202
G
Gabud - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın
yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.60) qeyd edilmişdir. Kəndin adı ilk
dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki,
kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur (422, s.88-89).
Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir (415, s.90; 427, s.874).
Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 116 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 159
nəfər, 1904 - cü ildə 140 nəfər, 1914 - cü ildə 154 nəfər, 1916-cı ildə 107 nəfər yalnız azərbyacanh
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya
olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər doğma
yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 181
nəfər (415, s.90-91, 158-159), 1987-ci ildə 468 nəfər (85, s.344) yalnız azərbaycanlı yaşamışdır. 1988-
ci ildə noyabrın sonunda Ermənistan dövləti kəndin sakinləri - azərbaycanlılar tamamilə öz ata-baba
yurdlarından qovulmuşlar. İndi ermənilər yaşayır. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən
yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə (253, s.126) -ud şəkilçisinin artırılması yolu
ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə
uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Gavurqala - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonu ərazisində kənd
olmuşdur. Rayondakı Nazırvan kəndinin şimal-şərqində yerləşirdi. Xarabalığa çevrilmişdir.
Gavurqala - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda
xaraba qala. Qarahunc kəndindən 4 km cənub-şərqdə yerləşir.
Gavurqala - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
qala. Qalanın xarabalığa çevrilmiş divarlan indi də durur.
Gedərçay - İrəvan şəhərində axan çay mənbəyini Hədis dağlarından alır. İrəvan şəhərinin Nork
məhəlləsindən keçib Zəngi çayına tökülür.
Gedərçay körpüsü - İrəvan şəhərinin Nork məhəlləsində, Gedərçay çayının üstündə körpü.
1664 - cü ildə inşa edilmişdir.
Genalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisinidə kənd. Rayondakı Arpa (Areni) kəndindən 12 km şimal-şərqdə, Yelpin çayının
sahilində, Yelpindən 6 km şimalda yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.60) qeyd
edilmişdir.
Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 125 nəfər, 1897-ci ildə 151 nəfər, 1904 - cü ildə
169 nəfər, 1914 - cü ildə 185 nəfər, 1916-cı ildə 216 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 162-163). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz
yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s. 162-163).
1924-1925-cı illərdə azərbaycanlılar sıxışdırılaraq tamamilə qovulmuşdur. Kənd 1933 - cü ildə xaraba
edilmişdir.
Toponimin birinci komponenti gen sözündən ibarətdir. M. Kaşğari gen sözü ilə bağlı yazır:
«Gen-şərq ölkələrində hər şəhərə verilən bir addır. Bu kəlmə, kənd kəlməsinin qısaltmışıdır» (399, I,
s.340). Deməli, Genalı toponimindəki gen sözü qədim türk dilində kənd mənasını ifadə etmişdir.
Topnimin 2-ci komponenti Alı (Əli) şəxs adından ibarətdir. «Alıya məxsus kənd» mənasını ifadə edir.
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Gendərəçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov,
Vayk) rayonunda çay. Uzunluğu 15 km-dir.
Gendərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonu ərazisində kənd. Kotanlı düzənliyində, Qaraqayadərəsi çayının sahilində, rayondakı Kotanlı
(Qarmraşen) kəndinin 4 km şimal-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.60) qeyd
edilmişdir.
Kənddə 1873 - cü ildə 152 nəfər, 1886-cı ildə 217 nəfər, 1897-ci ildə 330 nəfər, 1904 - cü ildə
503 nəfər, 1914 - cü ildə 553 nəfər, 1916-cı ildə 354 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415,
s.88-89, 158-159). 1918-ci ilin sonlarında kəndin sakinləri - azərbaycanlılar tamamilə erməni təcavüzü
203
nəticəsində deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ
qalanlar ata-baba torpaqlarına dönmüşdür. Burada 1922-ci ildə 78 nəfər təkcə azərbaycanlı yaşamışdır
(415, s. 158-159). 1923 - cü illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmış və kənd ləğv edilmişdir.
İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində «böyük, geniş» mənasında işlənən gen sözü ilə dərə sözünün
birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Gendərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo)
rayonunda dərə. Rayondakı Toxluca kəndinin şərqində yerləşir. Mürəkkəb quruluşlu oronimdir.
Gecalan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
kənd. Qafqazın 5 verstlik xəritəsində Gecanan (Hacıarans) kimi qeyd edilmişdir (348, s.58).
Gəngərli türk tayfasından olan gecalar etnonimindən (286, s.68) əmələ gəlmişdir. Azərbaycan
dilində r>n əvəzlənınəsi mümkündür. Məs: almaram - almanam və s. Bu qənaətə gəlirik ki, məhz
gecalan gecalar etnoniminin variantıdır. Deməli,Gecalan toponimi gecalan (< gecalar) etnonimi
əsasında yaranıb. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Gədikvəng - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Alagöz çayının
yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.138) qeyd edümişdir.
Kəndin adı Qoturvəng, Qoduxvəng, Gedikvəng kimi göstərilsə də (211, s.212), Kəndin əsil adı
«Gədikvəng»dir. Kəndin adı X əsrdə çəkilir (422, s.69).
Kənddə 1873 - cü ildə 142 nəfər, 1886-cı ildə 201 nəfər, 1897-ci ildə 206 nəfər, 1904 - cü ildə
126 nəfər, 1914 - cü ildə 138 nəfər, 1916-cı ildə 273 nəfər yalnız azərbaycanlı yaşamışdır (415 s.92-
93, 162-163). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız
indiki Ermənistanda sovet hökuməti qurulandan sonra əhalinin sağ qalanlar öz yurdlarına dönə
bilmişdir. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 139 nəfər, 1931-ci ildə 171 nəfər (415, s.93, 163),
1959 - cu ildə 313 nəfər, 1970-ci ildə 396 nəfər, 1979 - cu ildə 537 nəfər (427, s.875) 1987-ci ildə 600
nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz ata-baba
torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim Azərbaycan dilində «dağın beli, aşırım» (11,s.149), «dağın belində batıq yer, aşırım,
dağ keçidi» mənasında işləqək gədik sözü ilə (198, s.115), «dini məbəd, kilsə, abidə»mənasında
işlənən vəng sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Gədikdağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
dağ. Sisyan rayonu ilə Azərbaycanın Naxçıvan MR sərhəddində yerləşir. Hündürlüyü 2705 m-dir.
Oronim Azərbaycan dilində «dağın beli, aşırım» mənasında işlənən gədik sözü ilə (11, s.149) dağ
sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.
Gəzbel - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ.
Oronim Azərbaycan dilində «gədiyin alçaq yeri, gəzdək» (253, s.126), «dağ çökəyi, dağın təpəsindəki
çökəklik» (339, s.167) mənasında işlənən gəz sözü ilə «alçaq keçid» mənasında işlənən bel sözündən
(9, s.227) əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Gəzdək - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Barana (Noemberyan) rayonu
ərazisində qışlaq. Qışlaq Ləmbəli sovetliyinə daxil idi. 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır
(415, s.89). 1930 - cu ildə Ləmbəli kəndi ilə birləşdirilərək ləğv edilmişdir.
Toponim Azərbaycan dilində «yüksək və orta dağ beli tirəsində enli yarıq», «uçuq, batıq yer»
(253, s.126), «aşırım, dağ çökəyi, dağın təpəsindən çökək yer» mənasında işlənən gəzdək sözü (11,
s.149; 339, s.167) əsasında əmələ gəmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Gəlinqaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
dağ. Hündürlüyü 2489 m-dir.
Gəlincə - Kiçik Qafqaz sıra dağları, Zəngəzur silsiləsində, Bazarçay (Vorotan) çayının orta
axarında dağ (85, s.165). Hündürlüyü 2741 m-dir.
Gəncə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisində kənd olmuşdur. Rayondakı Amağu kəndinin yaxınlığında yerləşirdi (85, s.361).
Erməni mənbələrində kəndin Qandzak formasında qeyd edilməklə XIII əsrdən xatırlandığı göstərilir.
Bununla yanaşı qeyd edilir ki, kənd XIII-IX əsrlər mövcud olmuş və XVIII əsrin II yarısına qədər
yaşayış məntəqəsi kimi fəaliyyət göstərmişdir (422, s.34). Sonralar xarabalığa çevrilmişdir. İndi ölü
kənddir.
Dostları ilə paylaş: |