İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   79   80   81   82   83   84   85   86   ...   168

 
166
Deməli,  İrəvan toponimi türk dilində «kişi», «igid» mənasında işlənən «ir» sözü ilə «ölkə», 
«yer», «kənd», «şəhər» mənasında işlənən ebani (avan) sözü əsasında  əmələ  gəlib, «igidlər ölkəsi» 
mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
İrəvan qalası - İrəvan şəhərində qala. Zəngi çayının sahilində yerləşirdi. 1516-1517-cı ildə Şah 
İsmayılın göstərişi ilə vəziri Rəvanqulu xan tərəfindən tikilmişdir. Qala 7 ilə (1509-1510 1516-1517) 
tikilib başa gəlmişdir (86, s.50). Qala Rəvanqulu xan tərəfindən tikildiyi üçün Rəvan (İrəvan) qalası 
adlanmışdır. 
İrimis - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 
Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, s.104) qeyd 
edilmişdir. 
Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir (415, s.76). 
Kənddə 1831-ci ildə 14 nəfər, 1873 - cü ildə 108 nəfər, 1886-cı ildə 150 nəfər, 1897-ci ildə 225 
nəfər, 1908-ci ildə 327 nəfər, 1914 - cü ildə 616 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.76-77, 
146-147). 1917-ci ilin dekabrında ermənilər azərbaycanlıları  qırğınlarla deportasiya etmiş, kəndi 
xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
İrind - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 10 km şimal-şərqdə yerləşir. 
Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 179 nəfər, 1886-cı ildə 322 nəfər, 1897-ci ildə 352 
nəfər, 1908-ci ildə 239 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 231 nəfər (415, s.34-35, 118-119), 
1918-ci ilin yanvarında 239 nəfər (309, s.219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə  kənd 
erməni təcavüzünə  məruz qalaraq qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş (309, 
s.219) və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 
Toponim türk dilində «dağın gün düşən tərəfi» mənasında işlənən ir sözü ilə (299, s.211) 
«daxma, koma», «mağara», «kaha» mənasında işlənən in sözünün (299, s.209) birləşməsindən əmələ 
gəlib «dağın gün düşən tərəfi olan mağara, kaha, koma yanındakı kənd» mənasını ifadə edir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
İskəndərabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) 
rayonu ərazisində kənd. 
Kənddə 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 135 nəfər, 1904 - cü ildə 81 nəfər, 1914 - cü ildə 
201 nəfər, 1919 - cu ildə 555 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1919 - cu 
ilin axırlarında kənd erməni tacavüzünə  məruz qalaraq sakinləri (azərbaycanlılar) qırğınlarla 
deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən 
azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.152-153). 1923-24 - cü illərdə onlar sıxışdırılaraq tarixi-etnik 
torpaqlarından qovulmuşdur. 1925-cı ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim  İskəndər  şəxs adı ilə abad sözünün əsasında  əmələ  gəlib «İsgəndərin saldığı  kənd» 
mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
İtqıran - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir. 
Kənddə 1831-ci ildə 157 nəfər, 1873 - cü ildə 257 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 
235 nəfər, 1904 - cü ildə 490 nəfər, 1914 - cü ildə 539 nəfər, 1916-cı ildə 442 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə  kəndə erməni təcavüzünə  məruz qalaraq qalmış  və 
kənddə yaşayan azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra sağ qalanlar öz doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 103 nəfər, 
1926-cı ildə 88 nəfər, 1931-ci ildə 127 nəfər (415, s.90-91, 158-159), 1939 - cu ildə 202 nəfər, 1959 - 
cu ildə 148 nəfər, 1979 - cu ildə 253 nəfər yalnız azərbaycanlı yaşamışdır (427, s.910). 1988-ci ilin 
noyabr ayında Ermənistan dövləti tərəfindən kəndin bütün sakinləri tarixi-etnik vətənlərindən 
deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır. 
Toponim tarixi mənbələrində adı  çəkilən itbarak tayfa adında (228, s.16-18; 321, s.4345) öz 
əksini tapan və etnonimi kimi işlənən it və qədim türk dilində «kənd yaşayış yeri, meşədə yurd, dəyə, 
maldarların müvəqqəti dayanacaq yeri» mənasında işlənən kuren//kuran (>qıran) sözündən (339, 
s.317-318) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı  dəyişdirilib Gülüstan, Ermənistan 
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Nor Aznaberd qoyulmuşdur.  


 
167
İtqıran Ortakənd - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı 
(Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. 
Kənddə 1897-ci ildə 169 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91). XX əsrin 
əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar sıxışdırılaraq qovulmuş  və  kənd ləğv edilmişdir. 
İndi xaraba kənddir. 
Toponim itbarak etnonimində öz əksini tapan it etnonimi ilə (228, s. 16-18; 321, s.43-45) türk 
dilində «kənd, yaşayış yeri meşədə yurd, dəyə, maldarların müvəqqəti yaşayış yeri» mənasında işlənən 
qıran (kuren // kuran) sözündən (339, s.317-318) və «aralıqda, ortalıqda, iki obyektin arasında yerləşən 
kənd» mənasında işlənən ortakənd söz birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
İstisu - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Arpaçayın yanında,  İrəvan  şəhərindən 173 km məsafədə yerləşir. Kəndin adı tarixi 
mənbələrdə XIII əsrdə çəkilsə də, VII əsrə məxsus tikililərin qalıqları vardır (422, s.94). 1961-ci ildə 
geniş tikinti işləri aparılaraq  şəhər statusu almış  və kurort şəhəri kimi fəaliyyət göstərməkdədir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.105) qeyd edilmişdir. 
Burada 1831-ci ildə 114 nəfər, 1886-cı ildə 117 nəfər, 1897-ci ildə 163 nəfər, 1904 - cü ildə 
214 nəfər, 1914 - cü ildə 235 nəfər, 1916-cı ildə 200 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-
91, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. 
Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920-ci ildə  kəndi tərk edən 
azərbaycanlılardan sağ qalanlar doğma yurdlarına qayıda bilmişdir. 
Burada 1922-ci ildə 118 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 215 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 158-159). 1940-cı illərdə  İran və Türkiyədən köçürülən ermənilər burada 
yerləşdirilmişdir. 1959 - cu ildə 329 nəfər, 1970-ci ildə 627 nəfər (ümumi şəhər əhalisinin 12,3%-ni 
azərbaycanlılar təşkil edirdi) azərbaycanlılar və erməni yaşamışdır.Şəhərdə yaşayan azərbaycanlılar 
1988-ci ilin noyabr ayında Ermənistan dövlətinin təzyiqi ilə tarixi-etnik vətənlərindən deportasiya 
olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim yerdən təbii şəkildə, isti formada çıxan mineral su adından əmələ gəlmişdir və «isti» 
və «su» komponentlərindən ibarətdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış 
məntəqəsinin adı erməni dilinə kalka edilərək Cermuk (İstisu) adlandırılmışdır. 
İstisu - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda mineral su mənbəyi. Qafqazın 5 verstlik xəritəsində (348, s.105) qeyd edilmişdir.  İndiki 
Cermuk şəhəri ərazisində yerləşir. 
İşıqlı dağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
dağ. Dağın adı dəyişdirilib İşxansar qoyulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə