İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   92   93   94   95   96   97   98   99   ...   168

 
192
Alaşkerd vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. 1930 - cu ildə rayondakı Böyük 
Armudlu kəndi ilə birləşdirilmişdir. 
Toponim armud bitki adına mənsubluq bildirən -lu şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. 
«Kiçik» sözü fərqləndirici əlamət bildirir, fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kiçik Vedi - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.51), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.50) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 166 nəfər, 1873 - cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 
971 nəfər, 1904 - cü ildə 960 nəfər, 1914 - cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.88-89, 156-157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918-
1919 - cu illərdə Türkiyənin  Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə 
yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma 
kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 
nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni 
yaşamışdır (415, s.88-89, 156-157). Azərbaycanlılar mərhələ-mərhələ, 1948-1953 - cü illərdə, 1988-ci 
ilin noyabr ayında tarixi-etnik vətənlərindən qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən «kiçik» sözü ilə ərəb dilində «çöl, səhra», «məkan, yer» 
mənasında işlənən vadi sözünün (104, s.83) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında 
rəsmiləşdirilmişdir. 
Kiçik Qaraqoyunlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər 
(Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. 
Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 
301 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ilin aprel ayında azərbaycanlılar 
ermənilər tərəfindən qovulmuşlar (309, s.305) 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda 
bilmişdir. 1922-ci ildə burada 197 nəfər, 1926-cı ildə 212 nəfər, 1931-ci ildə 209 nəfər, azərbaycanlı 
yaşamışdır (415, s.26-27. 112-113). Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilərək ləğv 
edilmişdir. 
Toponim qaraqoyunlu türk etnonimi (245, s.52; 232, s.66; 175, s.18) əsasında əmələ gəlmişdir. 
«Kiçik» fərqləndirici sözdür. Etnotoponimdir. quruluşca mürəkkəb toponimdir. 
Kiçik Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə, Gümrü şəhərinin cənubunda yerləşir. Kəndin 
adı Xılqarakilsə, Xli-Qarakilsə (427, s.39), Qafqazın 5 verstlik xəritəsində Kiçik Qarakilsə (348, s.117) 
formalarında qeyd edilmişdir. Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar 
1828-ci ildə qovulmuş, 1829-1830 - cu illərdə Türkiyənin Qars, Alaşkert bölgələrində ermənilər 
köçürülərək kənddə yerləşdirilmişdir (427, s.40). İndi ermənilər yaşayır. 
Toponim kəndin yaxınlığındakı qara rəngli kilsənin adı əsasında əmələ gəlmişdir. Toponimin 
əvvəlindəki «kiçik» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Azatan qoyulmuşdur. 
Kiçik düz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda dağ. Rayondakı  Qızılörən kəndinin  ərazisində yerləşir. Oronim «balaca, xırda, sahəsi az 
olan» mənasında işlənən kiçik sözü ilə «enişi, yoxuşu, çuxuru, təpəsi olmayan»,»düzən, çöl, düzənlik» 
mənasında işlənən düz sözünün (10, s.168) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu oronimdir. 
Kiçik Zeyvə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Türk Zeyvəsi (415, 
s.82), Tatar Zeyvəsi (3eйвa Taтapcкaя. Cбopник Cвeдeний o Kaвкaзe, т.V,  Тифлис, 1892, №393) 
olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.97) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 234 nəfər, 1873 - cü ildə 492 nəfər, 1886-cı ildə 516 nəfər, 1897-ci ildə 
580 nəfər, 1904 - cü ildə 550 nəfər, 1914 - cü ildə 598 nəfər, 1916-cı ildə 491 nəfər, 1919 - cu ildə 
2174 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 150-151). Azərbaycanlılar erməni təcavüzünə 
məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 


 
193
Toponim Azərbaycan dilində  fərqləndirici  əlamət bildirən kiçik sözü ilə  ərəb dilində «guşə, 
künc, bucaq» mənasında işlənən zaviyə (104, s.207) sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Arataşen 
qoyulmuşdur. 
Kiçikkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. 
Abaran çayının sağ sahilində, Karbi kəndinin yaxınlığında yerləşirdi. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə qeyd edilir və  kəndin başqa adının Uş olduğu göstərilir (143, s.88). XIX əsrin rus 
mənbələrində (Cбоpник свeдeний o Kaвкaзe, т.V, Тифлис, 1879, № 349) qeydə alınmışdır. 
Kənddə 1831-ci ildə 77 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 296 
nəfər, 1908-ci ildə 366 nəfər, 1914 - cü ildə 292 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 370 nəfər, 
1919 - cu ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 108-109). 1919 - cu ildə kənd 
sakinləri erməni təcavüzünə  mərauz qalaraq deportasiya olunmuşdur (309, s.221). Azərbaycanlılar 
(sağ qalanlar) ata-baba yurdlarına indiki Ermənistanda sovet hökuməti qurulandan sonra qayıda 
bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı  əhali yaşamışdır 
(415, s.22-23, 108-109). SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra 1948-1949 - cu illərdə 
azərbaycanlılar yenidən zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «balaca, sahəsi az olan, xırda» mənasında işlənən kiçik sözü ilə 
«yaşayış  məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Kiçik Kəpənək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.113) qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. 
Toponim qədim türk dilində «yapınçı» mənasında işlənən kəpənək sözündən (157, s.34) əmələ 
gələn kəpənəkçi etnonimi (193, s. 159-160) əsasında  əmələ  gəlmişdir (etnonimin tərkibində -çi 
şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). «Kiçik» fərqləndirici əlamət bildirir. Etnotoponimidir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur. 
Kiçik Kəti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun 
tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348,s.128) qeyd edilmişdir. 
Toponim fərqləndirici  əlamət bildirən «kiçik» sözünün türk dilində «dağın gün düşməyən 
tərəfi» mənasında işlənən kət (kat) sözünə (339, s.264) birləşməsi  əsasında  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 26.X.1946-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Lernantsk, 21. X. 
1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Pokraşen (Kiçik kənd) qoyulmuşdur. 
Kiçik Gilanlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda 
kənd olmuşdur. Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 
1930 - cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur(415, s.84). 
«İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Gilan (143, s.102), Qafqazın 5 verstlik xəritəsində 
Kiçik Gilyanar (348, s.62) formasında qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904 - cü ildə 
183 nəfər, 1914 - cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). 1918-ci' ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmmuş  və  kəndə xaricdən köçürülən 
ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 
azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 
Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.154-
155). 1922-ci ildən sonra kənddə yaşayan 11 nəfər azərbaycanlı da qovulmuş və kənddə tam ermənilər 
məskunlaşmışdır. 1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. İndi xaraba kənddir. 
Kiçik Sarıyal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Erməni mənbələrində Sarıyar kimi qeyd edilir (415, s.20). 
Ermənilər buraya 1828-1832-cı illərdə Türkiyədən köçürülmüşdür. 
Toponim qədim türk dilində «iri, nəhəng, uca, hündür, yüksək, dik» mənasında işlənən sarı 
sözü ilə (94, s.74) «hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı» mənasında işlənən yal sözünün (10, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə