İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   95   96   97   98   99   100   101   102   ...   168

 
198
Kənddə 1873 - cü ildə 188 nəfər, 1886-cı ildə 266 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə 
249 nəfər, 1914 - cü ildə 493 nəfər, 1916-cı ildə 459 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-
157). 1918-ci ildə  kəndin sakinləri - azərbaycanlılar ermənilər tərəfindən zorla və  qırğınlarla 
qovulmuşlar. İndiki Ermənistanda daşnak hökuməti devrildikdən sonra kəndin sağ qalan sakinləri öz 
doğma ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 110 nəfər, 1931-ci ildə 
154 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 
kəndin əhalisi 1949 - cu ildə zorla Azərbaycana köçürülərək kənd xarabalığa çevrihmşdir. İndi xaraba 
kənddir. 
Toponim qədim türk dilində «çöl sığırı» mənasında işlənən kituz (sözdə i~o səs dəyişməsi baş 
verərək kotuz formasını almışdır) sözü (399, I, s.365) əsasında  əmələ  gəlmişdir. Zootoponimdir. 
Quruluşca sadə toponimdir. 
Kotuz - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda dağ. Oronim 
«çöl sığırı» mənasında işlənən kituz heyvan adını (399, I, s.365) əks etdirir. Heyvan adı  əsasında 
yaranan oronimdir. Quruluşca sadə oronimdir. 
Köklü - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində  qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. 
Kömbəçi - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 
1930 - cu ildə  ləğv edilmişdir. Toponim kömbəçi (çörəkçi) nəsil adı  əsasında  əmələ  gəlmişdir. 
Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Kömürdağ - Kiçik Qafqaz sıra dağlarında dağ silsiləsi. İndiki Ermənistanın Quqark və Axta 
(Razdan) rayonlarının sərhədində yerləşir. Hündürlüyü 2113 mdir. 
Oronim qədim türk dilində «dağ başında dar, yarğanlı, uçurumlu yer» mənasında işlənən 
kömür sözü (359, II (2), s.1321) əsasında əmələ gəlmişdir. 
Kömürlü - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican şəhəri 
ərazisində dağ. Oronim türk dilində «dağ başında dar, uçurumlu yer» mənasında işlənən kömür sözünə 
(359, II (2), s.1321) -li şəkilçisinin artırılması ilə düzəlmişdir. Quruluşca düzəltmə oronimdir. 
Kömürçü karvansarası - İrəvan şəhərində karvansara. 
Körpəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin 
müfəssəl dəftəri»ndə (143, s.163), Qafqazın 5 verstlik xəritəsində (348, s.130) qeyd edilmişdir. Burada 
1828ci ilə kimi azərbaycanlı yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828-1829 - cu illərdə 
İranın Xoy vilayətindən buraya ermənilər köçürülüb yerləşdirilmişdir (427, s.476). İndi ermənilər 
yaşayır. 
Toponim körpəli tayfa adı  əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys qoyulmuşdur. 
Körpü qulağı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu 
ərazisində kənd olmuşdur. Dəvəgözü çayının yanında, Aysor gölü kəndinin yaxınlığında yerləşmişdir. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.130). Kəndin digər adı «Körpükənd»dir (415, 
s.88). 
Kənd 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tərkibində olmuşdur (415,s.88) 
Kənddə 1831-ci ildə 129 nəfər, 1873 - cü ildə 143 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə 
351 nəfər, 1904 - cü ildə 219 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 478 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.88-89, 156-157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla 
qovulmuşdur.  İndi Ermənistan adlanan yerdə sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz 
doğma kəndlərinə dönə bilmişdi. 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 141 nəfər, 1931-ci ildə 174 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 
- cu illərdə azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana köçürülmüş, kənd 
ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində işlənən körpü və «kənar, uc» mənasında işlənən qulaq (9, s.567) 
sözünün birləşməsindən  əmələ  gəlib. Görünür, kənd körpü yanında salındığı üçün belə 
adlandırılmışdır. Quruluşca mürəkkəb toponimdir. 


 
199
Köhnə  qışlaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində 
kiçik kənd. 1918-ci ildə  ləğv edilmişdir.  İndi xaraba kənddir. Relyef əsasında yaranan mürəkkəb 
toponimdir. 
Köhnəkalafa - İrəvan quberniyasının Loru Borçalı  qəzasında, indiki Barana (Noemberyan) 
rayonu ərazisində kənd.Ləmbəli kəndinin yaxınlığında yerləşmişdir. 30 - cu illərdə Ləmbəli kəndinə 
birləşdirilərək ləğv edilmişdir. 
1930 - cu illərdə Allahverdi rayonunun tabeliyində olmuşdur. 
Toponim «qədim» mənasında işlənən köhnə  və «dağılmış yer, xaraba» mənasında işlənən 
kalafa sözünün (8, s.251) birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu toponimdir. 
Köhnə  Şahablı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu 
ərazisində  kənd olmuşdur. Çapan çayının yanında, Vedi rayonundakı Qarağac kəndinin yaxıqlığında 
yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.106), Qafqazın 5 verstlik xəritəsində (348, 
s.290) qeyd edilmişdir. 
Burada 1897-ci ildə 46 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89). XX əsrin  əvəllərində 
(1905-1906-cı illərdə) ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən köhnə sözü ilə oğuzların 
şahablı etnonimi (F. Kırzıoğlu. Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 1993) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Köçbək - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Culçayın sağ qolu olan Köçbəyçayın sahilində, Paşalı (Əzizbəyov) - Sisyan yolunun 
üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qoçubəy kimi (143, s.59) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 226 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 417 
nəfər, 1904 - cü ildə 425 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 537 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və sakinləri - 
azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra 
kəndi tərk edənlər ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 179 
nəfər, 1931-ci ildə 365 nəfər (415, s.90-91, 160-161), 1972-ci ildə 564 nəfər (85, s.345) yalnız 
azərbaycanlılar yaşamışdır. 1988-ci il noyabrın 2428də Ermənistan dövlətinin bilavasitə xüsusi 
göstərişi ilə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd» mənasında işlənən 
koş (> koç) sözü ilə (339, s.298-299) qədim türk dilində «təpə» mənasında işlənən bək (bak sözünün) 
(359, IV(1), s.754) birləşməsindən  əmələ  gəlib «təpəlikdə yerləşən köç, düşərgə, çobanların yaşayış 
yeri» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hedzor qpyulmuşdur. 
Kösçbəyçay - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonunda çay. Rayondakı Köçbək kəndinin ərazisindən axır. 
Köşəkənd qışlağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonu  ərazisində  qışlaq. 1897-ci ildə 34 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63). XX əsrin 
əvəllərində, 1905-1906-cı illərdə baş verən erməni azərbaycanlı münaqişəsi nəticəsində 
azərbaycanlılar qırğınlarla qovulmuş və kənd ləğv edilmişdir. 
Toponim türk dilində «müvəqqəti yaşayış yeri, yurd, daxma, koma» mənasında işlənən koş 
sözünə (359, II (1), s.635; 339, s.299) kənd və  qışlaq sözünün qoşulması  əsasında  əmələ  gəlib 
«müvəqqəti yaşayış  məntəqəsinin yanındakı  qışlaq» mənasını ifadə edir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
Köşəkli (Keşakli) - İrəvan şəhərində məhəllə. Köşəkli dağının cənub-şərq tərəfində yerləşirdi. 
Nəsil adı əsasında əmələ gələn urbonimdir. 
Kumand - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. 1897-ci ildə 42 nəfər (415, s.56-57), 1914 - cü ildə 242 nəfər (427, s.912) 
azərbaycanlı yaşamışdır. 1918-ci ildə  kəndin sakinləri azərbaycanlılar deportasiya olunmuş  və  kənd 
ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim qədim türk mənşəli koman (> kuman - İ. B.) etnonimi (286, s.50) əsasında  əmələ 
gələn etnotoponimdir. «d» samiti topoformantdır. Sadə quruluşlu etnotoponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə