İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   89   90   91   92   93   94   95   96   ...   168

 
186
XIX  əsrin  əvvəllərinə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1800-1810 - cu illərdə 
azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1810 - cu ildə Türkiyənin Alaşgert bölgəsindən 
köçürülən ermənilər burada yerləşdirilmişdir (Ermənistan Sovet Ensiklopediyası, XII c., İrəvan, 1986, 
s.306). 
Toponimi kaftarlı  nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
İndiki Ermənistanın Torpaq Komitəsinin 1924 - cü il qərarı ilə kəndin adı dəyişişdirilib Panik 
qoyulmuşdur. 
Kepəşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd. Rayon mərkəzindən 38 km şimal-şərqdə, Kığı çayının yuxarı axarında, Gərd çayı ilə 
Kığı çayının qovuşduğu yerdə yerləşir (85, s.146). 
1930 - cu ildə kolxoz quruluşu yaradılanda Pəhyan təsərrüfatma daxil edilmişdir. 1950-ci 
illərdə kolxozlar ləğv ediləndən sonra Kığı heyvandarlıq sovxozuna tabe edilmişdir. 
Kənddə 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 136 
nəfər (415, s.62-63, 136-137), 1959 - cu ildə 1372 nəfər (85, s.146) azərbaycanlı yaşamışdır. 
1988-ci ildə noyabrın axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - 
azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dəlində «pilləli qaya» mənasında işlənən kəp sözü ilə (253, s.19, 125) 
türk dilində «yaşayış məntəqəsi» mənası bildirən şenlik sözünün fonetik forması olan şen topoformantı 
əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kefli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda 
kənd. 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir(348,s.!30). 
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur. 
Keçəl təpə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Zeyvə kəndinin yaxınlığında yerləşirdi. . 
Kənddə 1926-cı ildə 185 nəfər azərbaycanlı  və erməni yaşamışdır (415, s.62-63). 1930 - cu 
illərdə kənd ləğv edilmişdir. Toponim Azərbaycan dilində «çılpaq, otsuz, ot bitməyən yer» mənasında 
işlənən keçəl sözü ilə (278, s.88; 11, s.32) «alçaq dağ» mənasında işlənən təpə sözünün birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Keçəl təpə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur. Burada 1926-cı ildə 
14 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). 1930 - cu ildə yaşayış məntəqəsi kimi ləğv edilmişdir. 
Toponim «ot bitməyən», «çılpaq» mənasını bildirən keçəl sözü ilə (11, s.32) «kiçik dağ» 
mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlib, «çılpaq, otsuz, ot bitməyən təpə yanında 
olan qışlaq» mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Keçəl tala - Yelizavetpol Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) 
rayonunda təpə. «Otsuz, ot bitməyən yer, çılpaq dağ» mənasında işlənən keçəl və tala sözlərindən 
əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu oronimdir. 
Keçili - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.61) qeyd edilmişdir. 
Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili 
etnonimi (ASE, V c., B., 1981, s.331) əsasında  əmələ  gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir 
qolunun keçili adlarıdığını yazır (286, s.69). Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər 
dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar (ASE, V c., B., 1981, s.331). Eyni zamanda 
oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır (238, s.227). Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 4. IV. 1946-il fərmanı ilə adı dəyişdirilib Mraqaşat 
qoyulmuşdur. ^ 
v<
 
Keçkeçi - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. 
Keşişverən - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Rayon mərkəzindən 34 km məsafədə, dərədə, Çanaxçı çayının sağ axarında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.131) qeyd edilmişdir. 


 
187
Toponim türk dilində «yaşayış məntəqəsi, qəsəbə» mənasında işlənən keş sözü ilə (339, s.273) 
qədim türk dilində «xarablıq, uçulmuş divar» mənasında işlənən örən sözünün (359, l(2), s.1219) 
sinonimi olan viran sözünün birləşməsindən  əmələ  gəlmişdir. «Veran», «viran» sözünün dialekt 
variantıdır. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.  
Erm.SSR AS RH-nin 3. l. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen, 21. X. 1967-cı 
il fərmanı ilə yenidən dəyişdirilərək Urtsalanc qoyulmuşdur. 
Keşişkənd - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında kənd. 15 oktyabr 1931-ci ildə 
indi Ermənistan adlanan ərazidə yaradılan rayonun adı  və rayon mərkəzi. Başkənd çayının 
yaxınlığında, Şordərə dərəsinin 2,5 km-də yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal 
dəftəri»ndə (143, s.59), Qafqazın 5 verstlik xəritəsində (348, s.131) qeyd edilmişdir. Kəndin adı ilk 
dəfə V əsrdə xatırlanır (422, s.45). 
Burada ermənilərlə yanaşı 1897-ci ildə 3 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 21 nəfər, 
1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415,s.92-93, 162-163). 1940-cı illərdə rayon 
mərkəzindən azərbaycanlılar qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır. 
«Dərəlyəz mahalında heç kim bu qəsəbə adına Keşişkənd demir. Hamı buna Keşkənd və ya 
Keşkəndi deyir» (211, s.220). Toponim qədim türk dilində «keçid, bərə, körpü» mənasında işlənən 
keçiş (sözün birinci hecasındakı «ç» səsi, «ş» səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan 
dilində ç~ş səs əvəzlənınəsi qanunauyğun haldır) sözü ilə (299, s.291), türk dilində «şəhər», «yaşayış 
məntəqəsi» mənasında işlənən kənd sözünün (299, s.290; 339, s.270) birləşməsindən əmələ gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı  dəyişdirilib Mikoyan, 6. XII. 1957-cı il 
fərmanı ilə yenidən dəyişdirilərək Yeğeqnadzor (Qamışlı dərə) qoyulmuşdur. 
Keşişkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km cənubda yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun 
tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonunun yaradılması ilə  əlaqədar 
Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun tərkibinə daxil edilmişdir. 
Toponim qədim türk dilində «keçid, bərə, körpü» mənasında işlənən keçiş (>keşiş. Azərbaycan 
dilində ç~ş  əvəzlənınəsi qanunauyğun haldır) sözünə (299, s.291) kənd sözünün qoşulması  əsasında 
əmələ gəlib «keçid, bərə, yanında olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Qexarot qoyulmuşdur. 
Kəvər - İrəvan xanlığının Göyçə mahalında,  İrəvan quberniyasının Yeni Bayazid qəzasında, 
indi Kəvər (Kamo) rayonunda yaşayış  məntəqəsi, rayon mərkəzi.  İndiki Ermənistanın  şimalında, 
Göyçə gölünün sahilində yerləşir. 
1828-ci il Türkmənçay müqaviləsindən sonra - 1830 - cu ildə Türkiyənin Bayazid əyalətindən 
köçürülən ermənilər burada yerləşdirilmişdir (386, s.596-598) və yaşayış məntəqəsinin adı dəyişdirilib 
Yeni Bayazid qoyulmuşdur. Erməni mənbələrində Nor Bayazid formasında işlənir. «Nor» yeni 
deməkdir. 
1930 - cu ildən rayon mərkəzidir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 12 nəfər, 1926-cı ildə 
15 nəfər, 1931-ci ildə 69 nəfər azərbaycandı yaşamışdır (415, s.70-71, 150-154). 1948-ci ildə 
azərbaycanlılar deportasiya olunmuşdur. 
Toponim xəzər türk tayfasının bir qolu kimi tanınan kəbər etnonimi (286, s.44) əsasında 
formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 13. IV. 1959-cu il fərmanı ilə adı dəyişdirilib Kamo qoyulmuşdur. 
Kələkarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında 
yerləşir. 
Toponim Azərbaycan dilinin cənub dialektində «yan tərəfləri daşla hörülmüş  ağıl, heyvan 
salınan yer» mənasında işlənən kələk sözü ilə (8, s.256) arx sözünün birləşməsindən əmələ gəlmişdir. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nın I. IV. 1946-cı il fərmanı ilə  dəyişdirilib  Şenevan (Şenli qəsəbə) 
qoyulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə