İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   82   83   84   85   86   87   88   89   ...   168

 
172
Toponim Azərbaycan dilində «külək» mənasında işlənən yel sözü ilə «yerin hündür, dik 
yamaclı  və zirvəli hissəsi», «yaylaq, dağüstü düzənlik» mənasında işlənən dağ sözünün (10, s.11) 
birləşməsindən əmələ gəlmişdir. 
Yeldağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Barana (Noemberyan) rayonunda 
dağ. 1930 - cu ilə kimi fəaliyyət göstərən Yeldağı qışlağının yaxınlığında yerləşirdi. 
Yelli dərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayondakı Aşağı Şorca kəndinin şimal-şərqində yerləşirdi. 
Yelliyurd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
yaylaq. Rayondakı Qursalı kəndinin ərazisində yerləşir. «Küləkli, külək tutan yer» mənasında işlənən 
yelli sözü ilə «müvəqqəti yaşayış yeri» mənasında işlənən yurd sözünün birləşməsindən  əmələ 
gəlmişdir. 
Yellicə - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s. 92) qeyd edilmişdir. Erməni mənbəyində 
Yelicə formasında qeyd edilir (415, s.46). 
Burada 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47). XX əsrin  əvəllərində 
azərbaycanlılar doğma yurdlarından qovulmuşlar. 1925-cı ildə kənd ləğv edilmişdir. 
Toponim «küləkli olan, külək tutan yer» mənasında işlənən yelli sözü ilə, çoxaltma dərəcəsinin 
əlamətini bildirən -cə şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə 
toponimdir. 
Yellicə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun 
Ağudi kəndində dağ. 
«Küləkli, külək döyən yer» mənasında işlənən yelli sözünə sifətin çoxaltma dərəcəsinin 
əlamətini bildirən -cə şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə oronimdir. 
Yeməzli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 10 km şərqdə, Xalac çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir(348,s.92). 
Kəndin adı 1907-ci ildə erməni dilində çap edilmiş «Qafqazda erməni-türk vuruşması» 
əsərində Yemazlu formasında qeyd edilmişdir(416,s.306). 
Kənddə 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 278 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 110 
nəfər, 1904 - cü ildə 130 nəfər, 1914 - cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-
137). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə 
bilmişlər. Burada 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 54 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.60-61, 136-137). 1930 - cu illərin sonunda kənd ləğv edilmişdir. 
Toponim yeməzli tayfa adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. Qarabağda yaşayan tayfalardan biri elə ətyeməzli adlanırdı (119, s.468). 
Yeniköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 60 km məsafədə, Arpaçayın sol sahilində yerləşir. 1897-ci ilədək kənddə 
azərbaycanlılar yaşamışdır. 1897-ci ildə xaricdən köçürülən 285 erməni bu kənddə yerləşdirilmiş, 
azərbaycanlılar qovulmuşdur. Həmin ildə (1897) kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamışdır. 
Toponim «təzə» mənasında işlənən yeni sözü ilə türk dilində  kənd mənasında işlənən «köy» 
sözünün birləşməsindən əmələ gəlmişdir. 
Relyef  əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı  dəyişdirilib Xarkov 
qoyulmuşdur. 
Yengicə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 67 km cənub qərbdə, Vediçayın qolu üzərində yerləşir. 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.50), Qafqazın 5 verstlik xəritəsində (348, s.92) 
qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 189 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 313 
nəfər, 1904 - cü ildə 470 nəfər, 1914 - cü ildə 517 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). Azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən soyqırımına məruz qalaraq qovulmuş, xaricdən 
köçürülən ermənilər bu kənddə yerləşdirilmişdi. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 
sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 162 nəfər azərbaycanlı, 
187 erməni, 1926-cı ildə 194 nəfər azərbaycanlı, 160 erməni və kürd, 1931-ci ildə 182 nəfər 


 
173
azərbaycanlı, 195 erməni yaşamışdır (415, s.86-87, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 
azərbaycanlılar 1948-49 - cu illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana 
köçürülmüşdür. Burada yalnız ermənilər qalmışdır. 
Toponim təzə mənasında işlənən yengi (ədəbi dilimizdə işlənən yeni sözünün dialekt variantı) 
sözü ilə -cə şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «...yengi təxminən XIX əsrin ortalarma qədər 
əski formasını saxlamış, get-gedə n-nin tərkibində olan samitinin zəifləyib düşməsi ilə  yeni  (kursiv 
mənimdir -İ.B) şəklində sabitləşmişdir. Yengi sözünün özünə gəldikdə bu yalnız Azərbaycan dilində 
deyil, eyni zamanda bütün türk dilli xalqların yazısında müştərək bir orfoqrafıyaya malik olmuşdur 
(216, s.74). Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Sisavan 
qoyulmuşdur. 
Yengicə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayondakı Qnişik kəndindən 3-4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında 
yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII-IX əsrdə mövcud olduğu göstərilir (422, s.34). 
«İrəvan əyalətinin icmal dəftəri»ndə Yenicə kimi (143, s.59), Qafqazın 5 verstlik xəritəsində Yengicə 
formasında (348, s.92) qeyd edilmişdir. Burada 1897-ci ildə 422 nəfər yalnız azərbaycanlı yaşamışdır 
(415, s.92-93). Ermənilər buraya 1829-30 - cu illərdə  İranın Xoy və Salmas, Türkiyənin Van və 
Alaşkert vilayətlərindən köçürülmüşdür (427, s.785; 422, s.34). Sakinləri (ermənilər) 196-970-cı 
illərdə rayondakı Çivə  və Aynazor (Axavnadzor) kəndlərinə köçürülərək kənd ləğv edilmişdir.  İndi 
xaraba kənddir. Relyef əsasında yaranan toponimdir. 
Erm.SSR AS RH-nin 10.IX.1964 - cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur. 
Yengicə - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 10 km şimalda yerləşir. «İrəvan  əyalətinin dəftəri»ndə Yenicə kimi (143, s.75), 
Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında (348, s.92) qeyd edilmişdir. 
Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. 
Kənddə 1897-ci ildə 27 nəfər, 1908-ci ildə 75 nəfər, 1914 - cü ildə 90 nəfər, 1916-cı ildə 46 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.48-49. 128-129). 1918-ci ildə azərbaycanlılar erməni 
soyqırımına məruz qalaraq deportasiya olunmuş  və buraya Türkiyədən köçürülən ermənilər 
yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 
azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 20 nəfər 
azərbaycanlı yaşamışdır ki, (415, s. 128-129) onlar da 1924-25-cı illərdə yenidən qovulmuşdur. İndi 
ermənilər yaşayır. 
Toponim «təzə» mənasında yengi (ədəbi dildə yeni işlədilir) sözünə çoxaltma dərəcəsini əmələ 
gətirən -cə şəkilçisinin artırılması ilə düzəlmişdir. Relyef əsasında əmələ gələn düzəltmə toponimdir. 
Erm.SSR AS RH-nin 25.1978-ci il fərmanı ilə adı dəyişdirilib Norabats qoyulmuşdur. 
Yerdiç - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayondakı Qoytul kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşir. Kəndin 
cənubunda qədim qala və  qəbiristanlığın qalıqları var. «İrəvan  əyalətinin icmal dəftəri»ndə  Ərdiş 
formasında qeyd edilmişdir(143,s.38). 
Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 167 nəfər, 1886-cı ildə 234 nəfər, 1897-ci ildə 382 
nəfər, 1904 - cü ildə 298 nəfər, 1914 - cü ildə 327 nəfər, 1916-cı ildə 403 nəfər, 1919 - cu ildə 127 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). 1919 - cu ilin sentyabr-oktyabr aylarında 
kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və İrandan köçürülən ermənilər 
kənddə yerləşdirilmişdir. Azərbaycanlılar yurdlarına indiki Ermənistanda Sovet hakimiyyəti 
qurulduqdan sonra, 1924 - cü illərdə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 94 nəfər, 
1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). SSRİ Nazirlər Sovetinin xüsusi 
qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar deportasiya olunmuşdur. 
Toponim türk dilində işlənən «yer, torpaq, ölkə» mənasında işlənən yer (er) sözü ilə (299, s. 
175,237) «kənar» mənasında işlənən dış //diş (diç) szünün birləşməsində  əmələ  gəlib «kənarda olan 
yer, yaşayış  məntəqəsi» mənasını ifadə edir. Təsvir formasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
 Yoğunsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində çay. Rayondankı Alagöz kəndinin  ərazisindən axır. Hidronim «çoxlu, bol sulu» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə