İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   96   97   98   99   100   101   102   103   ...   168

 
200
Kurud - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 40 km şimal-şərqdə, Şotalı çayının sahilində yerləşir. 
Kənddə 1897-ci ildə 145 nəfər, 1922-ci ildə 172 nəfər, 1926-cı ildə 185 nəfər, 1931-ci ildə 220 
nəfər (415, s.62-63, 136-137), 1987-ci ildə 600 nəfər (85, s.147) azərbaycanlı yaşamışdır. 1988-ci ilin 
noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə 
deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilinin yazıya qədərki dövründə «dağ» mənasında işlənən kur sözünə 
(123, s.30) -ud şəkilçisinin artırılmasından düzəlib «dağlıq, uca, yüksək yerdə yerləşən kənd, yaşayış 
yeri» mənasını verir. Relyeflə bağlı yaranan toponimdir. Kurud kəndi uca dağlıq bir yerdə yerləşir. 
Deməli, kəndin adı ilə onun yerələşdiyi yer arasında bir eynilik vardır. Quruluşca düzəltmə 
toponimdir. 
Kusaqsu - İrəvan quberniyasının  İrəvanq qəzasında, indiki Vedi (Ararat) rayonunda çay. 
Rayonun Xosrov kəndinin ərazisindən axırdı. Çayın adı kus (kusun) türk tayfa adını (238, s.301,304) 
əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb hidronimdir. 
Kutniqışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. 
Rayon mərkəzindən 11 km məsafədə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Qütbi qışlağı 
formasında (143, s.125) qeyd edilmişdir. 
Toponim «dağ  çıxıntısı, dağ qolu» mənasında işlənən kut sözünə (339, s.320) Azərbaycan 
dilində «qoyun və başqa heyvanlarının gətirilib saxlandığı mötədil havalı  və otlaqlı  qışlama yeri» 
mənasında işlənən qışlaq sözünün (9, s.531) birləşməsi ilə əmələ gəlib «dağ çıxıntısı yanında yerləşən 
qışlaq» mənasını ifadə edir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı üə dəyişdirilib Hovtaşen qoyulmuşdur. 
Küzəcik - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda 
kənd. Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.153). Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-30 - cu 
illərdə Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir (386, s.595-598). Küzəcik kəndindən 
azərbaycanlılar XX əsrin əvəllərində, 1905-1906-cı illərdə deportasiya edilmişdir. Burada 1918-ci ildə 
119 nəfər (309, s.216), 1926-cı ildə 1 nəfər azərbaycanlı olmuşdur. 
Toponim bayat boyundan olan güzücəkli etnonimi (238, s.233) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ 
ətəyindən axan bulaq) qoyulmuşdur. 
Kürdalı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Abaran 
çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.154) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 
135 nəfər, 1914 - cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər (415, s.22-23, 108-109), 1918-ci ildə 135 
nəfər (309, s.219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə 
məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 
45 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 108-109). SSRİ Nazirlər 
Sovetinin xüsusi qərarı ilə  kəndin bütün sakinləri zorla 1948-1953 - cü illərdə tarixi-etnik 
torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Kürəkan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Kəndin digər adı Kürəkənd Qaraqanlı olmuşdur (415, s.84). İ.Şopenin  əsərində  kəndin adı 
Kyurakendli kimi qeyd edilmişdir (386, s.583). 
Kənddə 1831-ci ildə 47 nəfər, 1873 - cü ildə 298 nəfər, 1886-cı ildə 426 nəfər, 1897-ci ildə 498 
nəfər, 1904 - cü ildə 470 nəfər, 1914 - cü ildə 556 nəfər, 1916-cı ildə 560 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.84-85, 152-153). 1918-ci ildə erməni təcavüzünə  məruz qalaraq kəndin köklü 
sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş  və  kəndə 
xaricdən köçürülən ermənilər yerləşdirilmişdir (415, s.84). Yalnız indiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda 
bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 23 nəfər azərbaycanlı yaşamışdır (415, s.152-153). 
Azərbaycanlılar 1924 - cü ildə sıxışdırılaraq kənddən çıxarılmışdır. Burada indi ermənilər yaşayır. 


 
201
Toponim türk dilində «ağıl» mənasında işlənən kura sözünə (359,ll(2),s.919) kənd sözünün 
erməni dilinə uyğunlaşdırılmış forması olan kan sözünün qoşulmasından əmələ gəlib «ağıl yanındakı 
kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Küsüz - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd 
olmuşdur. Rayon mərkəzindən 22-24 km şimal-şərqdə, Kosum çayının yanında,  Əzizkəndin 
yaxınlığında yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Küsüsüz kimi (143, 
s.172), Qafqazın 5 verstlik xəritəsində Küsüz formasında (348, s.155) qeyd edilmişdir.Kənddə 1831-ci 
ildə 221 nəfər, 1873 - cü ildə 151 nəfər, 1886-cı ildə 203 nəfər, 1897-ci ildə 270 nəfər, 1904 - cü ildə 
792 nəfər, 1914 - cü ildə 860 nəfər, 1916-cı ildə 268 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-
157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda 
Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları*öz doğma kəndlərinə dönə 
bilmişdir. 1922-ci ildə burada 46 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 70 nəfər (415, s.88-89, 156-
157), 1939 - cu ildə 149 nəfər (85, s.231) azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi 
qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq zorla 
Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim türk dilində payız mənasında işlənən küz (< küs) sözü əsasında əmələ gəlmişdir. -üz 
burada şəkilçidir. Quruluşca düzəltmə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə