İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   69   70   71   72   73   74   75   76   ...   168

 
146
qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926 –cı ildə 104 nəfər, 1931 –
ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147).30 –cu illərin sonlarında kəndin 
sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir.İndi xaraba kənddir. 
Toponim qədim türk dilində <> mənasında işlənən alaşar sözünün (359, l(1), 
s.365) fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır.Orotoponimdir.Quruluşca sadə 
toponimdir. 
Əmirxan yaylağı- Tiflis quberniyasının Loru-Pəmbək qəzasında,indi Quqark rayonunda 
yaylaq.Rayondakı Hallavar kəndinin 
ərazisində yerləşir.Şəxs adı 
əsasında 
əmələ 
gəlib.Antroporonimdir.Quruluşca mürəkkə oronimdir. 
Əmirxeyir- Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında,indi Çəmbərək 
(Krasnoselo) rayonunda kənd.Rayon mərkəzindən 20 km şimal-qərbdə, dağlıq, meşəlik  ərazidə 
yerləşir.Erməni mənbələrində kəndin adı Əmirxer, Əmirxeyir, Əmirxir, Əmirxer formalarında da qeyd 
edilir (415, s.30; 427, s.427,s.222;419,s.54). 
Kənddə 1897-ci ildə 161 nəfər, 1919-cu 151 nəfər azərbaycanlı yaşamışdır (415 ,s.30-31, 114-
115).1919-cu ilin mart ayının axırlarında kəndin sakinləri ermənilərin təcavüzünə  məruz qalaraq 
qırğınlarla qovulmuşdur.İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş 
azərbaycanlılar doğma ocaqlarına dönə bilmişdir.Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 216 nəfər 
,1931 –ci ildə250 nəfər(415 s.31 115),1939-cu ildə295 nəfər, 1970 –ci ildə 715 nəfər, 1979-cu ildə 720 
nəfər(427 s.222), 1987-ci ildə 500 nəfər azərbaycanlı yaşamışdır.1988-ci ilin noyabrın 24-28-də 
Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir.İndi ermənilər 
yaşayır. 
Toponim  Əmir  şəxs adı ilə türk dilində <> ,<> mənasında 
işlənən kayır//kair,xayr sözünün(339, s.241, 589) birləşməsindən 
əmələ 
gəlmişdir.Antropotoponimdir.Quruluşca mürəkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.lV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Kalavan 
qoyulmuşdur. 
Əmrəkar- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indiki Meğri rayonunda 
kənd.Rayon mərkəzindən 9-10 km şimal-qərbdə yerləşirdi. 
Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,s.66-
67, 142-143). 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Əmir şəxs adı ilə türk dilində «sıldırım», «qaya», «sıldırımlı qaya» mənasında işlənən 
kayır //kair (339, S..241), «sıldırım qaya» mənasında işlənən kar (323, s.107) sözünün birləşməsindən 
əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Əpəkli - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu 
ərazisində xutor. 1897-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79). XX əsrin əvvəllərində, 
1905-1906-cı illərdə onlar deportasiya olunaraq yaşayış  məntəqəsi ləğv edilmişdir.  İndi xaraba 
kənddir. 
Toponim  əpəkli nəsil adı  əsasında  əmələ  gələn patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Ərəfsə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 20 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, dağ  ətəyində 
yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ərəfsəcik formasında (143, s.183), 
Qafqazın 5 verstlik xəritəsində Ərəvsə kimi (348, s.17) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 169 nəfər, 1886-cı ildə 148 nəfər, 1897-ci ildə 123 
nəfər, 1908-ci ildə 168 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-
147). 1917-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci 
ildə 151 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 225 nəfər (415, s.77, 147), 1959 - cu ildə 478 nəfər, 
1970-ci ildə 551 nəfər, 1979 - cu ildə 476 nəfər (427, s.426-427) azərbaycanlı yaşamışdır. 1988-ci ilin 
noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir.  İndi 
burada ermənilər yaşayır. 
Toponim kəngərli türk tayfasından olan ərəfsəli etnonimindən (386, s.537) əmələ gəlmişdir. 
Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Arevis (Ərəfsə 
sözünün ermənicə tələffüzü) qoyulmuşdur. 


 
147
Ərzəkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ 
tərəfində, Güllü dağının  ətəyində yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə  Ərzqan kimi (143, 
s.78), Qafqazın 5 verstlik xəritəsində Arzakənd (348, s.19), erməni mənbələrində Arzakan (427, s.431) 
formasında qeyd edilmişdir. Ərzəkənd kəndinin adı erməni dilinə uyğunlaşdırılaraq Arzakan//Ərzəkan 
adlandırılmışdır. 
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə İranın 
Maku, Xoy, Türkiyənin Bayazed, Muş vilayətlərindən və habelə Tiflisdən köçürülmüşdür (427, s.431). 
Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 239 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 255 
nəfər, 1908-ci ildə 528 nəfər, 1914 - cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər 
azərbaycanlı  və erməni yaşamışdır (415, s. 16-17, 106-107). Kənddə 1831-ci ildə 33 nəfər 
azərbaycanlı, 200 erməni, 1897-ci ildə 255 nəfər azərbaycanlı, 869 erməni, 6 kürd yaşadığı halda (415, 
s.16-17, 106-107), «Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğətində  kənddə 1831 və 1897-ci 
illərdə yaşamış azərbaycanlılar ermənilərin tərkibində verilərək göstərilir ki, kənddə 1831-ci ildə 233, 
1897-ci ildə 1179 erməni yaşamışdır (427, s.431). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən 
qırğınlarla qovulmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan 
azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.17, 107). 1928-1930 - cu illərdə azərbaycanlılar zorla öz doğma 
kəndlərindən qouvulmuşlar. İndi yalnız ermənilər yaşayır. 
Toponim ərz və kənd sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir. 
Ərzni - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. 
Rayondan  şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə 
(143, s.36), Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. Kəndin başqa adı  Sərçəli 
olmuşdur (427, s.435). İlk dəfə XV əsrdən xatırlanır. 
Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə 
439 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin 
soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır. 
Ərikli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 
nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1917-18-cı illərdə 
azərbaycanlılar qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xaraba kənddir. 
Toponim  ərik meyvə adına -li sözdüzəldici  şəkilçisinin artırılması  əsasında  əmələ  gəlmişdir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Ərinc - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 16-17 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Ərinc çayın 
sahilində yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə  Ərsinc kimi (143, s.60), «Naxçıvan 
sancağının müfəssəl dəftəri»ndə  Ərnic kimi (218, s.60), Qafqazın 5 verstlik xəritəsində Arinc 
formasında (348, s.19), O.Yeğiazaryanın 1955-cı ildə erməni dilində çap olunmuş  «Əzizbəyov 
rayonunun mədəniyyət abidələri» kitabında «Ərinc kənd yeri» (422, s.109)formasında qeydedilmişdir. 
Kəndin adı XIII əsrdən xatırlanır (422,s.109; 427, s.327). 
Burada 1831-ci ildə 177 nəfər, 1873 - cü ildə 129 nəfər, 1886-cı 152 nəfər, 1897-ci ildə 200 
nəfər, 1904 - cü ildə 264 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 252 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya 
olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına 
dönə bilmişdir. Kənddə 1922-ci ildə 23, nəfər 1926-cı ildə 103 nəfər, 1931-ci ildə 171 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159), SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kənd 
sakinləri azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1949 - cu ildə kənd 
ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim, fikrimizcə, türk dilində «möhkəm», «qüvvə», «qüvvətli», «dövlət» mənasında 
işlənən erinq sözündən (235, s.88) əmələ gəlmişdir. Azərbaycan dilində e~ə, ç~c səs əvəzlənmələrinin 
qanunauyğunluğunu nəzərə alsaq, onda bu qənaətə gəlmək olar ki, Ərinc elə erinq sözünün dəyişilmiş 
formasıdır. Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə