İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   94   95   96   97   98   99   100   101   ...   168

 
196
yaşamışdır (415, s.84-85, 152-153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 
19481949 - cu illərdə zorla tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüş  və  kənd 
ləğv edilmişdir. 
Toponim kolani türk etnoniminə (212, s.92; 386, s.535) mənsubluq bildirən -lı  şəkilçisi 
artırmaqla  əmələ  gəlib «kolanı tayfasına məxsus yer» mənasını bildirir. Etnotoponimdir. Qııruluşca 
düzəltmə toponimdir. 
Kolanlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Erməni mənbələrində Kəndin adı həm də Kolani, Cermanis Kolanlı kimi göstərilir (415, s.88). 
Kənddə 1831-ci ildə 105 nəfər, 1873 - cü ildə 545 nəfər, 1886-cı ildə 663 nəfər, 1897-ci ildə 
886 nəfər, 1904 - cü ildə 728 nəfər, 1914 - cü ildə 800 nəfər, 1916-cı ildə 939 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.88-89, 156-157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla 
qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə 
dönə bilmişdir. 1922-ci ildə burada 207 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 430 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kəndin 
sakinləri 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba 
kənddir. 
Toponim türk mənşəli kolanı tayfasının adına (386, s.535; 212, s.92) mənsubluq bildirən -lı 
şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Kollu qışlaq - Yelizavetpol (Gəncə) quberniyasının Zngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. Burada 1897-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63). 
1905-1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar qırğınlarla deportasiya 
olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. Toponim «Kol basmış, kol çox olan» 
mənasında işlənən kollu sözü ilə (11, s.83) «qış vaxtı heyvandarların yaşadığı yer» mənasında işlənən 
qışlaq sözü əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kondaksaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) 
rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Abaran çayının sahilində yerləşir. Alagöz 
(Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972-ci ilə kimi) Abaran rayonunun tərkibində olmuşdur. 
Erməni mənbələrində Qondaksaz (415, s.4), Qondaxsaz (419, s.28) formalarında, Qafqazın 5 verstlik 
xəritəsində Kondaxsaz kimi (348, s.140) qeyd edilmişdir. 
Toponim türk dilində «silah qundağı» mənasında işlənən kondak sözü ilə (277, II, s.95; 359, II 
(1), s.544) türk dilində «bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, gil» 
mənalarında işlənən saz sözünün (359, IV (1), s.397; 339, s.491) birləşməsindən əmələ gəlmişdir. Türk 
dilində kondak sözü «yanan kükürd qutusu və yanğın vaxtı açılan qov» (пачка из горючей cepы и 
тpyбa,  кoтopyю  пeдбpacывaют  пpи  пoджочах) (359, II (1), s.544), «həyətə  və ya pilləkən altına 
atılan yandırıcı maddələr toplusu» (277, II, s. 95) mənasında da işlənir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı  dəyişdirilib Rya təzə (Təzə  həyat) 
qoyulmuşdur. 
Korbulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda 
kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) 
rayonu yaradıldıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb yaradılan Alagöz 
(Araqadz) rayonunun tərkibinə daxil edilmişdir. 
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir 
(348, s.129). 
Toponim «çıxış yolu olmayan», «gözü olmayan (bulaqda), yarıda quruyan» mənasında işlənən 
kor sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. «Kor» sözü «Kor çay» hidronimində «heç 
bir hövzəyə tökülməyib yarıda quruyan çay» mənasında işlənmişdir (11, s.95). Hidrotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şenkani qoyulmuşdur. 
Korbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Erməni dilinə . kalka edilərək Korağbyur (Korbulaq) formasında mənbələrdə 
işlədilmişdir (415, s.20). 
Toponim Azərbaycan dilində «gözü görünməyən, suyun çıxdığı yer görünməyən», «yarıda 
quruyan», «yerin səthinə başqa yerdən çıxan» mənasında işlənən kor sözü ilə (278, s.90) bulaq 


 
197
sözündən  əmələ  gəlmişdir. Kəndin adı  ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 12. XI. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X. 1967-cı il 
fərmanı ilə yenidən dəyişdirilərək Sizavet qoyulmuşdur. 
Koroğlu qalası - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Kalinino rayonunda qala. 
Rayonun Molla Eyyublu kəndinin güneyində yerləşir. 
Koroğlu dərəsi - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) 
rayonunda dərə. Rayondakı Göykilsə (Kaputan) kəndində yerləşir. Antropooronimdir. 
Koroğlu meydanı - Yelizovetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican 
şəhərində meydan. 
Kosalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. Qafan şəhərinin yaxınlığında yerləşirdi. Ölü kənddir. 
Toponim kosalı türk tayfasının adı (92, s.23) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Kosaməmməd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) 
rayonunda kənd. Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.141) qeyd edilmişdir. 
Kəndin digər adı  Aşağı Qanzak olmuşdur (415, s.70). «İrəvan  əyalətinin icmal dəftəri»ndə 
kəndin adı Kənizək formasında qeyd edilmişdir (143, s.55). 
1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır (415, s.70-71). XX  əsrin 
əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndi yalnız ermənilər yaşayır. 
Toponim ləqəb bildirən kosa sözü ilə  Məmməd  şəxs adı  əsasında  əmələ  gəlib. Antropotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Kəndin adı 1924 - cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur. 
Kotan dağ - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) 
rayonunda dağ. Oronim qıpçaqların kotan etnoniminin adı (286, s.50) əsasında yaranmışdır. 
Etnooronimdir. 
Kotanlı - İrəvan quberniyasının Şərur - Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın 
sahilində yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Kotanı kimi (143, s.59), Qafqazın 5 verstlik 
xəritəsində Kotanlı (348, s.142), erməni dilində Kyotanlu formasında (422, s.101) qeyd edilmişdir. 
Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış 
(422, s.101) kəndin yaxınlığında salınmışdır. 
Kənddə 1873 - cü ildə 256 nəfər, 1886 - cü ildə 392 nəfər, 1897-ci ildə 456 nəfər, 1904 - cü 
ildə 611 nəfər, 1914 - cü ildə 672 nəfər, 1916-cı ildə 532 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.90-91, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə 
Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan 
sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 61 
nəfər, 1926-cı ildə 193 nəfər, 1931-ci ildə 351 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). 
Ermənistan dövləti 1988-ci il noyabrın 28-də  kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik 
torpaqlarından qovmuşdur. İndi ermənilər yaşayır. 
Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə (286, s.50) mənsubluq bildirən -lı 
şəkilçisinin artırılması ilə  əmələ  gəlib «kotan tayfasına mənsub yaşayış yeri» mənasını bildirir. 
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Kəndin adı 1924 - cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 
Kotanlıçay - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonunda çay. Rayonun Kotanlı  kəndinin  ərazisindən axır. Hidronim qıpçaqların kotanlı 
etnoniminin adını (286, s.50) əks etdirir. Etnohidronimdir. 
Kotuz - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd 
olmuşdur. Kənd Vedi rayonundakı Qarağac kəndinin yanında, Çanqlı çayının yanında, Kotuz dağının 
ətəyində yerləşirdi. 
1590-cı il tarixli «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə Kütus (143, s.172), Qafqazın 5 
verstlik xəritəsində Kotuz formasında (348, s.142) qeyd edilmişdir. Erməni mənbəyində kəndi adı həm 
də Kyotuz, Kotız, Kyutuz formalarında göstərilir (415, s.88). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə