İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   93   94   95   96   97   98   99   100   ...   168

 
194
s.479; 339, s.648) birləşməsindən  əmələ  gəlmişdir. Toponimdəki «kiçik» sözü fərqləndirici  əlamət 
bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Pokr Sariar 
qoyulmuşdur. 
Kiçik təpə - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Kalinino rayonunda dağ. 
Rayondakı Cücəkənd kəndinin  ərazisində yerləşir. Oronim Azərbaycan dilində «balaca, xırda» 
mənasında işlənən kiçik sözü ilə «kiçik dağ» mənasında işlənən «təpə» sözünün (12, s.165) birləşməsi 
əsasında əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Kiçik Təpəköy - Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd. Rayon 
mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sol tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
qeyd edilmişdir (348, s.237). 
Kəndin sakinləri qarapapaqlar (azərbaycanlılarn etnogenizində  iştirak edən tayfa) olmuşdur. 
Erməni mənbələrində qarapapaq xalq kimi göstərilir (415, s.20). 
Kənddə 1886-cı ildə 164 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 321 nəfər, 1914 - cü ildə 
209 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1918-ci ildə Ermənistanda baş verən 
ictimai-siyasi hadisələrlə bağlı azərbaycanlılar ermənilər tərəfindən öz doğma kəndlərindən qırğınlarla 
qovulmuşlar. 1950-ci ildə Böyük Təpəköy kəndi ilə birləşdirilmişdir. 
Toponim Azərbaycan dilində «kiçik dağ» mənasında işlənən təpə sözü ilə türk dilində «kənd» 
mənasında işlənən köy sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «kiçik» sözü 
fərqləndirici əlamət bildirir. Orotopoimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kiçik Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) 
rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz 
(Araqadz) rayonunun yaradılması ilə  əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə 
daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, s.80) qeyd edilmişdir. Abaran çayının sahilində 
yerləşir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən kiçik sözü ilə 
zülqədərlərin camışlı tayfa adı (142, s.29) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Kiçik Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə, Araz çayından axan arxın sahilində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.290). 
Toponim kiçik fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur. 
Kiçik  Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun 
tərkibində olmuşdur. Kəndin başqa adı Türk Şiştəpəsi (Şiştapa türki) olmuşdur (415, s.20). Kənddə 
1897-ci ildə 177 nəfər, 1908-ci ildə 189 nəfər, 1914 - cü ildə 253 nəfər yalnız qarapapaqlar - 
azərbaycanlıların etnoqrafik qrupu yaşamışdır (415, s.20-21, 104-105). 1918-ci ildə onlar ermənilərin 
soyqırımına məruz qalaraq, deportasiya olumuş  və  kəndə xaricdən köçürülən ermənilər 
yerləşdirilmişdir. Toponim «balaca, xırda» mənasında işlənən kiçik sözündən və «dağın, təpənin 
zirvəsi, ən yüksək nöqtəsi, piki» mənasında işlənən şiş sözü ilə (339, s.629; 196, s.42) «ətəyi ilə zirvəsi 
arasındakı nisbi hündürlüyü 200 metrdən artıq olmayan yüksəklik» mənasında işlənən təpə sözünün 
(196, s.42) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sepasar (Kiçik 
Şiştəpə) qoyulmuşdur. 
Kiçik  Şollu Dəmirçi - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) 
rayonunda kənd. Kəndin digər adı rəsmi sənədlərdə  Şorlu Dəmirçi kimi qeyd edilir (415, s.50; 419, 
s.134). Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan  əyalətinin 
icmal dəftəri»ndə  Dəmirçiliye-Şollu formasında (143, s.36), Qafqazın 5 verstlik xəritəsində Kiçik 
Şorlu Dəmirçi kimi (348, s.297) qeyd edilmişdir. 
Zəngibasar rayonu təşkil edilənədək, 1969 - cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində 
olmuşdur. 


 
195
Kənddə 1831-ci ildə 338 nəfər, 1873 - cü ildə 1400 nəfər, 1886-cı ildə 1318 nəfər, 1897-ci ildə 
1360 nəfər, 1904 - cü ildə 1432 nəfər, 1914 - cü ildə 2216 nəfər, 1916-cı ildə 2263 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mərıız qalaraq deportasiya olunmuşdur. İndiki 
Ermənistanda sovet hökuməti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir. 
Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 687 nəfər, 1931-ci ildə 601 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.50-51, 130-131). 
1988-ci ilin oktyabr-noyabr aylarında kəndin əhalisi Ermənistan dövləti tərəfindən qırğınlarla 
tarixi-etnik torpaqlarından deportasiya olunmuşdıır. İndi ermənilər yaşayır. 
Toponim üç komponentdən: fərqləndirici  əlamət bildirən kiçik sözündən,  şollu və  dəmirçi 
etnonimlərindən ibarətdir. Toponimdəki  Şollu mənsubluq bildirən -Iu şəkilçisi qəbul etmiş türk 
mənşəli çol (>şol - İ. B.) etnonimini (287, s.56, 112-114), dəmirçi isə şahsevən türk tayfasından olan 
dəmirçi etnonimini (245, s.46; 254, s.40) əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı  dəyişdirilib Dəmirçi, Ermənistanın 
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbink qoyulmuşdur. 
Kolagir - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. XVI əsrdə Gəncə-Qarabağ bölgəsində yaşayan türk tayfalarından birinin 
adı kolagirən olmuşdur (406, s.216). Toponim həmin kolagirən tayfa adı  əsasında formalaşmışdır. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Kolagirən - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Quqark rayonunda kənd. Rayon 
mərkəzindən 23 km məsafədə yerləşir. Erməni mənbələrinə görə  kəndin  əsası 1870-ci ildə 
qoyulmuşdur (427, s.283). Kənddə azərbaycanlılarla bağlı  qədim qalanın divarları, qəbirstanlığın 
xarabalıqları indi də durur. 
Toponim maldarlıqla məşğul olan kolagirən etnonimi (406, s.216) əsasında  əmələ  gəlmişdir. 
Bu da onu göstərir ki, kənd 1870-ci ildə yox, çox-çox əvvəllər salınmışdır. Belə ki, kolagirən tayfası 
XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR 
AS RH-nin 10. IX. 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Antaramut qoyulmuşdur. 
Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal. 
Yaşayış  məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918-1920-ci illərdə 
Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir. 
Vağzalın adı (daha sonra yaşayış  məntəqəsi) kolagirən türk tayfasının adını (406, s.216) əks 
etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı  dəyişdirilib Dzoraket (Dərəçay) 
qoyulmuşdur. 
Kolagirən - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. Erməni 
mənbələrində kəndin adı Kolaqran, Aşağı Kolagirən, Kolanı qırılan formalarında (415, s.66), Qafqazın 
5 verstlik xəritəsində Kyolanı qran formasında (348, s.128) qeyd edilmişdir. 
Ermənilər kəndə 1828-30 - cu illərdə Türkiyədən köçürülmüşdür (386, s.595-598). 
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 88 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). 1905-
1906-cı illərdə baş verən erməni - azərbaycanlı müharibəsi nəticəsində kənddə yaşayan azərbaycanlılar 
qırğınlarla deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim kolagirən türk etnonimi (406, s.216) əsasında formalaşmışdır. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Dzovinar qoyulmuşdur. 
Kolanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu 
ərazisində  kənd olmuşdur. 1937-ci ilə kimi Vağarşabad (Eçmiədzin) rayonunun tərkibinə daxil idi. 
Kəndin digər adı «Kolanlı Aralıq»dır (415, s.84). 
Kənddə 1831-ci ildə 284 nəfər, 1873 - cü ildə 673 nəfər, 1886-cı il dç 701 nəfər, 1897-ci ildə 
886 nəfər, 1904 - cü ildə 768 nəfər, 1914 - cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919 - cu ildə 
1118 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 152-153; 309, s.221). 1919 - cü ilin 
sonlarında kənd sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş (309, s.221), 
xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər kənddə yerləşdirilmişdir.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada 
ermənilərlə yanaşı 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə