorus rayonunun ərazisi VIII-X əsrlərdə ərəblərin
işğalı altında olmuşdur. XI-XIII əsrlərdə səlcuqlara tabe olmıuş, XIII-XIV əsrlərdə monqollar istila
etmişdir. Osmanlı və İran
arasında 1699 - cu ildə bağlanan müqaviləyə əsasən İran
hakimiyyətinə tabe
olmuşdur. 1805-cı ildə Gorus rayonunun ərazisini Rusiya işğal etmişdir. 1823 - cü ildə Qarabağ
vilayəti yaradılaraq Zəngəzur qəzasının tərkibində onun inzibati-ərazi bölgüsünə daxil edilmişdir.
1828-ci il Türkmənçay müqaviləsinə əsasən rayonun ərazisi Azərbaycanın başqa əraziləri kimi
Rusiyanın tabeliyənə keçmişdir. Azərbaycanda XIX əsrin 30-40-cı illərdə (Rusiyanın işğalından sonra)
yeni yaradılan inzibati idarə sisteminə uyğun olaraq Gorus rayonunun ərazisi Yelizavetpol (Gəncə)
quberniyasının Zəngəzur qəzasına daxil olmuşdur. 1918-ci ildə Andranik bütün Zəngəzur qəzasını
tamamilə ələ keçirmiş və burada qondarma erməni milli şurası yaratmışdır.
1920-ci il iyulun 2-də Qızıl Ordu Gorusa daxil olmuş və
burada sovet hökuməti qurulmuşdur.
Zəngəzurun indi Ermənistan adlanan respublikasına verilməsi nəticəsində Gorıus rayonunun ərazisi də
1920-ci il noyabrın 29-da yaradılan Ermənistan dövlətinin tabeliyinə keçmişdir.
Rayonun adı qədim türk tayfası qoros//gorus etnonimini (168, s.10-1104) əks etdirir.
Etnotoponimdir.
Gorus - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd. İndi
Gorus rayonunda
şəhər və rayon mərkəzi. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir. Erməni mənbələrində
Gorusun XIII əsrdən xatırlandığı göstərilir (427, s.953). Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus
formasında qeyd edilir (415,s.28).
Burada ermənilərlə yanaşı 1897-ci ildə 228 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 13 nəfər
azərbaycanlı yaşamışdır (415, s.28-29, 112-113). Gorus şəhərində yaşayan azərbaycanlılar 1940-cı
illərdə tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər
yaşayır.
Toponim gorus (qoros, xoros) türk etnonimi (168, s.10-1104) əsasında əmələ gəlmişdir.
Etnotoponimidir. Quruluşca sadə toponimdir.
Gorus - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay.
Uzunluğu 29 km-dir. Hidronim qoros (gorus) türk tayfa adı (168, s.10-1104; 287, s.129-133) əsasında
formalaşmışdır. Etnohidronimdir. Quruluşca sadə hidronimdir.
Gödəkburün - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan)
rayonunda dağ. Rayondakı Cuckan kəndinin şimalında yerləşir. Hündürlüyü 1215 m-dir. Oronim
Azərbaycan dilində «balaca, qısa» mənasında işlənən gödək sözü ilə «irəliyə çıxan,
suya doğru uzanan
quru» mənasında işlənən burun sözünün (253, s.99) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında
yaranan mürəkkəb quruluşlu oronimdir.
Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican
rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu
təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun
tərkibinə daxil edilimşdir. 1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır.
Lakin mənbələrdə
azərbaycanlıların say tərkibi göstərilmir. Ermənilər buraya 1919-1920-ci illərdə Türkiyədən
köçürülmüşdür (415, s.32, 117).
Toponim gödəklər türk etnonimi (386, s.535) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.